F. H. Zeynalov


VII.5. Fəslin ədəbiyyatı və qeydlər



Yüklə 1,55 Mb.
səhifə45/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   41   42   43   44   45   46   47   48   ...   83
VII.5. Fəslin ədəbiyyatı və qeydlər
1 Bu jurnalda çap olunan bütün məqalələrin şərhini burada vermək istəmirik. Bu çox yer aparardı. Ancaq orada diskussiyaya start verən məqaləni və tamamlandığını bildirən konseptual xarakterli məqalələrdən bir neçəsini burada göstərmək istərdik: E.Benveniste. Nature de signe linguistique. Acta Linguistica. 1939, vol.I; E. Buyssens. La nature du signe linguistique. Acta Linguistica.1940-41, vol.II; A.Nehring. The Problem of the Linguistic Sign. Acta Linguistica. 1950-51, vol.VI.

2 Veröffentlichungen des I.Internationalen Symposiums. Erfurt, 1961. 5 gün davam edən Simpoziumda (28.9. 2.10. 1959). „İşarə və dil sistemi“ mövzusu üzrə iştirakçılardan 9 problemlə bağlı mövqelərini bildirmək xahiş olunmuşdu. O mövzuların içərisində 1-ci və 2-ci mövzu bilavasitə dil işarələrinə və onların ger­­çəkliyə münasibətlərinə həsr olunmuşdu. Simpoziumdakı mə­ruzələrin içərisində bu iki bənddəki mövzularla bağlı J.Fonadın məruzəsi çox maraqlı idi, çünki bu məruzədə motivli səslənməyə malik sözlərinin sayının statistik yolla hesablama nəticəsində müəyyənləşdirməyin mümkünlüyü vurğulanır. Burada vurğulanır ki, dilin ümumi sözlüyündə məna ilə səslənmə arasında bir statistik bağlılıq vardır ki, bu da ayrı-ayrı sözlərin ixtiyari formasını açıb göstərməyə imkan verir. Məsələn, ola bilər ki, fiziki və ya ruhi vəziyyəti bildirən sözlər daha çox olsun. Poeziyada da sözlərdə ayrılıqda nəzərə çarpmayan ahəngdarlıq güclü şəkildə şeirdə ifadə olunsun. Deməli, sözlükdə bəzi sözlərdə məna və forma ixtiyari, digərləri isə təbii olsun. Ziddiyyət beləcə sadə formada üzə çıxır. Dilin prosodik elementləri, tonun düşməsi, cümlə vurğusu, cümlə ritmi təbii olsalar da tarixən ixtiyaridir. Danışıq səsi bir tərəfdən dilin səsini-fonemi, yəni istənilən səs elementlərindən söz və onların formalarını düzəldin, digər tərəfdən isə danışanın hisslərini ifadə edir. Fikirimizi ifadə etməyə qabil olan „ixtiyari işarə sistemi“ məlumatın yaranmasından meydana gələn, bir zamanlar spontan və birbaşa yaranan, ixtiyari işarə sistemi daxilində fəaliyyət göstərən formalar bu gün də fəaliyyətdədir. Veröffentlichung des I. İnternationalen Symposious..., s.52-54.

3R.O.Jakobson. Semiotik. Ausgewählte Werke. Textausgabe. Hrsg. von E.Holstein. Frankfurt am Main, 1982; T.Sebeok. I think I Am a Verb: More Contributions of the Doctrine of Signs. N.-York, Plenum Press, 1986. Qeyd edək ki, macar əsilli T.Sebeok 1937-ci ildə ABŞ-a köçmüş, 1944-cü ildən orada vətəndaşlıq almış, 1944-cü ildən bəri İndiana universitetində çalışmış və 1969-cu ildə Parisdə yaradılmış “Semiotika və Beynəlxalq Semiotik Tədqiqatlar Assosiasiyası“nın baş naşiridir. Bax: S.Petrilli and A.Ponzio. Postmodern Encounters. Thomas Sebeok and the Signs of Life. Icon Books Ltd., 2001, s.65; A.Schaff. Essays über die Philosophie der Sprache. Europa Verlag Wien, 1968, s.26- 45; Ю.С. Маслов. Göstərilən əsəri; Н. Б. Мечковсkaя. Göstərilən əsəri.

4S.Petrilli and A.Ponzio. Göstərilən əsəri, s.5.

5A.Schaff.Göstərilən əsəri, s.28.

6 Yenə orada, s.29.

7 В. А. Звегинцев. Очерки по общему языкознанию. М., 1962, с. 21-25.

8W.Porzig. Das Wunder der Sprache. Bern, 1957, s.171.

9A. Schaff. Göstərilən əsəri, s.35.

10A.Schaff. Yenə orada, s. 36.

11 U.Eco. Einführung in die Semiotik. München, 2002, s. 61.

12 F.de Saussere.Göstərilən əsəri

13 U.Eco. Göstərilən əsəri, s. 63.

14 Р.О.Якобсон. Лингвистика и логика. Сб.: «Структурализм «за» и «против». M., 1975, с. 110-132.

15 Вейнрейх У. О семантической структуре языка. «Новое в лингвистике». Вып. 5, М., 1970, с.221

16 Якобсон Р.О. Язык и бессознательное. М., 1996

17 Qeyd edək ki, dünyada 6300-ə qədər xalq (etnos) qeydə alınıb. Ancaq 1998-ci ilin sentyabr ayının 1-nə olan məlumata əsasən BMT-yə cəmi 185 dövlət daxildir. Düzdür, İsveçrə kimi federal dövlətdə rəsmi olaraq 4 etnos və 4 dövlət dili vardır: alman, ingilis, fransız və retroroman.
VIII. İşarə sistemlərinin

struktur tipləri


VIII.1. Ümumi qeydlər


İşarənin strukturunun təhlili onun tərkibinə aid olan mə­sə­lədir. Ümumi şəkildə işarə sistemlərinin aşağıdakı tiplərini fərq­ləndirmək olar:

  1. təcrid edilmiş işarələr;

  2. sadə və mürəkkəb işarələr;

  3. birsəviyyəli/çoxsəviyyəli işarələr;

ç) bir və ya çoxkanallı sistemlər.

İşarələrin böyük əksəriyyəti ayrılıqda mövcud olmur. Struk­turxarici işarələr adətən okkazional, yəni fərdi, təsadüfi, situ­ativ və zamanla bağlı, ad hoc (lat. bunun üçün) işlənir. Məsələn, pəncərə qarşısına qoyulan güldan razılaşmadan asılı olaraq içəri gir­məyi bil­dirən və ya qadağan edən işarədir. Ancaq o, həmin güldanın olma­masına qarşılaşma yaradır.

Sadə və mürəkkəb semiotikalar.

Sadələrdə yarımsistem yoxdur. Mürəkkəblər isə iki yarım­sistemdən ibarət olur. Sadələri daha kiçik hissələrə bölmək olmur. Məsələn, ərəb rərəqəmləri 0-9 tək və cüt qarşılaşmalar yaradir.

İşarələrdən danışarkən adətən 3 yarımsistem fərqləndirirlər:


  1. obyektlərin işarələri : x, y, z, ∞ (sonsuzluq işarəsi);

  2. əməliyyat işarələri: + (üstəgəl), log – (loqorifm), ∑ (summa) və s.;

  3. münasibət işarələri: = (bərabərlik), > (böyük), < (kiçik) və s.

Dildə sinonim və antonim qrupları, yamb, xorey sistemi, üçmeyarlı sistemlər (daktil, amfibrax, anapest), janrlar sistemi (faciə, dram, komediya, fars vodevil), şrift qarşılaşmalar sistemi (düz xətt, kursiv, qara və s.) mürəkkəb işarələr sistemi yaradır;

ç) klassik Yunanıstanda arxitektura tikililəri (dorik, ionik, korip).

Bu qarşılaşmada yarımsistemlər arasında hierarxiya əla­qələrinin olması nəzərdə tutulur (subordinasiya, tabeçilik). Hierar­xiya varsa, deməli, həmin sistem çoxsəviyyəli semiotikadır. Buraya ilk növbədə təbii dili aid etmək olar. Ancaq nədənsə bəzi alimlər fo­nemi, morfemi işarələr hesab etmir, onları subişarələr adlan­dırırlar.1 Halbuki, R.Yakobson fonemi boş işarələr, J.S.Maslov isə distinktor adlandırır.2 Mürəkkəb təksəviyyəli işarələr olduğu kimi (yol hərəkəti işarələri, coğrafi xəritə) sadə, çoxsəviyyəli işarələr də (ərəb rəqəmləri) var.

Yol hərəkəti işarələri 7 yarımsistemdən ibarətdir (xəbərdarlıq, qadağan, əmredici işarələr, xidmət işarələri, işıqfor, nizamlayıcı, yolun bölgüsü), ancaq bunlar hamısı təksəviyyəlidir, çünki onlardan daha mürəkkəb işarə düzəltmək olmur. Küçənin kəsişməsində uşaq şəkli, sağa dönmək, sürət məhdudiyyəti nişanları qoyulsa da, onlar mürəkkəb işarə yarada bilmir (bax: şəkil 12).



Şəkil 12. Yol hərəkətini məhdudlaşdıran işarələr
Təksəviyyəli işarələrə xas olan xüsusiyyətlər: yanbayan yerləşəndə yeni işarə yaratmır, qarşılıqlı işarələrin topologiyası (sola, sağa, düz və s.) onların məzmununa təsir etmir, bir işarənin yerində başqası işlənəndə o birilərinin məzmununa təsir etmir, yəni kombinasiya yoxdur.

Ərəb rəqəmlərində isə tamam başqadır: vergüldən qabaq və sonra gələn rəqəmlərin mənası tamam başqadır: 2,5, 0,25 (yüzlük, onluq, təklik) və s. Burada işarələrin sintaksisinin rolu aydın görünür, ona görə bunlar sadə, ancaq çoxsəviyyəli işarələrdir. Elə çoxmərtəbəli mehmanxana binalarında otaqların nömrələnməsi də sintaksisdən xəbər verir: 101 birinci, 201 ikinci, 301 üçüncü və s. mərtəbələrdəki otaqları bildirir. Deməli, çoxmərhələli işarələrdə sintaksis var, ancaq təkmərhələlidə mümkün işarələrin sayı elementar işarələrin sayına bərabərdir. Ona görə də yol işarələrinin sayı çoxdur. Çoxsəviyyəli işarələrin isə imkanı çox böyükdür. Ərəb rəqəmlərilə milyardları ifadə etmək olar. Çoxmərhələli işarələr birləşməsi vasitəsilə yeni informasiyanı mürəkkəb işarə yaratmaqla düzəltmək olar.

Təksəviyyəli işarələr kompleks halında mövcud olur, onlar hissələrə bölünmür. Bölünməzlik isə insan dilinin ən mühüm əlamətidir. İnsana əl verilib, bunula da ağız sözə xidmət etmək üçün azad olub. Yoxsa insan hissələrə bölünən səsləri yarada bilməzdi, çünki onda ağız mırıldamaq, anqırmaq və s. üçün işlənərdi.3

Müxtəlif heyvanlar müxtəlif səslər çıxarır: xoruz 15 cür, qaz 23 cür, meymun 15-40 cür. Ancaq onlarin heç biri sadə hissələrə bölünmür. Ornitoloqlar qeyd edirlər ki, bülbül bir saat oxuyanda 20-30 elementar səs çıxardır. Lakin onlar heç vaxt kombinasiyada olmur.4 Deməli, poza, mimika, jest həm insanlarda, həm də heyvanlarda birsəviyyəli sistemdir.




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin