F. H. Zeynalov


X.3. Dil işarələri cümlədə



Yüklə 1,55 Mb.
səhifə56/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   52   53   54   55   56   57   58   59   ...   83
X.3. Dil işarələri cümlədə
Biz indiyə qədər dil işarələrinin ayrı-ayrı sözlərin mənası ilə və ya onların başqa sözlərə münasibətilə məşğul olmuşuq. Bundan sonra işarələrin, ayrı-ayrı sözlərin cümlənin yaranmasında nə kimi rol oynaması və birləşmələrlə yaxndan məşğul olacağıq. Görəcəyik ki, cümlə təkcə sözlərin ardıcıllığından ibarət deyildir. Cümlə elə bir təşkil olunmuş strukturdur ki, onda hər bir parçanın öz rolu və başqa parçalara bağlanmasında xüsusi üsulu vardır. İlk öncə bu onda öz təsdiqini tapır ki, sözlər (isim, fel, sifət) cümlənin bir və ya bir neçə referenti haqqında məlumat verir (xəbərçilik). Qrammatik məna burada nəzərə alınmır. Biz bu cümləyə nəzər salaq.

/Yesterday we appointed a new office manager// (Dünən biz yeni ofis menecerini təyin etdik)

Burada /we/ əvəzinə xüsusi adlar da işlənə bilərdi: /Jim and John/. Hər iki halda bunlar ismi söyləm (İS) yaradır: NP (noun phrase). Cümlənin feli söyləmini (FS) /appointed/ feli keçmiş za­manda təşkil edir. İngilis dilində mübtəda keçmiş zamanda xəbərlə heç bir formal bağlılığa malik deyildir. (Alman dilində isə mübtəda şəxsə və kəmiyyətə görə xəbərlə uzlaşır. Məs., /Klaus aß den Salat mit der Gabel/ (Klaus salatı çəngəllə yeyirdi).

Bizim cümləmizdə mübtəda /we/ əvəzliyi ilə, xəbər isə /appoint/ felinin keçmiş zamanında ifadə olunub. /A new office manager/ vasitəsiz tamamlıq olmaqla cümləni başlayır. Deməli, biz yu­xarıdakı cümlənin qarşılıqlı struktur əlaqəsini belə göstərə bilərik (bax: şəkil 20).

[Yesterday] [we] [appointed] [a new office manager]]].

Adv. NP V





NP
Adv NP VP

Cümlə


Şəkil 20. Cümlənin sintaktik strukturu.
Buradakı iki İS referentlərin şərhinə yönəlib. /we/ iş icraçısını, o da fel vasitəsilə ikinci İS-i müəyyənləşdirir: /A new office manager/.

Fel hərəkətin nəyin üzərinə yönəldiyini keçmiş zamanda bildirir [v + ed].

Cümlənin tam xəbərlilik strukturunu aşağıdakı şəkil aydın göstərir:

sözlər /[Yesterday] [we appointed] [a new office manager]//.







Adv. referent referent


Göründüyü kimi, zərflik ayrıca yer tutur, fel iki referent arasında əlaqə yaradır, ona görə də fel cümlədə mərkəzi yer tutur, o referentlərlə əlaqə yaradaraq bütün cümləni idarə edir. Zərflik isə ayrılıqda cümlədə 1-ci yer tutmaqla formal funksiya yerinə yetirir.

/we/ və / a new office manager/ hərəsi bir vahiddir, bütövdür. /appointed/ isə iki vahid tələb edir. Feldən düzələn bütöv konsept-predikat, ona aid olanlar isə arqumentlər adlanır. Bir arqumentli təkyerli predikat, iki yerli və s. adlanır. Predikatlar öz arqumentləri haqqında müəyyən əlamət və ya onlar arasındakı əlaqələri xəbər verirlər. Ancaq onların özləri konkret vahid deyillər. Belə ki /appointed/ feli iki arqument haqqında xəbər verir: birincisi /we/ təyin edir, ikincisi təyin edilir: /a new office manager/.

Biz belə bir cümlə deyə bilərik:

/Jack eats the salad with the red spoon// (Cək salatı qırmızı qaşıqla yeyir)

Buradakı struktur belə olacaq:
sözlər: /[ Jack] [eats] [the salad][ with the red spoon]//.

J N P Adj. N


Burada isə 3 arqument var: yeyən, yeyilən və yemək aləti. Hər üçünü /eat/ feli idarə edir. İS-in mənaları hər bir referent haqqında xəbərdir. Bu ismi söyləmlər potensial referentdir, ancaq onlar dəqiq göstərmir ki, nə barədə məlumat verilir. Ona görə bu xüsusiyyəti açmaq üçün belə bir misala müraciət edək:

/Somebody eats anything with the red spoon // (Kimsə nəyisə qırmızı çəngəllə yeyir.)

Bu cümlədə /somebody/ göstərir ki, yeyən şəxsdir, ancaq yeyilən şəxs deyil. Başqa sözlə, bütün arqumentlər cümlədə yer alsa­lar da, cümlədə xəbərlərin nəyə aid olması prinsipial həll olunmur.

Deməli, xəbər, əlaqələr şəbəkəsini yaratmaqla, potensial refe­rentlər haqqında məlumat verir (2, 3 və s.). Bu da söyləm mə­nası səviyyəsində, kontekstdə məlum olur. Dinləyici eşitdiyi cüm­lə­nin mənasını konkretləşdirməklə söyləmə şərh verəndə düzgün referent situasiyasını və referentləri dəqiqləşdirir. Bununla da xə­bərin hansı arqumentlərə aidliyi üzə çıxır. /Cək/ əmioğlu da ola bilər, yeyən də, cümlənin mübtədası da, hər üçü haqqında xəbər məlumat verir.

Semantikada xəbər və arqument ifadələri fərqləndirilməlidir. İndiyə qədər nəzərdən keçirilən “mənalı sözlər” (adlar, fellər, sifət­lər, həmçinin bəzi zərflər (məs. /she eats quickly/) xəbər ifadə­ləridir. Deməli, bəzən xüsusi adları da xəbər ifadəsi kimi götür­mək olar: /He calls Jack/. Yuxarıda gördük ki, /eat/ üç arqument tələb edir: kim yeyir, nə yeyir və nə ilə yeyir və üç referent var. Aşağıdakı şəkildə hər bir referent bir xəbər ifadəsi olmaqla üç İS kimi dəyərləndirilə bilər (bax: şəkil 21).


Xəbər ifadələri

Mübtəda (İS) vasitəsiz tamamlıq (JS) vasitəli tamamlıq



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin