F. H. Zeynalov


VI.3. İşarə sistemlərinin genezisi və ontogenezi



Yüklə 1,55 Mb.
səhifə33/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   29   30   31   32   33   34   35   36   ...   83
VI.3. İşarə sistemlərinin genezisi və ontogenezi
Təbii və mədəni semiotikalar (təbii və süni) əsas geneoloji qarşılaşmalar yaradır.

Təbii və mədəni semiotikalar arasındakı geneoloji əlaqalər iki istiqamətdə olur: 1) həm insan, həm də heyvan üçün ümumi olan bioloji semioz; 2) müəyyən mədəni semiotik işarələrdə forma və məzmun oxşarlıqları olan semiozlar.

Müxtəlif heyvanlarda və quşlarda 10-dan 40-a qədər səs-məlumat fərqləndirilir. Oxuyan quşları oxumağa öyrətmək olur. Gə­mi­ricilərdə körpələrin böyükləri yamsılaması ilə jest və mimika formalaşır.

Cinsi əlaqəyə girmək istəyən quşlarda əvvəlcə erkəklər rəqs edir. Bu zaman səs çıxarırlar. Erkək qarğalar dişilərin ətrafında rəqs edərək qanadlarını açır, tüklərini aralayırlar.

Hələ Ç.Darvin (1809-1888) yazırdı ki, musiqili səs çıxartmaq instinkt qa­billyəti ən aşağı səviyyəli heyvanlarda inkişaf edib. Onun fikrincə, sonralar dil bu əsasda yaranıb. Erkəklər dişiləri cəlb etmək üçün tam səsli nəğmə oxuyurlar. Bizim bütün mahnılarımızın kökündə məhəbbət durur.

Meymun barmağı ilə yanına çağırır.

Ç.Darvinə görə emosiyalar heyvanda və insanda oxşardır, insanda bu anadangəlmədir. Əsas emosiyalar (sevinc, qəzəb və s.) həm heyvanda, həm də insanda eynidir. Emosiyalar hərəkətlər və müx­təlif səslər doğurur. Uşaq sevinəndə əllərini bir-birinə vurur və tul­lanıb düşür. İnsan yadına nəyisə salmaq istəyəndə boynunun ardını qaşıyır.

Sosioetoloji oxşarlıq özünü heyvanda və insanda da göstərir. Hey­vanlar şiri görəndə fərəqət dururlar. İnsanlar böyüklərin qar­şısında oturmurlar. Deməli, təbii və süni semiotiklər axın (konti­nuum) təşkil edir. Təbii və süni semiotikaların qarşılaşmasının dərə­cəli xarakteri ünsiyyət vasitələri kimi formalaşır. Təbii semiotikalar kortəbiidir, özü-özünə yaranır. Bunlar tarixən xüsusi ünsiyyət vasitələri kimi formalaşır, bəşəriyyətin mədəniyyət tarixinin elementləridir.

Süni işarələri insanlar yaradır: əlifbalar, ərəb və roma rəqəm­ləri, riyazi simvolika, coğrafi və astronomik xəritələr, kimyəvi formullar, rəqs və musiqi yazı sistemləri, şahmat oyunu qaydaları, ordu bölmələrinin işarələri, şəhər və ölkə gerbləri, bayraqlar, emb­lemlər (spartakiada, çempionat və s.), bəzi Britaniya məktəblərində buraxılışda taxılan qalstuklar, yol, ticarət işarələri və s.

İnsan dilinin təbiiliyinə heç kəs şübhə etmir. Ancaq qrafikadakı islahatlar, elmi-texniki terminologiyada kabinet və ya nomenklatur şüurlu planlaşdırmada sünülik var. Süni dillər də bura aiddir (esperanto, ido, volapük, oksidental və s.). Əlifbanı adətən kiminsə adı ilə bağlayırlar. Burada həm stixiya, həm də təkamül başlanğıc özünü göstərir. Əlifbada əlif qədim yəhudi dilində öküz demək idi. Ancaq burada mnemotexnikadan başqa qədim mifoloji izahat da kara gəlir. O, mifologiyada ən uca ilahi qüvvə “öküz” imiş. Ancaq Alfa, əlif və “A” yəqin ki, “qo” çevrilmiş sxematik işarə kimi () buynuzu bildirirdi.

863-cü ildə Kirill qlaqolisanı yaratmaqla yunan əlifbasında olmayan bəzi işarələri verməyə çalışmışdı.

Təbii və mədəni semiotiklər axınında dilin rolu ondan ibarətdir ki, o, mədəni, təbii aləmi həm birləşdirir, həm də bölür.

Mədəniyyətin bütün işarə sistemləri dilin köməyilə yaranıb və yaranır. Dil yaradıcı element gətirdi. Ancaq insan dilində olmuşlar və olacaqlar haqqında geniş fikir söyləmək olar. Elmi mövzularda abstrakt şəkildə danışmaq mümkündür.

R.Yakobson 1968-ci ildə fransız televiziyasına müsahibədə dili bioloji fenomen hesab edərək, onun bütün fenomenlərlə bağlı olduğunu vurğulayırdı. O, deyirdi ki, dilin fonetik və qrammatik qanunlarını insan 3 yaşından mənimsəyir. Dilin bioloji əsasa malik olması onu bütün digər mədəni fenomenlərdən fərqləndirir.

Əsas semiotikaların mənimsənilməsi ontogenezi üç inikası əhatə edir: a) bilik, bacarıq irsən keçir, ola bilər ki, müxtəlif cür olsun (heyvanın uçuşu, insanın yeriməsi və s.); b) tədricən öyrənmə (böyüdükcə); c) süni (məktəbdə, formal şəkildə) öyrənmə.

N.Xomski də dili anadangəlmə hesab edir. Başqa bioloji hadisələr kimi, əlimiz və qılçalarımız böyüyür, quşlarda isə qanadlar, bəzi heyvanlarda buynuzlar və s. inkişaf edir.

Amerikada 2 yaşlı uşaq yazmağı danışmaqdan əvvəl öyrənib. O, valideyinləri evdə olmayanda televizorun qarşısında oturub ekranda gördüklərini kağıza köçürürmüş.

Uşaq ana dilini təbii mənimsəyir: oxumağı və yazmağı isə ana dili dərsləri vasitəsilə öyrənir. Bundan başqa bu dərslər insanın dil və kommunikasiya kompetensiyasının dərəcəsini artırır.5




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin