F. H. Zeynalov


III.3. Semiotikada Ç.Morris mərhələsi



Yüklə 1,55 Mb.
səhifə19/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   15   16   17   18   19   20   21   22   ...   83
III.3. Semiotikada Ç.Morris mərhələsi
Ç.Morris əsasən semiotika ilə məşğul olub, ancaq fəlsəfi problemlərə də toxunub. O, neopozitivistlərin çap etdir­diyi Unifikasiyalı elmin Beynəlxalq ensiklopediyasında “İşa­rələr nəzəriyyəsinin əsası” adlı əsər çap elətdirir. Burada o semi­otikanı bütün elmlərin instrumenti (orqanon) hesab edir. Ç.Morris semiotika üzrə biliklərin hər bir alimin yetişməsində mühüm rol oynadığını xüsusi vurğulayırdı. Maraqlıdır ki, hələ R.Dekart (1596-1650) yazırdı ki, “Sözlərin mənalarını müəyyən edin və onda dün­yanı yanlışlığın yarısından xilas edərsiniz.”

Ç.Morris bununla nəzəriyyə və metanəzəriyyə ilə bağlı çaş­qın­lıqlara, terminlərin qarışdırılmasına son qoyacağına inanırdı. O bildirirdi ki, “empirik elmlər əslində nəinki bütün düzgün həqi­qətləri yox, ən vacib düzgün həqiqətləri əldə etməklə məşğuldur, ancaq empirik elmin dili həqiqətin vacibliyinə yox, onun ifadəsinə yönəlib.”28

Ç.Morris həmçinin işarənin üç aspektini fərqləndirirdi. Onları bu alim funksiyalar, ya da semiozisin ölçüləri adlandırırdı.

Bunlar aşağıdakılardır:

1. Sintaktika: işarə düzümündəki düz xətt boyunca və ya opera və üvertüradakı motivlər arasındakı əlaqələrin üzə çıxarılması ilə məşğuldur;

2. Semantika: işarələyənlə işarələnən arasındakı əlaqələrin ifadəsini öyrənir;

3. Praqmatika: işarə ilə onu işlədənlər arasındakı, göndərən (danışan) və qəbul edən (dinləyən) arasındakı əlaqələri öyrənir.

Bunların hər biri Ç.Morrisin əsərinin bir bölməsini təşkil edir. Ç.Morrisə görə, semiozis işarənin fəaliyyət göstərdiyi prosesdir.

Ç.Morrisdən fərqli olaraq alman filosofu Q.Klaus işarələrin bir aspektini də fərqləndirir ki, bu siqmatik aspekt adlanır: o, işarələrin denotatları arasındakı əlaqələri araşdırır (bu barədə bax: V fəsil).

O, bu bölgüyə izahat verərək yazırdı: “Semiotika qədim dövrlərdəki üçlüyün (trivium) müasir ekvivalentlərini əhatə edir-məntiq, qrammatika və ritorika.”29 Qeyd edək ki, bu üçlükdən sonra dördlük (kvadriya) gəlirdi: musiqi, cəbr, həndəsə, astronomiya. Onların yeddisi bir yerdə universitetəqədərki 7 azad elmin əsaslarını (incəsənətini) təşkil edirdi.

Ç.Morrisin müəyyən etdiyi 3 aspektin evristik qiyməti onda­dır ki, bununla işarələrin bütün münasibətlərini həll etmək müm­kündür.

Bu üç aspekt istənilən mətnin qurulmasını və şərhini təmin edən parametrlərdir. Məsələn, riyazi formulda birinci plana sintak­tika çıxır. Emipirik elmi dil təbiətin təsvirinə, əxlaqın, təsviri və tətbiqi incəsənətin dili idarəetməyə, şey və məqamları göstərməyə, şeylərdən gözlənilən nəticəni almağa kömək edir. Bütün burada işarənin hər üç aspekti kifayət qədər dolğun təmsil olunur, ancaq diqqətdən və maraqdan asılı olaraq onlardan biri digərinə tabe ola bilər.29

Ç.Morrisin bölgüsü klassik hesab olunur. Hər halda filosoflar və kulturoloqlar Ç.Pirsin bölgüsündən Morrisin bölgüsünə daha çox üstünlük verirlər.

Y.S.Stepanov (1930-) bu bölgüyə əsaslanaraq dilin dərk olunması paradiqminə dair bilgilərin 3 istiqamətdə inkişafını şərh edir. Semantik paradiqm (adın fəlsəfəsi); sintaktik (predikatın fəlsəfəsi) və praqmatik (eqosentrik, sözlərin fəlsəfəsi). Ç.Morris ya­zır: “Semiotika insan fəaliyyətinin əsas formalarını və bu formaların bir-birilə əlaqəsini başa düşməyə zəmin yaradır, çünki fəaliyyətin bütün növləri və onlar arasındakı əlaqələr öz ifadəsini işarələrdə tapır... İşarə anlayışı insan haqqında elm üçün fizika üçün atom, biologiya üçün hüceyrələr vacib olduğu kimi fundamentaldır.31 Onun fikrincə, fəlsəfə elə işarə nəzəriyyəsi deməkdir.32

Ç.Morris işarə haqqında fikirlərini özünün “İşarələr, dil və davranış” (1946), “İnsan ləyaqətinin müxtəliflikləri” (1958) və “Məna və mənalanma. İşarələr və dəyərlər. Əlaqələrin öyrənilməsi” (1964) kitablarında inkişaf etdirib.


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin