F. H. Zeynalov



Yüklə 1,55 Mb.
səhifə57/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   53   54   55   56   57   58   59   60   ...   83
Şəkil 21. Üç arqument ifadələri
Cümlədə xəbərin hər arqumentinin öz ifadəsi olur. Onları arqument ifadələri, müəyyən xəbər ifadəsinə aid olan arqument ifadələrini komplement adlandırırlar.4 Bəzən zəruri və qeyri-zəruri arqument ifadələrini fərqləndirirlər. Birinciləri komplement, ikin­ciləri isə adjankt (Adjunct) adlandırırlar. Deməli, /eat/ felinin üç əlavəsi var (mübtəda, tamamlıq və sözönülü İS). Burada /Jack/, /sa­lad/ və /spoon/ İS-in referentləridir, ona görə onlara refensial arqu­mentlər deyilir. /red/ sözü isə refensial arqument ola bilməz, o addan asılıdır, ona görə də onu parazit arqument adlandırırlar.5

Bir halda ki, xəbər arqumentlərin sayına işarə edir, deməli, o, gerçəklik dəyəri əldə edir. Deyə bilərik ki, xəbər müəyyən arqument üçün həqiqidir ya səhv.

Biz yuxarıdakı cümləni işlətdiyimiz kontekstdə cümlə düz­dürsə, deməli, bütün arqumentlər düzdür. Başqa bir məqamda, əgər /Jək/ qırmızı qaşıqla yemirsə, deməli, orada qırmızı xəbəri düzgün olmayacaq.

Xəbərliliyin gerçək olması üçün xəbər şərtləri müəyyən edirlər ki, həmin şərtləri onların arqumentləri yerinə yetirsin. Belədə söhbət xəbər ifadələrində gerçəklik şərtlərindən gedir. Xəbərin ifadəsi xəbər və arqumentlər arasındakı əlaqələri semiotik üçbucağa əsasən belə göstərmək olar (bax: şəkil 22).




bildirir nə haqdasa

xəbər verir


Xəbər konsepsiyası





aiddir

Arqumentlər şəbəkəsi


Şəkil 22. Xəbərliliyin semiotik üçbucağı.
Xəbər ifadələrindən danışanda deyirik ki, onların arqumentləri vardır, /yemək/ felindəki kimi. Felin təsriflənən hissəsi xüsusi arqument ifadəsi kimi bütün arqumentlərlə birləşir. Referensial arqument bura aid deyil. Felin tələb etdiyi yerlərin müəy­yən­ləş­məsində biz standart konstruksiyada arqumentlərin sayından çıxış edirik. Yaxşı olar ki, bizim leksikonlarda hər bir felin tələb etdiyi arqumentlər göstərilsin.

Fellər müxtəlif olur. Təsirsiz (intranzitiv) fellər biryerli xəbər ifadələridir. Yeganə arqument bir İS-lə ifadə olunur ki, bu da adətən mübtəda olur. Buraya /ərimək/, /ağrımaq/, /işləmək/ və s. felləri aiddir.

Alman dilində /sich öffnen/ də buraya aid edilir. Müq. et:

/Pişik yatır//; /qar əriyir//, /Əhməd işləyir//, /qapı açılır// və s.

İkiyerli felləri tranzitiv (təsirli) fellər adlandırırlar. Onlarda iki komplement olur: mübtəda və vasitəsiz tamamlıq və s.

/Pişik qadının əlini yalayır//; /İt qapını aça bilmir//; /Test kağızını 60 sual doldurmuşdu//.

Üçyerli tranzitiv fellər mübtəda, vasitəsiz və vasitəli tamamlıq tələb edir:

/Əhməd bacısına bir kitab verdi//

Bir çox fellər də komplement kimi sözönülü (qoşmalı) komp­lement tələb edirlər. /sevinmək/, /iztirab çəkmək/. Hərəkət felləri məkan sözönülərilə işlənir. /vermək, sevmək/ və s. /bilmək, inanmaq, təsdiq etmək/ felləri tamamlıq budaq cümləsini komple­ment kimi tələb edir. Elə ifadələr olur ki, orada subyekt işlənmir. Məs., /qoymaq/ feli əmr cümləsində: /Açarı palazın altına qoyar­san//, ancaq təsdiq cümləsində üçyerli olur: /Sən açarı palazın altına qoy//.

Azərbaycan dilində ispan və italyan dillərində olduğu kimi, şəxs sonluğu feldə ifadə olunur, ona görə də mübtəda atılır. Məs.,


It. isp. azerb.

→ /habl-o arabe/ ↔ /yo hablo arabe/ /ərəbcə danışıram/

→ /habl-as arabe/ ↔ /tú hablas arabe/ /ərəbcə danışırsan/ və s.
Bu gün çoxları iddia edir ki, fel də referentlik edə bilər. Fellə bildirilən şəkildə /eat/ felinin referenti sadəcə olaraq yemək olan şeydir: yəni yeyərkən adam “yemək” hərəkətində bulunur. Burada hərəkət, proses və hadisələr üçün ümumi anlam kimi olay termini işlənir. Felin işarə etdiyi olay haqqında xəbər verilən olaydır, yəni arqumentlərlə və komplementlərlə və ya qrammatik vasitələrlə verilən olaydır. Felin arqumenti öncə zaman arqumentidir. Zamanı ayrılıqda xüsusi xəbər kimi götürmək olar. Məsələn, yuxarıdakı cümlədə /eat/ hərəkətin keçmişdə, yəni danışıq anından əvvəl baş verdiyini bildirməklə arqument olar. İkincisi,` referensial fel arqumentini müəyyən zərflərin arqumenti kimi götürmək olur, məs., /asta, şübhəli, ləng/ kimi tərzi-hərəkət zərflərilə arqument olur. Üçüncüsü, feldən düzələn isimlər hərəkətin adını bildirməklə başqa cür olay kimi arqument olur. Məsələn,

/Sabah Əhməd ikinci əl mağazası açır//↔

/Əhmədin ikinci əl mağazasının açılışı sabah olacaq//

/Açmaq/ felinin referensial arqumenti olduğu kimi, /Əhmədin ikinci əl mağazasının açılışı/ da onunla eyni olaraq İS kimi referent olur. Feldən düzələn isim potensial arqument kimi çıxış edir. Ancaq bu cür referensial arqumentə köməkçi fellər (haben, sein, werden) və modal fellər (mögen, dürfün, können, müssen, wollen, sollen) malik deyildirlər.

Fellərin çoxu müxtəlif konstruksiyalarda müxtəlif kom­ple­mentlərə malik olur. Buradakı variativliyi belə göstərmək olar. Götürək /fahren/ (sürmək) felini:

/Ähmäd fährt Auto// (Əhməd maşın sürür); /Das Auto fährt schnell// (Maşın sürətlə gedir)

Bunların birincisində fel tranzitiv, ikincisində isə intranzitivdir. Bu fellər müxtəlif leksem kimi götürülməlidir. Aşağıdakı cümlələrdə də /yemək/ feli müxtəlif variantlarda işlənir;

/Əhməd almanı qaşıqla yeyir//

/Əhməd boşqabdan qaşıqla alma götürüb yeyir//

/Əhməd boşqabdan çörək yeyir//

/Əhməd boşqabdan yeyir//

/Əhməd yeyir//.

Birincidə fel mübtəda haqqında xəbər verir. Axırıncı cüm­lə­dən çıxış etsək deyərik ki, /yemək/ feli intranzitivdir. Ancaq obyekt arqument başqa cürdür, /yemək/ feli nəyinsə yeyilməsini ehtiva edir. Ona görə də cümlədə obyekt işlənməsə də nəyin yeyilməsi aydın olur. /Əhməd yeyir/ /Əhməd nəsə yeyir/ deməkdir. Axırıncı cümlədə /yemək/ felində nə və nə ilə yemək üçün lazımi komponentlərə ehtiyac qalmır, onları sonra əlavə etmək olar. Bu cür opsional arqumentlər yerin müəyyən edilməsində nəzərə alınmır. /Yemək/ ikiyerlidir və hətta təsirlik halında obyekt işlənməsə də tranzitivdir. Ona görə də /qırmızı qaşıqla/ əlavəsi genişlənmiş üçüncü yerə aiddir. /hazırlamaq/ feli isə ikiyerlidir, həm də qrammatik cəhətdən zəruri olaraq iki komplement tələb edir.

İsimlərin və sifətlərin də referentliyi, yəni arqumentliyi çox maraqlıdır. İsim İS-in özəyi kimi çıxış edir. Məsələn,

/İt qapını cırmaqlayır//

Bu isimlərdən hər biri bir referensial arqument bildirir. Qohumluq bildirən isimlər nisbi adlar olmaqla ikiyerli xəbər ifadələri kimi çıxış edir.

/Əmim Şirinnazın bacısı ilə evlənir//

Həm /əmimin/, həm də /Şirinnazın bacısı/-nın referenti vardır: /danışanın bacısı/ və /Şirinnazın bacısı/.Əlavə olaraq hər iki qohumluq termini “əmi” və “bacı” üçün relasional arqumentlərdir. Onları biz irəlidə propozitus adlandırmışıq. Əminin propozitusu danışandır, ona (m) şəkilçisi ilə mənsubiyyətlik verilib. “Bacı” üçün propozitus “Şirinnaz”dır. Nə danışan, nə də Şirinnaz “əmi” və “bacı” üçün referensial arqumentlər deyil. Danışan mənsubiyyətlik halında referent ola bilər. Bunu əyani olaraq belə göstərmək olar (bax: şəkil 23).


sözlər / [ Əmim] [Şirinnazın] [bacısı] ilə] [ evlənir]//.

İş İ İƏ Ə




Ə

referentlər


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin