F. H. Zeynalov



Yüklə 1,55 Mb.
səhifə38/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   34   35   36   37   38   39   40   41   ...   83
Rəqsdə çoxfunksiyalı hərəkətlər
Bədən jestlərindən fərqli olaraq rəqsdə hərəkətlər çox funk­sionaldır. Rəqs ritual və magik bədən hərəkətlərindən yaranıb, ancaq inkişaf edib, çoxlu utilitar funksiya qazanıb.

İlkin qəbilə rəqsləri qəbiləni birləşdirmək funksiyası daşıyıb, vahid ritmə tabe etmək, hərbiçiləri, ovçuları. Rəqs kenqurunun atılıb-düşməsinə, şahinin uçuşuna, bizon ovuna, avarçəkməyə, əkinə və biçinə, nişana, nikaha, ölümə və s. oxşadılırdı. Qədim Misirdə rəqslə göy cisimlərini təsvir edirdilər, arvad seçirdilər., onların razılı­ğını alırdılar və s. Rəqs emosional vəziyyətin ifadəsidir, gər­ginliyin azalmasıdır.

Teatrda semiotikanın əsasını və mərkəzini artistin oyunu təşkil edir. Burada əsas vahid bədən və mimika hərəkətlərinin akkor­dudur. Səhnədə dialoqda replika əsas rol oynayır.

Artefaktlar-işarələr: kult, reqaliya, arxitektura və skulptur tikintilərində. İtaət təbii obyektlərə (ağaca, ildırım vurub parçalamış ağaca, daş, parçasına və s.), bu əşyaların təbii xüsusiyyətləri kölgə­də yox olanda, ancaq onlar praqmatik funksiya daşıyanda olur. Monamaxın papağı, şərəfinə ucaldılmış memarlıq abidəsi onu və binanı tikəni və ya sponsoru şərəfləndirməyə xidmət edir.

İntonasiya işarələri: ritm, melodiya, metr.

Ritm müəyyən elementlərin ardıcıl təkrarıdır. Ritm təbiətdə və insanda müşahidə olunur. İnsanın hərəkətində və danışığında, xüsusilə onun rəqslərində və artistin hərəkətində bunu aydın sezmək olur.

İnsan danışığında ritm həm intellektual, həm də emosional həlli vəziyyəti bildirir. Ritmin musiqidə və poetikada rolu böyükdür. Şeirin inyonasiya təşkilinin ekspressiyası ritm, metr və ya ölçü ilə müəyyənləşir, mətnin bəndlərə və misralara ayrılması ilə təyin edilir. Adətən ritmi qəmli, həyəcanlı, bayramsayağı, cəld, düşündürən, onopest, sərbəst dokliliya, xorey kimi növlərə bölürlər.

Ancaq şair yazanda niyə bu və ya digər ölçünü seçir? sualına cavab vermək çətindir. Fəlsəfi, lirik, sonet, publisistik və s janrlarda ölçülər müxtəlif olur.

Ancaq Füzuli, Sabir və Şəhriyar ölçüləri aparıcı hesab edilə bilər.

Canı canan diləmiş verməmək olmaz, ey dil.

(Füzuli)

Millət necə tarac olur olsun, nə işim var?

(Sabir)

Türkün dili tək işvəli bir dil ola bilməz.

(Şəhriyar)

və s.


Vüsala yetişməyən məhəbbət mövzusu bütün ölçülərdə mümkündür; belə şeirlərdə əsasən təbiət, qüssə, ölüm və s. ifadə olunur. Bu 3 stoplu xoreyada mümkündür. 3-stoplu amfibraxiyada ballada romantikası, xatirələr, yuxugörmə, ayrılıq intonasiyası daha qabarıq olur.

Obrazlar: Rəqs pa-sı, musiqi motiv və şeir ölçüsü bədii dilin əsas vahidləri- işarələrdir. Estetikada və fəlsəfədə həmin semantik növlər incəsənət dilini təşkil edərək bədii obraz adlanır. Obraza anlayış paradiqminə simvol, emblem, alloqrafiya, konsept, konststrukt kimi koqnitiv-semiotik kateqoriyalar daxildir. Onlarda mürəkkəb işarələr klassdır. 1) Obraz fərdi-subyektiv olur. Hər kəsdə fərqli olur. Çay, məktəb təsəvvürü; 2) Obrazın məzmunu formadan ayrılmazdır: dahi təsəvvürü mümkündür, ancaq dahilik təsəvvürü olmur; 3) Obrazda hissi- əyani məzmun üstünlük təşkil edir (hərrac obrazı-aksiyalar, onların kursu və s.); 4) Obraz mütləq mənəvi-ideal başlanğıcı ehtiva edir. Məs., insan obrazı, ancaq stol obrazı demirlər (alm. Gestalt, ing. image, fr. image, rusca-obraz) fikri (təsəvvür edilir), verbal (trops), bədii (incəsəntdə) olur. Fikri obrazlar daxili koqnitiv düşüncənin məhsuludur. Onlardan şəxslərarası ünsiyyətdə istifadə olunmur. Sayı çoxdur.

Verbal obrazlar (troplar), metaforlar, şəxsləndirmə (prozepe­ya), metonimiya, sinekdox və s. geniş yayılmışdır.

Bunlar qədim yunan fəlsəfəsindən gəlir. Çevrilmədir, dəyişil­mədir, dönüşdür, mətni zənginləşdirən vasitələrdir.

Ritorikanın bəlağətli danışıq bölməsi (lat.elecutio) nitqi bəzəmək elmi adlanırdı (lat.ornatus). Əsas vasitələr isə troplar və fiqurlar idi. Troplar (yunanca tropos-çevrilmək, dönmək) yalnız poeziyada işlənirdi. Klassik Roma ritorikasının banisi Kvintilian (təxminən 35-96) yazırdı: “Metaforu bizə təbiət bəxş edib, belə ki, ondan adətən savadı olmayanlar da fərqinə varmadan istifadə edirlər.”18

Metafor və şəxsləndirmə: stolun ayağı deyəndə predmeti insana bənzədirik, şəxsləndiririk. Elə metaforlar var ki, onlar­da cansız predmet canlıya bənzədilir. Məs., cəmiyyətin qay­mağı; oxşarlıq üzrə keçmə: gəminin burnu. Əsatirə görə dünyanın yaranması sözlə olub. Brahmanın sözü ilə əvvəllər dünya yumurtası yerə və göyə parçalanıb. Dünya ilkin insanın nəhəng bədənindən yaranıb: çoxlu göz, baş, əl, ayaq. Puruşinin bədəni (Vedi dilində adam deməkdir) dünyanın əsas ünsürləri olub: ruhu ay, başı göy, ayaqları yer, ağzı müqəddəs. İndra çayı. Makrokosmos elementləri (göy, yer, su, külək, günəş, dağlar, çaylar) mikrokosmosun elementləri kimi təsəvvür edilib. Dillərdə dünyanın adam bədəninə oxşamasına çoxlu söz tapmaq olur:


ing. rusca azərb.

arm of a river рукав реки çayın qolu

head of a mountain вершина горы dağın başı

və s.
İndi də geniş metaforluq işlənir

The lunges Легкие Bakının

of London Лондона ciyərləri var

Metonim və sinekdox bütövlə hissənin əlaqəsidir. Metonim çox çevikdir, metafordan az diskretdir, ona görə də məzmunun başqa müstəviyə keçməsinə şərait yaradır:

хлеб – зерно, посев хлеба, тест, буханки və s.

Dil xaricində metafor və metonimiya.

Tropların nomenklaturu = metafor, şəxsləndirmə, metonim, sinekdox, hiperbol, litot, ironiya, burada genişlənmə, daralma, dəqiqləşmə, funksiyaya görə keçmə və s. fərqləndirilir. Əslində bunlar təbii dilin bütün zənginliyini açıb göstərə bilmir.



Simvollar (rəmzlər). Görünür simvollar obrazlardan yaranıb. Simvollar kollektiv şüura xasdır, hamıya məlumdur. Hamı bilir ki, ağ göyərçin sülhün simvoludur. Qeyd edək ki, bu simvol Ç.Pirsin terminindən fərqlidir. Pirsdə simvol konvensional elementar işarədir və motivli indekslərə və ikonlara qarşı qoyulur. Xaç xristianlığın əlaməti, “Titanik” faciənin simvolu və s. Ağzında çöp Nuhun yanına dünya daşqının sonunu bildirməsi üçün uçan göyərçindən fərqli olaraq sülhün rəmzi olan göyərçinin dimdiyində çöp yoxdur.

Ancaq bu göyərçin, qağayı deyil. İdeyanı dərindən bildirir. Obraz simvola keçəndə şəffaf olur: anlam onun içindən keçərək anlam dərinliyi və ya perspektivi bildirir. Ancaq heç də hər obraz anlama keçmir. Fikri obrazlar n-qədərdir, ancaq konkret mədəniyyətdə simvollar çox deyil. Başa düşülməyən simvol yad işarədir, simvol deyil; işarə ilə simvolun fərqini aşağıdakı kimi açmaq olar.

1. Simvol hərəkət proqramını təyin edir və davranışın modelini yaradır. İşarəyə insana münasibətdə zahiri qıcıqlanma, simvola isə daxili əxlaqi inam uyğun gəlir.

2. Simvol ümumi davranış modeli yaradır, işarə isə konkret hərəkətləri nizamlayır. Ona görə də yol hərəkəti nişanları deyilir, onları simvol adlandırmaq olmaz

3. Simvol ünvansızdır və ünsiyyətə köklənməyib. Simvol bədii, mifik, dini düşüncəyə yaxındır, işarə isə ünsiyyətə köklənib.

4. İşarə “yalan” deyə bilər, simvol isə aldada bilər. Simvol güclüdür, amma köməksizdir. Onu saxtalaşdırmaq olur. Simvol aqoniya yaradır. İşarədə isə yalnız etiket riyakarlığı özünü göstərə bilər.

5. Simvol olmaq həyat yolunu və davranış modelini seçmək funksiyası qazanmaqdadır.19

Emblem hər hansı bir predmetin təsviridir və predmet əşyanın ifadəsi kimi çıxış edir. Emblem və simvol bir-birini əvəz edə bilir. Qara gül kədərin, qırmızı gül isə məhəbbətin emblemidir (sim­voludur).

Amerikada 5-sentli pulun üstündə hindinin profildən şəkli bu ölkənin ideal keçmişə malik olduğunu göstərir. Burada emblemlə simvol üst-üstə düşür. Ancaq simvol abstrakt, emblem isə konkret obyektin təsviridir. Emblemin mənası siomvolunku kimi dərin deyil. Emblem çoxdur, simvol az. XVIII-XIX əsrlərdə Avropa ordularında hər bir hissənin öz emblemi vardı. İndi də Avropada hər bir şəhərin öz emblemi var. Ticarət markaları, loqotiplər emblemlərə aiddir.

Alleqoriyalar (başqa cür ifadə). Burada sırf sosial konvensiya əsasında hər hansı bir mücərrəd ideya öz vizual və ya verbal obra­zı­nı tapır. Gözü bağlı qadın əlində tərəzi ədalətin şərti rəmzidir. Əla­qə ya­ratmaq asan olmur: ədalətlə gözü bağlı qadın arasında əlaqə ya­rat­maq çətindir. Alleqoriyanın mənası haqqında əvvəlcədən razı­laş­maq lazımdır. Alleqoriyanın mənasını tutmaq üçün bilik gərəkdir (mək­təbdə). Əvvəllər vizual idi, sonralar sözlə deyildi. Arxitektura alleqoriya ilə doludur: barokka, klassizm və s. Onların bəzi cəhətləri emblemlərlə, digərləri simvollarla bağlıdır. Alleqoriyanın anlamı birmənalıdır.

İşarələr-konstruksiyalar: formula, süjet, kompozisiya. Burada komponentlərin tərkibi qarşılıqlı əlaqə ilə məkan, zaman, məntiq və hierarxik baxımdan verilir.

Qraflar (metropoliten sxemi), ağac sintaktik əlaqələrin göstə­ricisi kimi, polimetlərin struktur formaları, blok-sxem, matrisa, modellər, histoqramlar, xəritələr, tipoqrafik planlar, sxemlər və s. Onlar daxili əalaqələri daha əyani şəkildə göstərə bilir. Məsələn, Mendeleyev cədvəli: Bunun əsasında D.İ.Mendeleyev (1834-1907) 1869-cu ildə S.Peterburqda periodik qanunu kəşf etdi. İndi onun yüzlərlə variantı var. Kompozisiya obyektin strukturunu açıb gös­tərir. Məsələn, kitabın mündəricatı. Süjet və kompozisiya ümu­mi quruluş əlamətlərini bildirir.


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin