F. H. Zeynalov


VIII.2. Paralinqvistikanın struktur cizgiləri



Yüklə 1,55 Mb.
səhifə46/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   42   43   44   45   46   47   48   49   ...   83
VIII.2. Paralinqvistikanın struktur cizgiləri
Paralinqvistika və davranış semiotik hadisələrin çox geniş sa­hə­­lərdir. Paralinqvistikanın sərhədləri çox böyükdür. Onun hü­dud­la­rı davranışla üst-üstə düşə bilər. Digər tərəfdən, davranış insan hə­ya­­tının hər tərəfidir: ev, ailə, məktəb, iş, istirahət, mağaza, bazar və s.

Semiotik baxımdan paralinqvistik vasitələr həddindən artıq rəngarəngdir. Onlar müxtəlif substansiyaya (görmə, eşitmə və s.) malikdir. Aşağıda ən mühüm qarşılaşmaları göstərəcəyik:

1. Gözlə qəbul olunan məlumat vasitələrinə mimika, jest, bədənin vəziyyəti, baxış, qulaqla eşidilən şeylər, intonasiyanın fərdi-situativ cizgiləri (yaş, cins, fizioloji və psixoloji vəziyyət və s.) aiddir. Bu kanala iy və ya dad da daxil ola bilər.

2. Motivliyinə görə paralinqvistik işarələr müxtəlif ola bilər: a) simptomlar (deyimlər /göz yaşını saxlaya bilmədi//, /səsi titrədi// və s.); b) müəyyən məzmun çatdıran ikonik işarələr (teleobyektiv qarşısında əl sıxmaq); c) konvensional işarələr – kinemlər (sim­vollar). Onların çoxu omonim işarələrlə – simptomlarla əlaqəyə malik­dir (ritual öpüş, stüardessaların peşəkarcasına gülüşü, qor­xut­maq üçün yumruğunu göstərmək və s.); ç) sırf şərti işarələr- sim­vollar (gələn qonağı qarşılamaq üçün əlini papağına vurmaq, hamı yubiliyarı öpməyə tələsir).

3. Paralinqvistik hadisələr verbal kommunikasiya ilə cürbəcür əlaqələnir. Paralinqvistik işarələrin əksəriyyəti ünsiyyətdə emo­si­onal-ekspressiv funksiya daşıyır, amma bu mənada neytral olanı da olur. Məsələn, hər iki əlin barmağı eyni vaxtda açılıb yumulmaqla “dırnaq işarəsini” bildirir (bəzən, söz də əlavə olunur: əlbətdə dır­naqda yazılır; taksi saxlayanda əl qaldırana “səs verir” mənası verilir. Voleybolda qeyri-emosional jest kimi hakimin və ya küçədə nizamlayıcının hərəkəti və s.

Paralinqvistik işarələr dalbadal gələrək xətti və zaman zənciri yaratsa da, mürəkkəb işarə ola bilmir, yəni burada sintaksis yoxdur. Davranış semiotikadır, ancaq müxtəlif işarələrlə zəngindir. Ailədə az semiotikadır. Ancaq insanlar sosial institutları (dövlət, akademiya, korporasiya və s.) təmsil edəndə ictimai davranış daha çox semiotik olur.

Davranış çoxkanallı semiotikadır, o, dində olduğu kimi, sensor tiplərdən istifadə edir, ancaq dindən fərqli olaraq azad və sadədir.

Bununla bərabər, davranışda da sintaksis yoxdur, odur ki, o, birsəviyyəlidir. Davranış “məlumatları” (semiotik “mətnlər”) müxtəlif fiziki xassəli olsalar da, onlar üst-üstə düşür və bir-birini tamamlayır, onlar mürəkkəb işarə yaratmır, ancaq cəmi düzəldir.

Etiket qaydaları da mürəkkəb işarə yaratmırlar. Qaydalar və təlimatlar sistemi davranışın bir hissəsini nizamlayır.

Dilin işarə sistemində səviyyələr məsələsi çox mübahisəlidir. Ən çoxu 9 səviyyə fərqləndirirlər.

1. Fərqləndirici əlamətlər səviyyəsi (qısa/uzun saitlər, sərt/ yumşaq samitlər və s.). Bunu merizmatik səviyyə də adlandırırlar;

2. Fonem səviyyəsi;

3. Morfem səviyyəsi;

4. Leksem səviyyəsi

5. Söz birləşməsi (sintaqm) səviyyəsi;

6. Cümlə səviyyəsi və söyləm reallaşması;

7. Cümləfövqü vahidlər (mürəkkəb bütövlər, mətn hissələri, abzaslar, frazemlər);

8. Mətn səviyyəsi;

9. Diskurslar.

Göründüyü kimi, burada heca, morfofonem və s. kimi aralıq yarusların vahidləri yoxdur.

Semiotik baxımdan dildə iki səviyyə fərqləndirilir:

Sözlər və onlardan düzəldilən vahidlər (klişe), hazır vəziy­yət­də deyilən söyləm və ifadələr : /Sus, yaramaz/ və s.;

Sintaktik model əsasında yaranan birləşmələr.

Fikrimizcə, Y.S.Maslovun dil işarəsinin bölgüsü ilə bağlı irəli sürdüyü fikirlər daha ağlabatandır. O,dil işarələrini belə bölür:

1)işarə – informator (məlumatverici); buraya dilin seqment və superseqment morfemləri daxildir.


  1. işarə – diferentor və ya distinktor (fərqləndirici); buraya fərqləndirici əlamətlər, ton və vurğu aiddir.

  2. işarə – delimitator, sərhədləyici siqnallar. buraya sabit vur­ğu­lu dillər (çex, slovak dillərində həmişə söz başında, türk dil­lə­rin­də söz sonunda) daxildir, alman dilindəki knaklaut da bura aiddir. 5

Təəccüblüdür ki, N.B.Meçkovskaya qrafikanı, orfoqrafiyanı da səviyyəli yanaşmaya daxil etməyi tövsiyə edir.6

Səviyyəli yanaşmada biz səviyyələrarası vahidləri də nəzərə almalıyıq. Məsələn, əgər mübtəda feldən və obyektdən sonra gəlirsə, deməli, bu dildə hal kateqoriyası var və əgər hecalara bölünmə morfemlə üst-üstə düşürsə, deməli, bu dildə hal kate­qoriyası yoxdur kimi universaliyalar da təsvirdə nəzərə alınmalıdır. Bu qanunu ilk dəfə Y.D.Polivanov (1891-1938) kəşf etmişdir.7

Ancaq elə semiotik sistemlər var ki, onlar səviyyələrin sayına görə dili arxada qoyurlar. Bu zaman dil o semiotik sistemlərin tər­kib hissəsi kimi çıxış edir. Buraya din, incəsənət, ədəbiyyat, kino, teatr daxildir. Onlar nəinki dildən də mürəkkəbdir, həm də məz­mu­nuna görə zəngin və rəngarəngdir. Daha sonra buraya musiqi aiddir. O da çoxşaxəlidir. Riyazi dildə də semiotik sistem mürəkkəbdir.

Çoxsəviyyəli semiotikalar hierarxik strukturda müxtəlif səviy­yələrə aid olur. Məsələn, dildə əsas işarə vahidi sözdür, ancaq bit­miş şey söyləmdir. Bədii əsərdə bu bədii obrazdır (şəxsin, hadi­sənin, peyzajın, interyerin təsviri və s.), tamamlanmış isə konkret he­kayə, povestdir. Nəqlçi söz təsvirilə bütün bunları şərh edir, dünya bədii təsvir olunur. Süjet, kompozisiya, janr və s. qaydalarla bədii təsvir açılır.

Musiqi, rəqs, teatr və kinematoqraf da çoxsəviyyəlidir. On­la­rın əsas anlam vahidi motiv (melodiya), rəqs pası, mizansəhnə, mon­taj, tam bitmiş əsər isə sintaksis əsasında qurulmuş semiotik bü­tövdür.

Riyazi simvolika 3 cür məzmunu əhatə edir: 1) riyazi anla­yış­lar; 2) cümlələr; 3) məğz. Adi dildə bu sözə, cümləyə, mətnə uyğun gəıir. Ancaq riyaziyyatda əvvəl vurma və bölmə, sonra toplama və çıxma yaranıb; b) sonra riyazi əməliyyatların ardıcıllığını bildirən işarələr, onlar eyni dəyişən vahidlərdən ibarət olur.

x= 5a (b+c) və ya y = 5 ab +c

Filmdə lentin uzunluğu müxtəlif ola bilər. Lent isə ayrı-ayrı çəkilişlərin ardıcıllığıdır.

Coğrafi xəritədə, bədii polotnolarda informasiyanı necə top­la­yırlar? İncəsənətdə mürəkkəb işarələr olurmu?

Coğrafiyada ayrı-ayrı xəritələr incəsənətdə bədii-kom­mu­nika­tiv əsərlər kimi (polotno, şəkil, skulptur) informasiya daşıyıcılarıdır.

Bu zaman semiotik vahid kimi tam təsvirlər çıxış edir. Həmin semiotiklərin vahidləri ayrı-ayrı incəsənət əsərlərilə sintaktik hierar­xi­yaya görə üst-üstə düşür. Onlar əsas vahidin və bütün əsərin hierar­xik səviyyəsinə görə etnik dildən, musiqidən, rəqsdən, poezi­yadan, teatrdan, kinematoqrafdan fərqlənir. Bu strukturlarda onların əsas vahidi və ayrılıqda bitmiş əsər müxtəlif səviyyələrə aiddir.

Xəritədə və bədii əsərlərdə birbaşa və güclü ikoniklik var. Kartoqrafiya və təsviri incəsənət xətti deyil. Onların qavranılması ani olur, yəni zaman müstəvisində açılmır (danışıq, kinofilm, mahnı, povestdən fərqli olaraq).

Kartoqrafiya elmi-praktiki fəaliyyətdir, ancaq qrafika, təsviri incəsənət, skulptura bədii sahəyə aid olmaqla fərdi-subyektiv və dünyanın yaradıcı şəkildə mənimsənilməsidir. Təsviri incəsənətdə orijinal və surət, reproduksiya, kartoqrafiya isə xəritənin həqiqiliyi deyil, onun informativliyi və istehlakçının tələblərinə uyğun gəl­məsi əsasdır. Xəritədə şərq/qərb, şimal/cənub var, polotnoda olduğu kimi əvvəl/axır yoxdur. Polotnoda aşağı/yuxarı, sol/sağ var, ancaq onun zaman baxımından açılışı yoxdur. Onlardakı oxşarlıq infor­ma­siya dərinliyilə müəyyənləşir.

Kontur xəritələrini normal xəritəyə çevirəndə bunu görmək olur. Xəritədə qurunun və suyun konturları əsasdır. Bu mərhələdə xə­ritəyə informativ məkan oriyentirlıəri yazırlar, əsas sərhəd və obyektlərin cizgisi, göl, çay, böyük şəhərlər, dəniz və dövlət sərhəd­ləri, meridian və paralellər, fikirdəki xətlər və onların birləşməsi. Xəritələrin fiziki, iqlim, dialektoloji və başqa növündən asılı olaraq müəyyən fraqmentlər kağıza əlavə edilir. Sonra müəllifə lazım olan informasiya geniş və iri həcmdə verilir (rənglər müxtəlif olur: göl, dağ, xüsusi işarələr, faydalı qazıntılar, verbal qat əlavə edilməklə). Sonra coğrafi obyektlərin adları, sonda isə xəritələrin metasemiotik komponenti əlavə edilir: bütün şərti işarələr qoyulur və sözlə izah edilir (kartoqraflar bunu “leqenda” adlandırırlar). Aydındır ki, müxtəlif xəritələrdə informasiya müxtəlif cür olur. Ancaq xəritənin və bədii əsərin adı, müstəqil və ayrı əsər olması onları yaradanların imzası, tarixi və adı ilə müəyyənləşir. Təsviri incəsənətdə sintaksis yoxdur, yəni kombinatorika yoxdur. Ancaq mürəkkəbliyi (janr-tematika) vardır, müəllifin işi dəqiqləşdirici informasiya verməkdən ibarətdir. Təsviri incəsənətdə sintaksis əsərin içində yox, eyni məkanda bir neçə əsərin birləşməsində – diptix, triptix, sərgidə, şəkil qalereyasında, kitab sərgisində və s. ola bilir.


VIII.3. Mədəniyyətin işarə sistemləri
Mədəni semiozislər aşağıdakılardır: 1) ritual-dini semiotikalar və davranış; 2) bədii semiotikalar, incəsənət; 3) süni dillər.

Müxtəlif sensor modallıqların işlənməsi sıxlığına görə ilk 2-si (ritual, dini və bədii) birinci yeri tutur, yəni bütün sensor kanallar iştirak edir, bütün sadə (indekslər, işarə-kopiyalar və işarə-simvollar) və maksimum cürbəcür mürəkkəb işarələr iştirak edir. Ancaq incəsənətdə iy və dadbilmə orqanları iştirak etmir.

Ritual ən qədim semiotikadır. Burada fideistik (dini mənada ilahi qüvvələrə inam, şamanizm, cadugər, müqəddəs əşyalara, göz­dəyməyə inam) və teistik qüvvələri xüsusi qeyd etmək lazımdır (Al­laha inam). Dinlə bağlı olmayan da var: son zəng, VVAQ-da və ya meriyada kəbin kəsmə, maralların ritual döyüşü, xoruz döyüşü və s.

Filogenezdə ritual hərəkət ilkin semiotik prosses hesab edilə bilər: rəqslər, daşüstü yazılar, səsli dil və s. İlkin paleolit dövrünə gedib çıxır (150-40 min il əvvəl), yəni neandertal dövrü (homo sapiensin dolayı sələfləri). Onların hələ dili olmayıb. Hazırki dil paleolitlə mezolit arasında, yəni 40 min il əvvəl yaranıb. Deməli, ritual ən qədim sosial semiotikadır, ondan sonrakı incəsənət, səsli dil və digər davranış semiotikaları yaranıb. Ritual işarələrin fiziki forması heyvanların biodünyası və davranışı ilə bağlıdır: öpüş, təzim, tabelilik işarələri və s.

İlkin ifadə elementləri bədənin və əzələlərin hərəkətlərindən ibarət olub. Jestlər və mimikalar insan semiotikasının təbiətinə ən yaxını sayıla bilər. Ritual, qəbilə və tayfaların birləşməsində əsas rol oynayıb. O, həyatın nizamlayıcısı və sabitluyi kimi çıxış edir, ənə­nəni qoruyub saxlamaqda əvəzsizdir. Qədim Misirdə rituallar məhsul Allahına və yeralti AllahaOsirisə həsr olunurdu. Qədim yunan­larda məhsul, üzümçülük və şərab Allahı Dionisiyə, ön Asi­yada məhsul, mühafizə və göy Allahı Təmruza həsr olunardı. Ritu­alın sonunda qurban verilirdi. Mifoloji şüurda uyuşma eyniləşmə ilə birləşirdi, ev tikilməsi dünyanın yaranmasını, toy müqəddəs nikahı, xəstəlik şəri, dəfnetmə o dünyaya qovuşmanı və s. bildirirdi.

İlin fəsillərinin qarşılanması və yola salınması: əkin, biçin, doğum, gənclik illərinə keçid, toy, yas və s. Allaha dua oxumaq, himn, mədhiyyə, arzu və istəyin ifadəsi, Novruz bayramlarında papaq atmaq, yumurta boyamaq və s. Təzə dövrlərdə uşaq doğumu, əsgərin yola salınması, xristianlarda xaç suyuna salma, müsəlmanlarda sünnət köhnənin qalıqlarıdır. Gəlin gələndə ayağının altında qab sındırılması, ölüdən sonra 3-nü, 7-ni və 40-nı keçirmək və s. rituallara aiddir.

Din semiotikasında bütün işarə növlərinə rast gəlmək olur: indekslər, ikonlar, simvollar, sadə və mürəkkəb işarələr, hər bir sensor kanalı (dad, iy), səviyyə baxımdan mürəkkəb, məzmun və funksiyaya görə rəngarəng olur.

Dini semiotik axın aşağıdakı növlərə bölünür: a) dünyanın mifoloji mənzərəsi (Allah, adam, cəmiyyət, dünya, mənəvi həyat, qurtuluş təbliğ edən dində insanın xilas olması yolları barədə biliklər); b) semiotik müxtəlifliklə həyata təsir; c) ünsiyyətin para­linqvistik vasitələri; ç) davranışın sosial kodları (xramdan kənarda); e) bütün bədii dillər (kino, televiziya, rok-musiqi); i) teoloji bilik, yarıelmi, komentator və s.

Bunların içərisində təbii dil əsas yer tutur. Sözə, dilə həmişə böyük yer verilir. Din ən uca və daimi (absolut, Allah, allahlar) və insanlar arasında olur. Absolut adamlara bilgi verir, onunla insanlar arasında bir növ razılıq yaranır ki, insanlar necə yaşa­sınlar, bəzi dinlərdə o biri dünya ideyası daha güclü əlaqə kimi başa düşülür.

Əsasən informasiya verən sözlər açar əhəmiyyəti kəsb edir: /Allah qoysa/, /Allaha şükür/, /əzan/, /dua/ və s.

Dinin tarixi müəyyən informasiyanın genişlənməsindən, daralmasından, ötürülməsindən ibarətdir. Mahiyyət etibarı ilə bunlar fizioloji və semiotikdir. Dində ünsiyyətin iki istiqaməti var: 1) Allah­dan peyğəmbər və rahiblər vasitəsilə insanlara ötürülən infor­masiya; 2) İnsanlardan peyğəmbər və rahiblər vasitəsilə Allaha ötü­rülən informasiya. Birinci istiqamətdə Allahın açıqlamaları peyğəm­bər vasitəsilə eşidilir, sonra bəyan edilir və yazılır. İkinci isti­qamətdə isə dualar, jestlər və digər etiketlər vasitəsilə formalaşır. De­məli, açıqlamalar, vəhylər və ibadətlər əsas, digərləri isə yar­dımçı vasitələrdir.

Açıqlamalar çoxlarına yönəlmiş, toxum kimi münbit zəmin tələb edir. Kütlənin onları başa düşməsi vacibdir. Kütlələrin ilahi­yə müraciətinin isə imkanı yoxdur, yəni insanlar öz ibadətlərinin ilahi qüvvələrə çatıb-çatmadığını bilmirlər. Geriyə əlaqə dolayısı ilə olur. Məsələn, quraqlıqda insanlar yalvarırlar ki, Allah yağış yağ­dır­sın. Yağırsa, deməli, eşidildi, yağmırsa, deməli, eşidilmədi. İnsanın Allaha münasibətini özü ilə söhbət kimi də dəyərləndirmək olar.

1. Açıqlamalar müqəddəsliyilə səciyyələnir (sakrallaşma). Alla­hın əmrləri, göstərişləri müqəddəs sayılır. Məsələn, İslamda Quran da müqəddəc sayılır. Onun 13-cü surəsində deyilir: “Quran kitab­ların anasıdır”. Onu insanlara çatdıran peyğəmbər də müqəd­dəs sayılır.

2. Avtoritetə söykənən informasiyanın nüfuzu. Xristianlıqda bu “ipse dixit” (“Allahın dediyi kimi”, “özü dedi” yunan dilindəki aktaş epha birləşməsinin tərcüməsidir), islamda isə isnaddır. Xristianlarda avtoritet daha yüksək, qədim və Allaha yaxın olan sayılır: apostol evangels, apostol birinci, onlar evangelistdən İsus Xristə daha yaxın sayılırlar.

İslamda isnad hədisdə danışanlara şahidliyi bildirir. Məhəmməd Peyğəmbərə istinad: o, VII əsrdə mühüm rol oynamağa başladı. Onun ağzından eşidilənlər müqəddəs kitabın –Quranın mət­nini təşkil edir. Hicrə gə­lən olan islam ümməti birinci növbədə ənənəni qəbul edib, özünü şagird saymalıdır. İslam əsərlərində çoxsaylı istinadlar olur, deyilən hər bir fikir əvvəlkilə uyğunlaşmalıdır.

Davranış sosial-mədəni kodların gündəlik reallaşmasıdır.

Davranış çoxmənalıdır: həyat, hərəkət tərzi, hərəkətlərin xarakteri, daxili qayda-qanunun gözlənilməsi. O, heyvanlara, həm­çinin cansız şeylərə (alovun, elektronun hərəkəti və s.) aid edilə bilər. Semiotika və sosial psixologiyada davranış həyat tərzi, üsulu mə­na­sında işlənir. O, insanın bütün həyatını əhatə edir: salamlaşması, həyat yolu, peşə seçimi, karyerası, istirahəti, əyləncəsi və s.). Bu da adi həyatdan fərqlənir.


  1. Davranışda hər şeyin mənası var; tək olanda adam yatır, üzür, bu adi həyatdır.

Tək olmayanda isə adam öz hərəkətlərini ətrafındakılara uyğun­laş­dırır. Deməli, o, öz hərəkətilə informasiya göndərir və alır, ona görə insan davranışı semiotik əhəmiyyət kəsb edir.

  1. Davranışda hərəkətlərin öz mənası var. Məs., hədiyyə semiotikadır, ancaq əlcəyi bağışlayırlar, xoşa gəlir və ölçüsünə uy­ğun olur. Bu zaman işlənmə xüsusiyyəti (isti, ucuz və s.) se­mio­tikaya aid deyil.

  2. Davranış kiməsə yönəlib. Kiminləsə yaxınlıq insanın özü­nün ifadəsidir, bir qrup daxilində başqa qrupa qarşı qoyulmasıdır. Məs., xippi, qulağına sırğa taxma, paltar, saç və s.

İnsanın gündəlik davranışı onun hərəkətlərinin ardıcıllığıdır. Əl verirlər, bu qeyri-nişanlı və onu bilərəkdən görməməzliyə vur­maq nişanlı hesab edilir (yəni dalaşmaq, konflikt istəyir). Jest-hə­rəkət-davranış mətni. Məs., cavan oğlan qızı yeməyə dəvət edir, xid­mətçi onlara yaxınlaşıb oturmağı təklif edir. Burada hierarxiya belədir:

1) 6 aylıq tanışlıq müddətində ilk dəfə kafeyə dəvət; 2) oğlanın dəvətini qız qəbul etdi, o saat görüşə razılaşdılar (kafenin qarşısında, küçədə və s.); 3) onlar içəri daxil olurlar, salamlaşırlar, üst paltarlarını soyunurlar, oğlan qıza kömək edir, qarderobdan nömrəni alırlar; 4) zala daxil olub salamlaşıb metrodotelin köməyilə otururlar və s.

Semiotik baxımdan bunu belə açmaq olar: etiketə uyğun salamlaşma, qızın qabaqca keçməsi, kafenin seçimi (cibə görə), 5) qızın dəvəti oğlanın ona yaxşı münasibətini göstərir; 6) oğlan qızın sevgisini qazanmaq istəyir və s.

Deməli, cavan insan davranış qaydalarını öyrənir, sosial-psixoloji anlamda rolunu dəyişir: bu zaman 3 cür rol olur: status, mövqe və məqam.

1) insanın hansı etnosa və dilə aid olmasını, konfessiya və ictimai vəziyyətini açıqlayır; 2) ata, kürəkən, təhsil, peşə, sahib, tabe olan və s. situasiya rolu qısamüddətli olur. Davranış kodları tarixən formalaşır və yazılı, qeyri-yazılı olur. Qeyri-yazılıya adət və ənənə aiddir: yaxşıdır, yaxşı deyil. Yazılı isə hüquq və qanunvericiklə müəyyən edilir.

Davranışın 3 əsas vasitəsi var: 1) bioloji kommunikasiya; 2) rituallar və fideistik təsəvvürlər (xronoloji baxımdan 2-ci, vaciblik baxımdan 1-ci ); 3) dünyəvi davranış modelləri (ideoloji, bədii-estetik meyllər).


VIII.4. İncəsənətin semiotikası
Artıq deyildiyi kimi, təsviri incəsənətin, rəqsin, teatrın, pan­tomimikanın, sirkin, fotoqrafiyanın və kinematoqrafiyanın əsa­sını semiotika təşkil edir. Müasir incəsənət çoxkanallı semiotikaya aid­dir. Baletdə rəqsin dili musiqi və təsviri sənətlə çulğalaşır (geyim, deko­rasiya, rəqqasın mimikası və s.), baletdə libretto və qəzet-jurnalda müzakirəsi. Kinoda aktyor oyunu və rejissorların real ger­çəklikləri necə açmaları. Deyildiyi kimi, kino bir-birini əvəz edən təsvirdir.

Rəqs ən qədim incəsənət növüdür. Burada hər şey insanın gözləri qarşısında yaranır. Yaranan zaman tamaşaçıya çatır, qurtar­maqla sona çatır. Rəqs qeyri-peşəkar olduğundan təbiidir (disko­teka, toy, qonaqlıq, gecələr və s.). Özü də ən qədimdir.

Rəqsin qədimliyini heyvanlarda və digər canlılarda da müşahidə sübut edir. Ovda, döyüşdə qəbilələrin kişi qövmü buna tez-tez birlik əlaməti kimi baxırlar.

Heyvanlarda bu cinsi əlaqəyə girmək vaxtı tez-tez müşahidə olunur. Erkək və dişi quzular yetkinlik cağına çatanda atılıb-dü­şürlər. Balıqlar və delfinlər suyun üzərində saldo vururlar. Şim­panzelərdə pa+ (ayaq) rəqsi ilə digər cinsdən olanları cəlb etmək üçün rəqs edirlər. İstədiyinə nail olmaq üçün rəqslər edilir, ancaq heyvanlarda rəqslər insan cəmiyyətindən fərqli olaraq estetik, tanıma funksiyası daşımır.

Rəqs qəbiləni birləşdirməkdə ideologiya rolunu oynayırdı: evlənmək, nişanlanmaq, əkin, biçin, ov uğurlu olanda, odun, ağacın başında yallı getmək. Rəqs həm də fiziki sağlamlıq əlamətidir. B.V.Asafyev (1888-1949) jestləri bədənin lal intonasiyaları, rəqsi isə bədənin dili adlandırırdı. İçəridən gələn hisslər bu zaman üzə çıxır.8

Rəqs gedişlə bağlı ayaqların hərəkətilə nizamlanır. Uşaqlar məktəbdən gələndə tullana-tullana, bədənlərini oynada-oynada gə­lir­lər. İnsan bədəninin adi forması və hərəkəti dəyişməklə rəqs ya­ranır. Gedişdə bioliji əlamətlər var (cins, yaş), fərdi, sabit, də­yişən (əminlik, arxayınlıq, incəlik və s.). Bütün bunlarda mədəni-etnik əlamətlər özünü göstərir.

Ancaq rəqsin əsas semantik vahidi pa-dır. Baletdə pişik addımı, balıq, qayçı, marş, tullanma, fuete, batman və s. addım növ­ləri fərqləndirilir. Tans formaları bunlardır: pa – otur, pa-de-do (fr. dilində iki nəfəsli rəqs), pa-de-trua, adajd (yavaş), alleqro (birgə iti rəqs), koda (birgə yekun rəqs)9 və s.

Rəqslə həyatın ifası işarə – kopiyalarda həyata keçirilir. Rəqsin dili bir neçə sintaktik yarımsəviyyə ilə birgə çoxsəviyyəli hierarxiya təşkil edir.

Rəqsin not–xəttlərlə sistemini yazıya köçürürlər. Marinski teatrında V.J.Stepanov (1886-1896) 27 baleti yazıya köçürmüşdü10.


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin