(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Onda ki, gəlirlər münafiqlər sənin yanına, deyirlər: «Şəhadət veririk, həqiqətən, sən rəsulusan Allahın!» Allah bilir ki, sən rəsulusan Onun və Allah şahiddir, həqiqətən, münafiqlər yalançıdırlar. (2).Onlar öz andlarını qalxan tutdular və Allah yolundan sədd çəkdilər. Həqiqətən, pis oldu onların etdikləri əməllər! (3).Bu, ondan ötrüdür ki, onlar inandılar, sonra kafir oldular və qəlblərinin üzərinə möhür vuruldu və onlar anlamırlar. (4).Onda sən onları görürsən, səni təəccübə gətirir onların cisimləri. Əgər deyirlər, sən eşidirsən onların sözünü. Onlar elə bil söykədilmiş dirəklərdir. Külli səsləri öz əleyhlərinə hesab edirlər. Onlar düşmənlərdir, onlardan həzər et! Allah onları qətlə yetirsin, necə də haqdan üz döndərən oldular!
«Münafiqlər» surəsi (63) 5 –11 -ci ayətlər (5).Onda ki, onlara deyildi: «Gəlin, Allahın rəsulu sizin üçün bağışlanmaq istəsin!», - onlar başlarını döndərirlər və sən görürsən ki, onlar sədd çəkirlər və onlar təkəbbürlük edirlər. (6).Bərabərdir onlar üzərində – bağışlanmaq istəyəcəksən onlar üçün, ya istəməyəcəksən, Allah onları bağışlamayacaq. Həqiqətən, Allah hidayət etməz fasiq qoumu! (7).Onlar o kəslərdir ki, deyirlər: «İnfaq etməyin o kəslər üçün ki, Allahın rəsulu yanındadırlar, ta onlar dağılsınlar!» Allah üçündür səmaların və ərzin xəzinələri və lakin münafiqlər anlamırlar! (8).Deyirlər: «Əgər biz şəhərə tərəf qayıtsaq, onda xaric edəcəklər izzətlilər oradan zillətliləri!» Allah üçündür izzət və Onun rəsulu üçün və inananlar üçün və lakin münafiqlər bilmirlər! (9).Ay o kəslər ki, inanırsınız! Yayındırmasın sizi malınız və övladınız Allahın zikrindən. Kim belə fəaliyyət etsə – həmin onlar xəsarətdə olanlardır! (10).İnfaq edin nədən ki, sizə ruzi vermişik, ondan qabaq ki, gələr sizdən birinizə ölüm və deyər: «Rəbbim! Əgər təxirə salsaydın məni yaxın əcələ qədər, sədəqə verərdim və salehlərdən olardım!» (11).Təxirə salmaz Allah nəfsi, onda ki, gəldi əcəli onun. Allah Xəbirdir nə ilə ki, əməldəsiniz!