F. H. Zeynalov


V.4. Fəslin ədəbiyyatı və qeydlər



Yüklə 1,55 Mb.
səhifə30/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   26   27   28   29   30   31   32   33   ...   83
V.4. Fəslin ədəbiyyatı və qeydlər
1. V.F. Veysəlova . Uşaq dilinin formalaşması və inkişafı. ND, Bakı, 2002.

2. A.A.Ветров Göstərilən əsəri, s. 219.

3. R.O.Якобсон. Детский языk, афазия и общие звуковые законы. 1949-cu il almanca nəşrindən tərcüməsi, “Son söz” və “Şərhlər” filol.e.d.prof.F.Yadigarındır (Veysəllinindir). Bakı, 1993.

4. V.F.Veysəlova. Göstərilən əsəri, s.115.

5. A.A.Ветров. Göstərilən əsəri, s.219.

6. K.Бюлер. Очерк духовного развития ребенка. М., 1930, s. 64-65.

7. А.А.Ветров. Göstərilən əsəri, s.233.

8.P. Giro. Semantique. Paris, 1955

9. А.А.Ветров. Göstərilən əsəri, s.45.

10. Zeichen und System der Sprache. I. Bd.Veröffentlichung des 1. İnternationalen Symposiums “Zeichen und System der Sprache” vom 28.9. bis zum 2.10. 1959 in Erfurt. Berlin, 1961, s. 149-159.


VI. İşarə sistemlərinin

ümumi səciyyəsi

VI.1. İşarə situasiyaları haqqında


İşarə nədir? Əşya əlamət, hadisə, fakt, bunlar orqanizmə hissi təsir edən olduğundan işarə kimi çıxış edirlər. İşarə həmişə nəyinsə əvəzinə işlənir. Məhz başqasını əvəz etməklə işarə yaranır. Aşağıdakı misallara fikir verək.

Fərz edək ki, otaqda qutuda itə ət verilir. İt əti görən kimi siqnal verilir. Zənglə yem arasında bir şərti refleks yaranır. İt zəngi eşidib hərəkət edir, yemə cumur, onun obyekti yemdir, tapır yeyir, Zəngin funksiyası itə əşyanı göstərməkdir. Artıq zəng iti maraq­landırmır. Zəng yemin olmasına işarə edir.

İndi ikinci bir təcrübəyə keçək. Biz deyirik, /mənə su verin/, bizim müraciət etdiyimiz adam gedir, su qabını götürür şüşədən su töküb gətirib verir bizə. Birinci halla ikinci hal arasında müyyən oxşarlıq var. Sözlə oyadılan hərəkət sözə yox, müəyyən hərəkətə sövq edir, deməli, sözlər obyekt və predmetlərin özləri deyil, yalnız işarələyəndir. Sözlər də zəng kimi onlardan kənarda olan predmetə işarə edir, həmsöhbəti müəyyən hərəkətə sövq edir.

Üçüncü bir təcrübə isə tısbağa üzərində aparılıb. İngilis mü­həndisi U.Qreem sübut edib ki, tısbağada da şərti refleks oyatmaq olar. Tısbağanın qabağında maneə yaradılır, o, maneyə rast gələn, kimi geri qayıdır. Ancaq maneyəyə toxunanda fit çalınır. Bir neçə dəfə təkrar fit çalınandan sonra tısbağa hər dəfə fit çalınanda geri çəkilir. İndi artıq fit yox, maneə tısbağa üçün predmet rolunda çıxış edir. Zəngin, sözün və maneənin funksiyaları bütün hallarda eynidir, onlar nəyəsə işarə edirlər, adlandırırlar, göstəririlər. Deməli, predmeti adlandırmaq, onu göstərmək, ona işarə etmək deməkdir. Beləliklə, işarə və işarə situasiyası belə müəyyənləşəcək.




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin