F. H. Zeynalov


VIII.5. Verbal incəsənətin semiotik özəlliyi



Yüklə 1,55 Mb.
səhifə48/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   44   45   46   47   48   49   50   51   ...   83
VIII.5. Verbal incəsənətin semiotik özəlliyi
Hamı bilir ki, bədii ədəbiyyat söz sənətidir, ancaq ədəbiyyat incəsənətə qarşı qoyulur. Söz sənəti digər incəsənətlərə qarşı qo­yu­lur. Ədəbiyyatda nitq maddi daşıyıcıdır.

Bütün semiotik sistemlərdən insan dili ən kütləvi, adi və ən çox imkan yaradan sistemdir. Ona görə da ədəbiyyat incəsənət olmaq­la ən çox öz maddi substratının maddi əsasını irs kimi qəbul edir. Buradan da ədəbiyyat gündəlik, kütləvi, bəzi cəhətlərinə görə ən yaxın və ucuz incəsənətdir. Rəsm əsərlərindən fərqli olaraq ədə­biyyat çapda öz dəqiqiliyini itirmir, ifa sənətindən fərqli olaraq öz yaradıcısına yadlaşır. Bədii mətnin tam dərki mətnin nə müəllif, nə də aktyor oxunuşundan asılı deyil, o, fakültativ də ola bilər. Yazıya qədər şifahi formada olan ədəbiyyat sonralar kitab çapı ilə bağlı yazılı mətn şəklini alıb.

İntellektual-bədii və sintaqmatik başadüşmədə dil ilkin kö­məkçi rol oynayır. Müəllif sözlərdən bir mətn yaradır. Lakin bu quraşdırılan mətni danışan və dinləyən başa düşürlər. Ancaq istə­nilən dillərdə metanomik, metaforik, funksiyalara görə keçid, daralma və genişlənmə mümkündür. Bu uzual bədiilik gündəlik həyatda mövcuddur, onlar insanların şüuruna təsir edir və həyatda yaranan yeni söz və ifadələrin əmələ gəlməsinə kömək edir.

Dilin sözdüzəltmə sistemi, onun semantik modelləri kimi fərdin neologizmlərini başa düşməyə imkan verir.

Nəqlin sintaqmatik əsasında dilin sintaktik modelləri durur. Danışan nəql edir və nəql ediləni başa düşür. Bədii hekayənin başa düşülməsi asan olur, danışanın/dinləyənin/dil daşıyıcısının səriştəsindən asılı olur.

Ədəbiyyat məişətdə “nəqletmə” təcrübəsindən yaxındır. Ədə­biyyatdan fərqli olaraq heç bir incəsənətdə incəsənətlə onun həyatı arasında maddi yaxınlıq yoxdur. Misal üçün, peşəkar rəqqasın, mü­ğənninin, skulptorun, kinematoqrafın həyatına baxmaq kifayətdir. Digər tərəfdən, rəqs, mahnı oxumaq, naxış vurmaqla insan yaxın və qohumları ilə necə ünsiyyətə girə bilər.

Deməli, danışıq vərdişi ədəbiyyatın adekvat qavranılmasını hazırlayır, onun mürəkkəb işarə və kombinasıyaları dildən düzəlir, onlar dil semantikasından kənara çıxır. Ilkin verbal semiotika olmaqla dil, təbii, daha mürəkkəb semiotik incəsənətə malik olmaq üçün propedevtika rolunda çıxış edir.

Ona görə də ədəbiyyat ən təbii, ən yeni söz sənətidir.

Ədəbiyyat dəgər incəsənət növlərindən fərqli olaraq öz yaradıcılıq dövrünü daha yaxşı canlandırır. Ədəbi “portretdə” döv­rün obyektiv və rasional təsvir olunan dünya üzərində refleksiyası böyükdür. Ancaq hissi qavramada həyatı görmə baxımdan təsvir polotnosuna uduzur, dəqiqlik və hissi baxımdan musiqidən geri qalır. Özü də epik nəsrdə lirik poeziyaya nisbətən informativlik və obyektivlik daha yüksəkdir. Ancaq bədii nəsrdən (memuar, tarixi, dokumentarlıq baxımdan) çox aşağıdır. Ədəbiyyatın mürəkkəb işarələri başqa incəsənətlərdə işarə – obrazlardan az ikonikdir. Bədii obrazlar (fərdi müəllif tropları, personajlar, peyzajlar, qəhrə­manların qarşısında təsvir səhnələri, düşüncələr, lirik ricətlər və s.) ikonikdir. Ancaq onlar sözlə , yəni işarə-simvolla yaradılır. Onlar o biri incəsənət əsərlərinə nisbətən daha çox intellektə yönəlib.

Ədəbiyyatda 3 əsas semiotik sistem var: lirika, epos və dram. Onlar öz semantik və struktur imkanları ilə səciyyələnir. Sözlü incə­sənət üçün həm mənaca, həm də strukturca bədii danışığın 2 növ oppozisiyasını fərqləndirirlər: şeir və proza. Onlar da lirik, epik və dramatik olmaqla 3 yerə bölünür. Bu oppozisiyalar bədii söz semiotikasının iki əsas sinfini müəyyən edir. Lakin onların sərhədləri şəffaf və hərəkidir. Janrların içəri­sindəki növlər də müxtəlifdir. Deməli, bədii əsərin təşkil növləri çox rəngarəngdir. Janrdan, üslub və quruluşdan asılı olaraq əsərlərin bölgüsü əsasında bədii mətnin növlərinin siyahısını düzəltmək olar.

Bu təsnifdə əsas istiqamətlər bunlardır: 1) növləri (epos, lirika və dram), janrlar (dramda tragediya, komediya, vodevil, fars, buf­fonada və s.), bədii əsərlərin növləri (hekayənin növü, novella, kiçik hekayə (short story), yumoristik hekayə); 2) şeir və nəsr, keçid for­maları ilə (şeirdə ölçü, strofika, ritmin olması və olmaması, ritmin vasitələri); 3) həcmin genişlənməsi vasitələri, bu da konflikt, intriqa, fabula, süjet, əlavə edilən novella, lirik və başqa ricətlər, kompozisiya növlərindəndir. Bunlar janrdan (məsələn, psixoloji və ya detektiv roman), həmçinin bədii məktəbdən və istiqamətdən asalıdır. Müəllif buna əsaslanıraq, kompozisiyanı qurur; 4) bədii istiqamət və narrasiya üslubu (klassizm, barokko, sentimentalizm, simvolizm və s.); 5) nəqlin tipi (lirik, proza, vasitəsiz nitq, obyektiv müşahidəçi baxımından, hekayə, 1-ci və ya 3-cü şəxs adından nəql. Semiotik baxımdan bunların hamısı əsərlərin təşkili ilə səciy­yələnir).

Yazmağa başlayan müəllif növü seçir (roman və ya pyes), janr və növü (tarixi roman, macəra və ya ailə romanı, prozaik və ya şeirdə, məktub və ya gündəlik, səyahət romanı, hekayə, povest, no­vella, pritça və s.). Aktyor konfliktin mahiyyətini və formasını dü­şünür (atalar və oğullar konflikti, dövlət və insan, nəsə başqa şey), personaj, süjet xətti. Hər dəfə müəllif başqa klasa müraciət edəndə, deməli, o, semiotik səviyyəni dəyişir.




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin