F. H. Zeynalov


V.3. İnsan dilinin formallaşması



Yüklə 1,55 Mb.
səhifə29/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   25   26   27   28   29   30   31   32   ...   83
V.3. İnsan dilinin formallaşması
Müasir kibernetik qurğuların hazırlanması bu elmin nəzəri və praktik səviyyəsindən asılıdır. Bu da ilk növbədə “düşünən” maşın­ların hazırlanması, insan və maşın və əksinə əlaqələrinin inkişafı səviyyəsindən asılıdır. Həm insanın əvəzinə əməliyyatları həyata keçirən maşınlar (kompyuter), həm də ətraf aləmlə davranmağı bacaran, xüsusilə insanın maşınla ünsiyyətini təmin edən qurğuların hazırlanması semiotikanın qarşısında duran mühüm vəzifələrdir. Ötən əsrin 60-cı illərində N.Yorkda yol hərəkəti qaydalarını nizam­layan avtomatlar o zaman insanlara möcüzə kimi gəlirdi. Onlar işıqforun işıqlarını maşın axınına müvafiq olaraq nizamlayırdı. Bu zaman qırmızı işıqda dayanan maşınların sayı əsas götürülürdü: qırmızı işığa birinci çatan avtomobildən sonra keçən vaxt və yaşıl işıqda keçən maşınların miqdarı. Bu şərtlərdən birini nəzərə almaqla işıqfor vaxtından əvvəl yaşıl və ya qırmızı işığa keçirdi. Göründüyü kimi, bu avtomat qurğu insanın davranışını xeyli asanlaşdırır. Bu avtomatlarda əməliyyatları konstruktor əvvəlcədən düşünüb quraş­dırıb. Məşhur riyaziyyatçı K.Şenon (1916-2001) belə bir təcrübə keçirib. O təkərləri maqnitləşən qurğuya siçan bağlayır və onu labirintin başlanğıcına qoyur. Siçan bir az aralıda qoyulan donuz piyini tapmalı idi. Birinci dəfə siçan dəlmə-deşiklərə girir, uzun yol keçir, ikinci və üçüncü dəfə isə siçan birbaşa piyin üstünə gedir.8 Deməli, təcrübə öz işini gördü. Deməli, maşın da qeyri-işarəvi davranışın təcrübəsinə əsaslanır.

İndi görək maşın dil işarələrinə reaksiya verə bilirmi?

Başqa sözlə, sual olunur: avtomat insan dililə idarə oluna bilərmi? Mühəndis Vensli fit çalmaqla “Telereks” cihazını hərəkət etməyə alışdırmışdı. O, tozsoranı və ya ventilyasiyanı elektirik işığı­na qoşub, pəncərəni açır, qapını örtür. Hələ 2-ci Dünya müha­ribə­sindən əvvəl San Fransisko və N.Yorkda Beynəlxalq sərgilərdə nümayiş etdirilən “Vestinhaus” firmasının robortları sözlü koman­daya əməl edirdilər. İngiliscə deyəndə “Stand up”, robot dururmuş, qalxırmış, “Now go” deyəndə gedirmiş, “stop” da isə dayanırmış.

Hətta bəzi robortlar ayrı-ayrı cümlələri deyirdi. O zaman vəzifə ondan ibarət idi ki, elə maşın yaradılsın ki, o, insan danışığını sintez eləsin. Əlbəttə, bu zaman elektirik dalğalarının mənbəyi, generator, insanın səs tellərini əvəz etməli, bir də nəfəsalma və nəfəsvermə prosesini nizamlamalıdır. Əlavə olaraq, ona rezo­nansları əvəz edən zolaqlı elektirik filtirlər qoşulmalıdır. Fərz edək ki, klaviaturaya bu və ya digər düyməni basmaqla siqnalın səviy­yəsini müəyyən etmək olar, belə ki, fonetik tərkibi aydın deyilən və eşidilən fonem ardıcıllığı yarana bilər. Bunu elektirik impulslar vasitəsilə də idarə etmək olar. Əlbət ki, səslərin, xüsusilə saitlərin keyfiyyəti arzu olunan səviyyədə öyrənilərsə, bu vəzifəni həyata keçirmək olar.

Digər tərəfdən, bu gün dinləyici avtomatlar quraşdırılır. Məsələn, diktofon-stenoqraf avtomatik olaraq danışılanı fonetik işarələrə çevirir, telefon danışığının mətnini yaradır. O, fonemləri və onların ardıcıllığını tanıyır, deməli, insanın eşitmə cihazının analo­qu yaradılır.

Deməli, maşın insana şifahi formada məlumat verir və ondan bu məlumatı qəbul edir. Beləliklə, məsələ hələ tam həll olunmasa da, onun həllinə yaxınlıq göz qabağındadır.

Yazılı dilin də insanın maşınla davranışında rolu çox böyükdür. Bunun yolu çox asandır. Qrafemlərin ardıcıl şəkildə kodlaşması buna yaxşı imkan verir. Xüsusilə qrafemlərin çap şəkli daha yaxşı izah oluna bilir. Fərz edək ki, bizdə kvadrat çəkilib, indi o kvadratı üstdən, ortadan və altdan qırıq-qırıq xətlə birləşdirək:

İndi bu kvadrata latın hərflərini yerləşdirək. Məsələn, P belə şəkil alacaq:


İndi kvadratda hər bir küncü içəridən və çöldən rəqəmlərlə işarələyək:

1 ----2----- 3

4 ----5----- 6

7 ----8----- 9


Bu kvadratda hər küncü işarə etmək istədiyimiz hərfin hər elementini 1, uyğun gəlməyəni isə 0-la göstərək. Onda F belə olacaq:
111

110


100
Düz xətt boyunca yazanda 111110100 ardıcıllığı alınacaq. Bu o deməkdir ki, F üçün 6 element vacibdir, yerdə qalan 4-ü isə əhəmiyyətsizdir.
1 —1 0---0

1 —1-----0

1 —1-----0
Deməli, latın əlifbasındakı hərflər 0 və 1 ardıcıllığı ilə verilə blər:
2 0

111010111 010101010 və s.


Özü də 1 elektirik impulsu, 0 isə onun yoxluğunu bildirir. O yer­də ki 1 var, oradan elektirik impulslar daxil olur, o- da impuls olmur. Elə televiziya və fototeleqrafda da bu prinsipdən istifadə olunur.

Elektirik impulslar elektron hesablama maşınına daxil olur və maşın hər hərfi impuls və 0-ların düzümünə görə tanıyır. Buna ikili loqarifm sisteminə əsaslanan tanıma deyilir. Deməli, 0,1, iki -10, 3-11, 4-100 və s. kimi qəbul edilir. Hərflərin tanınması elektron hesablayıcı maşında elektirik impulslarının və sıfırların sayına görə həyata keçirilir. Rəqəmlərin axırındakı işarə, məsələn, F-də 111110100 (axırıncı sıfır görünməsilə maşın həmin hərfi tanıyır).

Əlbəttə, burada yazı və şifahidə n qədər problem yaranır. Yazıda heç də hamı eyni cür yazmır, danışıqda da variasiya kifayət qədər böyükdür. Lakin yazılı və şifahi mətnlərin tam şəkildə tanınıb işlənməsi hələ də problem olaraq qalmaqdadır. Qeyd edək ki, hazırda xeyli alqoritmik proqram işlənib hazırlanıb (alqol, fortran, kobol və s.). Lakin insanın maşınla ünsiyyəti hələ də tam həll olunmayıb. İndi bu problem kibernetikanın ana səhifəsini təşkil edir.

Təbiidir ki, maşınlarda hissiyyat, emosiya olmur. Maşın konstruktorların yaratdığı mexaniki mexanizmdir. Onun emo­siyaları duyması və onlara müvafiq reaksiya verməsi üçün çox böyük vəsait, enerji və vaxt tələb olunur. Ola bilər ki, elə maşınlar yaradılacaq ki, onlar qorxunu, hədəni, sevgini hiss edib cavabllar versin. Ancaq bu gələcəyin işidir: ürək döyüntüsü, ağızın quruması, nəfəsin daralması kimi hissləri maşın yaşaya biləcəkmi? Yəqin ki, hə!

Anlam anlayış və təsəvvürlərdir. Onlar dil işarələrindən inten­sional (niyyətli, şüurlu) istifadəni təmin edir. Maşınlar subyektiv gerçəkliyi duymadıqları üçün, onlar anlam mənasına yaxın mənanı tuta bilmirlər, subyektiv aləmi dil vahidlərinə bağlamaqda acizdirlər. Yuxarıda gördüyümüz kimi, onlar maşınların yaddaşındakı impulslarla işləyir. Maşınlar anlam mənasından istifadə etməsələr, onların hərəkəti xaotik olardı. Məlumdur ki, maşınlar verilən komandaya uyğun hərəkətlər edirlər.

Maşın insanın təfəkkür fəaliyyətini modelləşdirə bilərmi? Bu sual indi hamını düşündürür. Bəli, mütəxəssislər buna müsbət cavab verirlər. Hazırki kibernetik qurğular bir çox əməliyyat apara bilir, teoremi həll edir, şahmat oynayır, bir dildən başqa dilə çevirir, şeir yazır, musiqi bəstələyir, bəstəkarlara əsərin orkestr həllini tapmaqda kömək edir və s.

Deməli, insanın fəaliyyət sahəsinə aid olan bir sıra əməliy­yatları kibernetik qurğu həll edə bilir.

İnsanın əqli fəaliyyətilə maşının bu tipdən elədiyi əməliy­yatlar arasında keyfiyyət fərqi var. İnsanın əqli fəaliyyəti ikinci siq­nal sistemi əsasında obyektiv aləmin inikası olan ayrı-ayrı element­lərin inkişafı sayəsində olur. Maşın isə daxil olan infor­masiyanı rəqəmsal əməliyyata çevirir. Məsələn, yazıda verilən informasiya rəqəmsala çevriləndə qrafemlərin yerində alfavitdə işarələrə uyğun seçilmiş rəqəmlər gedir.

Müasir riyazi məntiq deduktiv operasiyalarla konyun­ksiya (“və” bağlayıcısı), dizyunksiya (ya, ya da) və inkar (yox) əlaqələri riyazi yolla çoxaltma və toplama əməliyyatını həyata ke­çirə bilir. Bununla da rəqəmlər üzərində təfəkkür əməliyyatlarını riyazi operasiya kimi etmək mümkün olmuşdur. Konstruktorlar elə qurğu düzəldiblər ki, maşın əməliyyatı toplamanı bir neçə dəfə keçirilən əməliyyat kimi təqdim edir. Maşın həmişə düz sayır və düz eləyir. Odur ki, bizim düşüncəmizin məzmununu, mental prosesləri maşın hesablayaraq modelləşdirməyə çalışır. Bizim mental həyatımızda dil işarələri istirak edir, daxili nitqdə də. Ancaq kibernetik qurğu daxili nitqdən məhrumdur. Onlar özlərilə bizi kimi danışmırlar. Bizim sözlə göndərdiyimiz məlumatı kibernetik qurğu rəqəmlər şəklində kodlaşdırır. Burada rəqəmlər hökmranlıq edir, onu elektirik impulslar idarə edir. Düşüncə prosesini modelləşdirən maşında söz, eşidilən, deyilən özü-özünə danışılan nitq olmur.

İnsanın daxili nitqdə işlətdiyi dil vahidləri hissi xarakter daşıyan subyektiv obrazlarla bağlıdır. Hətta sintaktik sistemlərin qurulmasında istifadə olunan simvolları dilin təbii vahidlərilə bağlı götürür, onların anlam mənaları əqli obrazlarda reallaşır, çünki sintaktik sistem adi təbii dildə öz ifadəsini tapır. Maşın isə əqli obrazlardan yararlana bilmir, onun bütün operasiyaları maddi dəyişmələrə (elektirik impulslarının) əsaslanır. Deməli, maşın nəinki sözsüz, həm də obrazsız “düşünür”. Ancaq bu heç də maşına şübhə ilə yanaşmağa əsas vermir. Alınan nəticələr bəzən insanınkından da yüksək olur. Ona görə də maşın daha intensiv şəkildə insanın köməkçisinə çevrilir.

Deməli, kibernetik qurğu semiotikasız heç nə edə bilməz.


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin