F. H. Zeynalov


I.6. Ünsiyyətdə konnotasiya



Yüklə 1,55 Mb.
səhifə11/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   7   8   9   10   11   12   13   14   ...   83
I.6. Ünsiyyətdə konnotasiya
Siqnifikatla siqnifikantın işlənməsində qarşılıqlı, sadə və bir­başa əlaqə denotatı ehtiva edir. Denotatı predmet, əşya və hadisə də adlandırırlar.24 Məsələn, konkret bir mənzərənin şək­li buna nümunədir.

Başqa halda isə siqnifikantın işlənməsində çox geniş və az məhduduyyətli siqnifikatla rastlaşırıq. Burada ənənəvi olaraq konnotasiyadan danışılır. Yuxarıdakı şəkil gözəllik, istirahət və ya təbiət təsviridirsə, konnotativ (ikionik) mənada işlətmiş oluruq. Göyərçin şəkli quşların şəkilləri arasında denotativdirsə, ayrılıqda konfrans zalında divara vurulmuş şəkil kimi sülh, döyüşdə ağ bayraq məğlubiyyətin mənasını bildirməklə konnotativ işlənmişdir.

Denotasiya nüvəni bildirirsə, konnotasiya qeyri-müəyyən və dağınıqdır.

NO


KON Denotasiya SİYA


TA

Konnotasiya siyasi-ideoloji və persuasiv (inandırıcı) diskurs­da önəmli yer tutur. Konnotasiya dolayısı ilə dəyərlən­dirmədir. Başını qara çadra ilə örtmüş qadın öz dini aidiliyini nəzərə çarpdırır. Bu müdriklik və alicənablıq əlaməti deyil. Ancaq yaşlı, ağ saçlı, sakit danışığqlı, bir az da köhnə dəbdə geyinmiş qadın müdriklik daşıyıcısıdır. Burada bütün əlamətlər konnotativ çalarda işlən­miş­dir. Deməli, bir siqnifikantın işərisinə həm siqnifikat, həm də siqnifikant daxildirsə denotativ, ancaq hər siqnifikata bir siqnifikant uğyun gəlirsə, konnotativ işarədən söhbət gedir.



Ola bilər ki, yuxarıdakının əksi yaransın. Bir siqnifikatda həm siqnifikant, həm də siqnifikat yerləşsin. Belədə söhbət metaişarədən gedir. Metaişarə hansı anlamın nəzərdə tutulduğunu aygın göstərir. Bu zaman deklarativ və rasional aspektlərin kommunikativ baxım­dan əvəzlənməsi mühüm yer tutur. Deklarativ aspekt kommunikativ məzmumun ötürülməsidirsə, rasional aspekt ünsiyyət iştirakçıları ara­sında münasibətin qurulmasına və söhbətin necə davam etdirilməsi üçün yönəltmələrdən ibarətdir. Buraya bədən hərəkətləri, səsin tonu, musiqili şərhlər və s. aiddir. Məsələn, məktub məhəbbət hisslərini, həm də nəzakətliliyin əlamətini bildirir. Metaişarələrə başlıqlar, qısaltmalar, çərçivəyə alma, replikalar və s. aiddir. Onlar mətndə verilən məlumatı məhdudlaşdırmağa, həm də nəsihətverici çalarlıqlar verməyə xidmət edir.


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin