F. H. Zeynalov


II.2. Semiotikanın ümumi məsələlərinə dair



Yüklə 1,55 Mb.
səhifə14/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   10   11   12   13   14   15   16   17   ...   83
II.2. Semiotikanın ümumi məsələlərinə dair
İşarələr sisteminin informasiya aləmini necə doldurması ilə bağlı konkret misallara müraciət edək. Hazırkı dünyamızda yol hərəkəti qaydalarını nizamlayan işarələr sistemini təhlil edəndə görürük ki, bütün bu işarələri 4 qrupda ümumiləşdirmək olar:

1. Nəqliyyat vastələrinin əsas növlərini əhatə edən işarələr:

buraya yük və minik maşınlarını, motosikl, velosiped, traktor, qoşqulu nəqliyyat vasitələrini göstərən və hətta qabariti məhdudlaşdıran işarələr daxildir (bax: şəkil 2).
     
Şəkil 2. Nəqliyyat vasitlərini göstərən işarələr
2. Hərəkətin həyata keçirildiyi yollar barəsindəki nişanlar: buraya əsas və ikinci dərəcəli, avtomagistral, birtərəfli və ikitərəfli hərəkət olan, ümumi nəqiliyyat növləri üçün nəzərdə tutulmuş yolları göstərən işarələr daxildir (bax: şəkil 3).
      
Şəkil 3. Yol nişanları
3. Xüsusi təhlükə gözlənildiyini bildirən işarələr: buraya piyada keçidi, məktəb binası, dəmir yol keçidi, ötmə, yol təmiri və s. bildirən işarələr daxildir (bax: şəkil 4).
     
Şəkil 4. Təhlükə bildirən nişanlar
4. Sürücülər haqqında məlumat: sürücü-əlil, sürücü-şagird, əl ilə idarə edən sürücü və s. işarələr buraya aiddir (bax: şəkil 5).
  
Şəkil 5. Sürücülər haqqında məlumat bildirən işarələr
Yol hərəkəti qaydalarını əks etdirən lövhələr, yolun müəyyən hissəsinin işarələnməsi, işıqfor, qabaqdan gələn maşınların xə­bərdaredici işarələri, yol nizamlayıcıları və s. bütöv bunlar hamısı birlikdə yol hərəkəti qaydalarını nizamlayan işarələrdir.

Bu işarələrin hamısı əvvəlcədən işlənib hazırlanmış işarələr sistemidir. Onların göstərməkdən, istiqamətləndirməkdən başqa funk­­si­yası yoxdur. Yolun şürüşkənliyini göstərən ziq-zaqvari işarə sa­dəcə sürücünü ehtiyatlı davranmağa xəbərdar edir. O işarənin funksiyası yalnız yol hərəkəti qaydalarına aid olan işarələr siste­mində müəyyən əhəmiyyət daşıyır.

Heykəltaraş semiotikası yuxarılardakı semiotik sistemdən fərqlı olaraq insanı üçmeyarlı xüsusi bir fiqurda (bəzən qrup şəklində və ya heyvanların fiquru kimi - F.V.) əks etdirir:

a) bu zaman prototip ya qəhrəman, ya lider və ya görkəmli elm və incəsənət xadimidir. Ancaq burada peyzaj və natürmort ol­mur.

b) simvolik, alleqorik və ya ümumiləşdiriсi strukturlar əsas götürülür (ədalət rəmzi kimi qadının əlində tərəzi və qələbə rəmzi kimi naməlum əsgər heykəli, vətənə sevgi rəmzi kimi şəhidlər xiyabanı və s. - F.V.).

c) məlumat seçimi (ayaq üstə, büst, statuye, romantik, idman, konkret, realistik və s. – F.V.). Göründüyü kimi, skulpturda təsvir imkanları məhduddur.

Buradan belə nəticə hasil olur ki, kimsə kiməsə nəsə deyir, jestlə nəyisə ifadə edirsə, şəkil göstərirsə, o, bildiyini və ya istə­diyini, niyyətini başqasına çatdırmaq məqsədini güdür və bu həm de­yənə (göstərənə, çəkənə), həm də dinləyənə (həmsöhbətə, eşi­dənə, tamaşaçıya, dinləyiciyə) qabaqcadan məlum olan qaydalar əsasında baş verir. Birincisi kodlaşdırır, ikincisi isə dekodlaşdırır ki, işarələr anlaşılsın, qarşılıqlı anlaşmaya xidmət etsin. Kimsə güman edir ki, informasiyanın ötürülməsi və qəbul edilməsi, ünsiyyət qabarıq, hər hansı bir mədəni formada razılaşdırılmaya söykənmir, yəni iki fərd arasında ünsiyyət kortəbii və intuitiv əsasda baş verir, deməli, bu halda semiotika mənasız bir şeydir. Beləliklə, kodla məlumat arasındakı dialektika və kodun razılaşma ilə mədəni təbi­ətinə dair söylənilənlər bu sahədə kəşf deyil, sadəcə onun əsas­landığı tələbdir.


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin