F. H. Zeynalov


VI.5. İndeks işarələr biokommunikasiyada



Yüklə 1,55 Mb.
səhifə35/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   31   32   33   34   35   36   37   38   ...   83
VI.5. İndeks işarələr biokommunikasiyada
İndeks işarələr heyvanlarda çox müşahidə olunur, zahiridir, amma heyvanın daxili və ya somatik vəziyyətini də bildirir (hiss, sevinc, seksə ha­zırlıq). İt quyruğunu tərpədərək mırıldayır, pişik isə yalayaraq miyoldayır. İşarəlilik partnyora müraciətdə ifadə olunur. İnsanların mimikası və jesti bioloji və sosial semiotik kəsişmədədir. Onların bəzi uzaq kökləri heyvanlardakı kimidir. Meymun soyuqdan titrədir, yorulanda əsnəyir, narahat olanda peysərini qaşıyır, kefi kök olanda gülür, acıqlananda dodaqlarını büzüşdürür, narazı olanda üz-gözünü turşudur. Bunları insanlar pantomim teatrlarında nümayiş etdirirlər. Alman televiziya kanallarında, istirahət zonalarında artistlər bu cür pul qazanır. Avqustun 9-da Lokarnonun yaxınlığında Askona sahi­lin­də (İsveçrə) ağ rəngə bürünmüş kişi pantomim göstərirdi.

Ancaq ruslarda çox fərqli elementlər də vardır. İnsan bəzən gördüklərini təhlil edəndə soruşur: görəsən onun bu mimikası nə demək idi? Prezidentlər görüşəndə ayaqlarını aralı qoyub oturmaq nə deməkdir?

Şeirlərimizdə bu cür hərəkətləri təsvir edən epizodlar çoxdur.

Bədən hərəkətlərini 3 qrupa bölürlər:

1. Pisixoloji cəhətdən mənasız fiziki hərəkətlər: qaşınmaq, yuxudan duranda gözünü açmaq, yumruğunu düyünləmək və s.

2. İşarələr-simptomlar. Psixoloji məna daşıyan poza, jest, mimika: ağladı, titrədi, çiynini dartdı, bunlarla danışan həmsöh­bəti­nə nəsə çatdırmaq istəyir. Onlar əsasən qeyri-ixtiyaridir, subyektin vəziyyəti barədə məlumat mənbəyi kimi çıxış edir.

3. İşarələr-kinemlər (kinema). Bunlar ünsiyyət üçün vacib davranış hərəkətləridir. Salamlaşanda ayağa durmaq, başı ilə razılıq və ya narazılıq ifadə etmək, barmağını silkələmək, qadının əlindən öpmək. Onlar jest-simptomlardan fərqli olaraq şüurlu olur və adre­sata yönəlir. Ancaq simptomla kinemi fərqləndirmək bəzən çətin olur. Məsələn:

simptom kinem

qeyri-iradi gülüş və ya radiodan Stüardessanın gülüşü,

komandasının qələbə xəbərini teatrda tamaşanın

eşidəndə əllərini bir-birinə vurmaq ortasında alqış


Bəzi kinemlər bioloji simptomlara gedib çıxmır, rituallarla bağlıdır: Şlaypasını çıxartmaq, novruz bayramında odun üstündən atılmaq və s. Eyni zamanda burada səs də çıxardırlar.

Jest-simptomların motivliyi var, ancaq adi insanlar bunu bilmirlər. Məsələn, pul gözləyəndə ovucun qaşınması və ya peysəri qaşımaq.

Jest-kinemlər arasında motivləşmiş işarələr olmur. Əlbət ki, ilkin olaraq şərti olanlardan başqa cinsi əlaqədə hərəkət, böyük barmağın və ya bəzi xalqlarda böyük barmaqla baş barmağın sıfır kimi “OK” bildirməsi və s.

Frazeologizmlərdə birbaşa məna yox, idiomatik məna ifadə olunur. Şahın ayağına yıxılmaq, dəstənin başını sığallamaq və s.

İndekslər-işarələr təbii dildə: intonasiya, nida və sifətlər. Yuxarıda dedik ki, “intonasiya paralinqivistik fenomendir” yazıb bəziləri.7 Razılaşmaq olmur. İntonasiya həm linqvistikdir, həm də fərdidır. Bəzən intonem, melodem və tonem terminlərindən istifadə olunur. Bəzən intonemlərin sayını 6-dan 20-ə qədər müəyyən edirlər.8 İntonasiya cümləni bölür və onun kommunikativ tipini bildirməklə yanaşı aktual üzvlənməni reallaşdırır.9

L.R.Zinder (1904-2001) intonasiyanı hər bir dilin ən xarakterik fonetik əlaməti hesab edir. İntonasiya emosionallağı və linqvistik dəyəri bildirir.10 Birincidə insan həyəcanlı, ikincidə isə normal psixoloji vəziyyətdə olur. “Hə” və “yox” bir cür yazılır, ancaq “hə”-nin 50, “yox”-un 60 cür deyilişi var.



Nida – bölünməz və qeyri-iradi çığırtılardır. “Tfu” tüpür­mək­dir, həm də nifrətin ifadəsidir.

Şifterlər. R.Yakobson felin şəxs, zaman və şəkil kateqo­riya­larını şifterlərə aid edir. “Mən” şəxsi bildirir, ancaq söyləmlə bağlıdır, indeks kimi çıxış edir. “Şifterlər” məntiqi-kommunikativ ehtiyac olaraq qrammatikada yaranan söyləmin danışıq aktında dayaq “koordinatıdır”. Cümlədə şəxs işlənməyəndə dəlilik əlaməti üzə çıxır. Sağ yarımkürənin zədələndiyini bildirir.

R.Yakobson Qelderlinin poeziyasını öyrənib, göstərib ki, bu şair tədricən danışıq qabiliyyətini itirib, gözəl şeirlər yazıb, ancaq “şəxs əvəzlikləri” işlətməyib.11



Ikonik işarələr səs simvolizmi kimi.

Heyvanların ünsiyyətində əsasən indeks-işarələr işlənir, simvollar demək olar ki, yoxdur, az miqdarda ikonlar vardır. Onların ünsiy­yə­tində imitasiya və mimikriya davranışlarının rituallaşması nəticə­sin­də yaranır. Onlar daha çox sürünün rəftarında ifadə olunur. Məsələn, antiloplar buynuzları ilə sancmırlar, ancaq buynuzlarını bir-birinə ilişdirib oynayırlar. Buynuzsuz erkək buynuzlu ilə da­laşan­da onun başını qanadır. Ev iti adamla oynayanda adamın əlini qapır, ancaq dişini batırmır. Bu qələbənin imitasiyasıdır, ikonik işarədir.

İnsanın jest və mimikasında və təbii dildə ikonik işarələrə tez-tez rast gəlmək olur. Səs təqlidləri və onlardan düzəltmələr jest, poza və mimikalar simptomatik (indeksal) işarələri imitasiya etmək üçün işlədilir ki, müvafiq psixofizioloji vəziyyət yaransın: insan göz yaşı axıtmağa çalışır, gözlərini bərəldir və s. İnsanın tam gülməyə və ağlamağa gücü çatmır, özünü elə göstərir.

Linqvistik ikonik işarələrə ilk öncə səs təqlidi ilə yaranan sözlər daxildir.

Bunlar qrammatik cəhətdən dəyişməyən sözlərdir: insanda və heyvanda /ha-ha/, /hi-hi/, /parta-part/, /ham-ham/, /myo-myo/, /tik-tak/ (saatda), /babax/! Bunların ifadə planı motivli səslərdir: döymək, cırıldamaq, vızıldamaq, xırıldamaq və s.

Danışmaq, çığırmaq, pıçıldamaq və s. felləri qədim yamsılamalara aiddir. Düzəltmələrdə motivlik itmək üzrədir: zəng, varvar, немец (немой sözündən). Q.Laybnis dilin yaranmasını yamsılamada görürdü. Hazırda A.M.Qazov-Qinzburq bu fikirdədir.12 Hazırda ən çox işlənən leksikada 20 min işlək söz vardır, onların payı 2 %-i keçmir.


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin