F. H. Zeynalov



Yüklə 1,55 Mb.
səhifə55/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   51   52   53   54   55   56   57   58   ...   83
Şəkil 13. Leksemlər arasında qohumluq bildirən sözlərin ikili bölgüsü.
X.2. Dil işarələrinin semantik sahələr üzrə

bölgüsü


Ancaq heyvan, bitki, qida, paltar və s. kimi heteronimlər daha böyük söz sahələri yaradır. Burada sahənin özülünü təşkil edən iki və ya daha artıq səviyyəli hierarxik strukturdur. Zirvəsində hete­ronim dayanır (məsələn, heyvan, bədən, nəqliyyat vasitəsi və s.), sonra aşağıdan digər səviyyələr ona qoşulur. Məfhumlar hierar­xi­yasının bu cür sistemini taksonomiya adlandırırlar. Taksono­mi­yada alt məfhum hiponim adlanır, ondan sonrakılar isə hiponimin alt qatını bildirməklə hiponimə aid olur. Burada da incə bir məsələni fərqləndirmək lazımdır. Məsələ burasındadır ki, bütün hiponimlər bu cür səciyyələnə bilmir. Velosiped də, avtomobil də nəqliyyat vasitəsi hiponiminə daxildir, ancaq onlar /gənclər/, /uşaqlar/ hipo­niminə daxil deyildir. Odur ki, onlar taksonomiya yaratmır. /Uşaq-qız-gənc (oğlan)/ kimi hiponimlər münasibətlərində referentlərə aid əlamət var (cins). Taksonomiyadakı hiponimlər isə bir sıra əla­mətlərlə fərqlənirlər. Aşağıda heyvan adlarını bildirən taksono­miya­nın sxemi verilir (bax: şəkil 14).
Heyvan

at inək qoyun pişik it


şişək toğlu erkək boğaz


Şəkil 14. Heyvan adlarının bölgüsü
İnsan bədəni də bir-birilə bağlı vahidlərin bütövüdür. Bədən üzvləri heç də ayrılıqda mövcud olan parçalar deyil, onlardan hər birinin də tərkib hissələrə bölünməsi aydındır. Məsələn, bədənin baş hissəsində göz, qulaq, burun və s. hissələr vardır. Aşağıdakı şəkildə bədənin sistem olduğu aydın nəzərə çarpır (bax: şəkil 15).
Bədən

baş boğaz gövdə qıç qol

qulaq üz əl bilək
göz ağız qarın döş
dodaq dil dırnaq ovuc
Şəkil 15. Bədən üzvlərinin ikili bölgüsü.

İnsan bədənindəki sözlər sisteminin konstituent tərkiblərini bildirən ifadələri göstərmək üçün meronimiya (yunanca meron-hissə) terminindən istifadə edirlər. Meronimiyaya əsaslanan sistemi merologiya adlandırırlar. Bu zaman deyirlər ki, A B-nin mero­ni­midir, B isə A-nın holonimidir. Hissələr bütövün konstitutiv par­çaları kimi çıxış edir. Məntiqi olaraq bunu belə ifadə etmək olar:

B-yə A aiddir, B-lərin A-sı var, A-lar B-yə aiddir, A-lar B-nin hissələridir. Məsələn, üzə iki göz, ağızıa isə dodaqlar aiddir. “Aid­dir” və ya “vardır” başqa çalarlıqlar da ifadə edir. Məsələn, demək olar ki, şəxsin adı, ölçüsü, ünvanı var. Meronim və holonim ara­sındakı məna münasibətləri hissənin bütövə aidiyyətilə yanaşı, həm də hissə ilə tam arasında olan konsepsiyanın tərkib hissələridir. Məsələn, /əl/ konsepsiyası o deməkdir ki, əldə barmaqlar var və barmaqlar isə əlin müəyyən hissəsidir.

Taksonomiyada hiponimə aid alt məfhumlar tranzitivlik əla­qəsinə əsaslanır, B-nin alt məfhumunun alt məfhumu eyni za­manda B-nin alt məfhumudur. Məfhumun alt məfhumu eyni zaman­da B-nin alt məfhumudur. Bu əlaqə metonimiyada məcburi deyil. Məsələn, /barmaq/ əlin konstitutiv hissəsidir, /əl/ isə qolun konsti­tutiv hissəsidir, ancaq bu o demək deyil ki, barmaq qolun konsti­tutiv hissəsidir.

Qohumluq əlaqələri bildirən sözlərin arasındakı məna müna­sibətlərinin təhlili ciddi maraq doğurur. Bu zaman ata tərəfin (qan) və ana tərəfin (can) qohumlarını xüsusi fərqləndirmək lazımdır. Ailə münasibətlərini belə göstərmək olar (bax: şəkil 16).

ana ata



oğul = qız

Şəkil 16. Ailədə münasibətlər:

-nı nikahı, = bərabərliyi bildirir.

Valideyn-uşaq münasibətləri özək ailədə belə olur. Burada bacı, qardaş, ər-arvad (arvad,ər) münasibətləri öz əksini tapıb. Əlbət ki, bu sxem elementar ailə əlaqələrini əks etdirir. Biz şəxsin özündən çıxış edib şəcərəni açmalı olsaq (bu şəcərədə aid şəxsi (buna propozitiv deyirlər) nəslin ortasında yerləşdirməklə belə bir dolğun şəkil ala bilərik (bax: şəkil 17).



nənə

baba


bibi


= əmi

xala


= dayı

ana


ata









əmi uşağı

bibi uşağı

əmi/bibi qızı



Arvad ər

bacı

qardaş ==



dayı/xala uşağı

dayı/xala qızı/oğlu

=






qız oğul



qardaşoğlu/qızı

bacıoğlu/qızı


qız nəvə

oğul nəvə





Şəkil 17. /Mən/ şəcərəsinin şəkli: a) ↕ ikitərəfli valideyn-uşaq münasibətləri; = bacı/qardaş; – ər-arvadlılıq münasibətləri; Bunu üç kodlu münasibət adlandırırlar.
Can qohumunun əlaqələrini də nəzərə alsaq biz belə bir şəkil əldə edərik (bax: şəkil 18).


qayınana

qayınata

bacı

qardaş


=

baldız

qayın =



baldız

qayın =

== Ego ==




baldız

qayın


=

arvad

kişi



Ego =


qız

oğul

gəlin


kürəkən




Şəkil 18. Can qohumlarının qarşılıqlı münasibətləri.
İkitərəfli qohumluq münasibətləri isə qayınana/qayınata baxımından belə olacaq (bax: şəkil 19)




Şəkil 19. Ailədə qohumluq münasibətlərinin ikili bölgüsü.

Kənarda uşağı olan şəxsin qohumluq münasibəti çox sadədir. Şəxs yalnız valideyn kimi götürülür, yəni ↑/↓ deyil, çünki evlilik münasibəti yaradır.

Bütün şəcərəni əhatə etmək istəsək, cədvəl daha mürəkkəb və çoxşaxəli alınar. Lakin burada buna ehtiyac duymuruq.2

Bircə onu qeyd edək ki, orta əsrlərdə almanlarda ananın bacısına /Muhme/, qardaşına /Oheim/, atanın qardaşına /Vetter/, bacısına isə /Base/ deyirlərmiş.3

Qohumluq bildirən sözlərin arasında polisemiya /Schwager/, (qayın), /Schwägerin/ (baldız) və hiponimiya (uşaq = qız /Tochter/, (oğul) (/Sohn/) hadisələrinə rast gəlmək olur. Cinsi bildirən lek­sem­lər də bütün şəcərəyə aiddir = qız nəvə/ogul nəvə, bacı/qardaş, baldız/qayın və s. Bu qohumluq əlaqələrində qarşılıqlı və konvers münasibətləri də görmək olur: eqo nəvənin babasıdır, həm qızının anasıdır, həm də anasının qızıdır və s.

1. Qohumluq münasibətləri iki xəttə əsaslanır: valideyn/uşaq və nikah münasibətləri. Onlardan hansını əsas götürsək, müna­sibət­lər bir xəttə söykənəcək. Yapon dilində isə sosial amil də nəzərə alı­nır.

2. Cinsi əlaqələr ancaq yaşı əsas götürür. Bizim Azərbaycan dilində ana və ata tərəfin qohumları başqa cür adlandırılır. Alman, in­gilis və rus dillərində isə bu yoxdur, hərçənd ki, tarixən olub.

3. Qarşılıqlı və konvers əlaqələr mövcuddur.

4. Burdakı təsvir metodu başqa dillərə də tətbiq edilə bilər.
Əsas anlayışlar
Terminlər söz sahələri

Sinonimiya taksonomiya

Hiponimiya

Tərkiblər meronimiya

Qarşılaşmalar qohumluq münasibətləri

Antonimiya propozitius

Birbaşa qarşılaşma relasional resiprok

Semantik komplementar relatsional konvers

Heteronim məna komponentləri

Konvers, resiprok məna komponentləri




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin