«f a t I h ə» s u r ə s I (1)


(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin!



Yüklə 2,11 Mb.
səhifə290/325
tarix03.01.2022
ölçüsü2,11 Mb.
#40627
1   ...   286   287   288   289   290   291   292   293   ...   325
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Ay nəbi! Nə üçün haram edirsən nə ki, Allah sənə halal edib, çalışaraq zövcələrinin razılığına? Allah Ğəfurdur, Rəhimdir! (2).Əlbəttə, fərz etdi Allah sizin üçün halal etmək andlarınızı. Allah sizin Mövlanızdır və O Alimdir, Həkimdir! (3).Onda nəbi sirli sözün bəzisini öz zövcəsinə hekayət etdi. Amma elə ki, o xəbəri aşkar etdi və Allah zahir etdi onu üzərində ona. Bəzisini dedi və bəzisini demədi. Amma elə ki, ona xəbər verdi, onda zövcəsi dedi: «Kim xəbər verdi bunu sənə?» Dedi: «Xəbər verdi mənə Alim və Xəbir olan!» (4).Siz indi ikiniz Allaha tərəf qayıdın. Əlbəttə, sizin qəlbiniz xilaf rizasına meyl edib. Əgər siz aşkar olaraq əleyhinə onun olsanız və həqiqətən, Allah Mövlasıdır onun və Cəbrail və saleh inananlar və mələklər bundan sonra arxadır. (5).Ola bilsin ki, Rəbbi onun, əgər o, talaq versə sizə, dəyişər onun üçün zövcələrini xeyirlisi ilə sizdən – təslim olan qadından, inanan qadından, itaət edən qadından, qayıdan qadından, ibadət edən qadından, ziyarət edən qadından, dul və bakirə. (6).Ay o kəslər ki, inanırsınız! Qoruyun nəfsinizi və ailənizi oddan, hansı ki, odunu insanlar və daşlardır. Üzərində onun mələklər – qəliz, şiddətli – Allahın əmrinə asi olmazlar. Fəaliyyət edərlər nə ki, onlara əmr olunub. (7).Ay o kəslər ki, kafirsiniz! Bu gün üzr istəməyin. Həqiqətən, sizə cəza olunur nə ki, əməl etmisiniz!

«Haram» surəsi (66) 8 –12 -ci ayətlər
(8).Ay o kəslər ki, inanırsınız! Qayıdın Allaha tərəf səmimi qayıtmaqla. Ola bilsin ki, Rəbbiniz örtsün pisliklərinizin üstünü və daxil etsin sizi bağlara – cari olur altından onun nəhrlər. O gün Allah rüsvay etməz nəbini və o kəsləri ki, onunla inandılar. Nuru onların gedir qarşılarında və əllərinin altında. Deyirlər: «Rəbbimiz! Tamam et bizim üçün nurumuzu və bağışla bizim üçün. Həqiqətən, Sən üzərində külli şeyin Qadirsən!» (9).Ay nəbi! Cihad et kafirlərlə və münafiqlərlə və onlara qarşı qəliz ol! Onların sığınacaq yeri cəhənnəmdir və pis qayıdışdır! (10).Allah zərbə vurur məsəl o kəslər üçün ki, kafirdirlər, arvadını Nuhun və arvadını Lutun. Bizim iki saleh bəndəmizin əmri altında olan bəndələr idilər. Onların hər ikisi xəyanət etdilər. Heç bir şey onları Allahdan qəni etmədi və deyildi: «Daxil olun oda daxil olanlarla!» (11).Allah zərbə vurur məsəl o kəslər üçün ki, inandılar, arvadını Firaunun! Onda dedi: «Rəbbim! Bina et mənim üçün ev Öz yanında cənnətdə və nicat ver mənə Firaundan və onun əməlindən və nicat ver mənə zalim qoumdan!» (12).Və Məryəm – İmranın qızı, hansı ki, öz nəfsini və namusunu qorudu. Üfürdük ona Öz ruhumuzdan və sədaqətli oldu Rəbbinin kəlmələrilə və kitabları ilə və mütilərdən oldu!

«Mülk» surəsi (67)



Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   286   287   288   289   290   291   292   293   ...   325




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin