F. H. Zeynalov


VI.4. Sadə və qeyri-sadə işarələrin qarşılaşması



Yüklə 1,55 Mb.
səhifə34/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   30   31   32   33   34   35   36   37   ...   83
VI.4. Sadə və qeyri-sadə işarələrin qarşılaşması
Taksonomik şərh bu iki işarə növünün qarşılaşmasından baş­lasa da, onların fərqli və oxşar cəhətlərini görə bilərik.

Sadə işarələr özlərində başqa işarəyə malik deyil və ilkindirlər, yəni nə formal, nə də semantik cəhətdən düzəltmə deyillər: itin hürməsi, xoruzun banı, xudahafizləşmə işarəsi (hələlik), dilin sözləri, təcili yardımın ayparası, yol nişanları (ötmək qadağandır, bərabərlik işarəsi, musiqidə açar , müəllifin hüququnun qorunması işarəsi ©, qızılın xəritədə yeri və s.)

Mürəkkəb işarələr bir neçə sadə işarənin birləşməsidir. Məsə­lən, itin hürməsi və dişini qıcadaraq mırıldaması, xüdahafizləşəndə əllə görüşmə və öpüşmə, sözlə “hələlik” söyləm (cümlə), müqayisə (qar kimi ağ), metafor, trop, şeir, təsviri incəsənət əsəri, uşağın xaç suyuna salınması və ya sünnəti, coğrafi xəritə, rəqəmlərin istənilən birləşməsi (0,8,08), formul (2+2), banknot, hərbidə mundir, emblem və şalvarın qırağında zolaqlar və s.

Ümumiyyətlə, sadə və mürəkkəb işarələrin səviyyə və hierar­xiyasını tam müyyənləşdirmək hələ mümkün olmamışdır.

Semiozisin üç mərhələsi və işarələyənlə işarələnən arasındakı əlaqənin xarakterinə görə işarələrin 3 tipini fərqləndirirlər, bu zaman əlaqə iki cür olur.

1) motivləşən, yəni təbii, şərti. Bunlar da iki cür olur: a) hadisələrin qarışması; 2) onların oxşarlığı. Ç.Pirs işarələyənlə işarələnənin 3 əlaqə tipini əsas göstərərək işarə-indeks, işarə-kopiya və işarə-simvolları fərqləndirirdi.

Bunlar semiozisin əsas mahiyyətini açır.

1) İşarə-indeksləri simtomlar da adlandırırlar (təbabətdə, əlin qızarması hərarətin qalxmasının, xəstəliyin əlamətidir). Bunları metonomik xarakterə malik kimi göstərirlər. Burada təbii üst-üstə düşmə var.

2) İşarə-kopiyalar (bunlara ikonlar, ikonik işarələr də deyirlər). Burada oxşarlıq, bənzərlik var. Bunlar metaforikdir: juk (cücü)-juk (bar) və s.

3) İşarə-simvollarda motivləşmə yoxdur. Niyə balıq balıqdır, 4 isə 4-ü bildirir.

Bu üç səviyyə əlaqələri tam əks etdirir. Onlar dərəcəni bildirir. Az şərtlilik indeksə, çox şərtilik isə simvollara xasdır.

Ç.Pirs qraduallığı başa düşürdü. Ona görə ikonik işarələrin bir neçə növünü fərqləndirirdi: a) obrazlar (bilavasitə oxşarlığa əsas­lanır); b) sxemlər (predmetin quruluşunun təmsilçisi – sözün cümlədə yeri, formullarda işarələr); c) metaforlar (mənanı başqa bir şeydəki paralelizmlə təmsil edir); ç) şifterlər. Bu yenidən qoşulma deməkdir, onu 1920-ci ildə O.Yespersen qrammatikaya qrammatik kateqo­riya­ların funksional birliyini göstərmək üçün gətirib. Onlar məlumatın xarakterini dəyişir.




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin