F. H. Zeynalov


IX.7. Fəslin ədəbiyyatı və qeydlər



Yüklə 1,55 Mb.
səhifə54/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   50   51   52   53   54   55   56   57   ...   83
IX.7. Fəslin ədəbiyyatı və qeydlər
1 Г.Глисон. Введение в дескриптивную лингвистику. М., 2005.

2 F.de Saussure. Grundlagen der allgemeinen Sprachwis­senschaft. Berlin, 1967.

3 E.Koseriu. Einführung in die allgemeine Sprachwis­senschaft. Tübingen, 1996. Biz bu kitabı almancadan Azərbaycan dilinə tərcümə etmişik. Bax: E.Koseriu. Ümumi dilçiliyə giriş.Bakı, 2005, s.112.

4 Morfemlərin bölgüsü haqqında ətraflı məlumat almaq üçün bax: F.Veysəlli. Struktur dilçiliyin əsasları. Studia Philolo­gica. (Morfemika , sintaqmatika) II. Bakı, 2008.

5 Frazem burada prof. M.T.Tağıyev anlamında işlənmişdir.

6 F.de Saussure.Göstərilən əsəri.

7 F.Veysəlli. Struktur dilçiliyin əsasları. Studia Philologica.(Morfemika , sintaqmatika) II. Bakı, 2008.

8 F.Veysəlli. Struktur dilçiliyin əsasları. Studia Philologica. II, Bakı, 2008, s.274-288.

9 A.Martinet.Elements of General Linguistics.London, 1964.

X. Dil işarələrinin

semantik sahələr üzrə təhlili

X.1. Ümumi qeydlər


Biz yuxarıda qeyd etmişdik ki, dildəki sözlər mahiyyətcə iki­tərəfli işarələrdir. Onların formal, substansional tərəfi semantik tərəfilə şərti olaraq bağlanır. Biz dil işarələrinin fonem, morfem və leksem baxımından öyrənilməsinə xüsusi əsərlər həsr etmişik.1 Bu fəsildə isə təbii dilin işarələrinin-sözlərin semantik təhlilini vermək istəyirik. Məlumdur ki, məna problemi semiotikanın mərkəzi prob­le­midir. Ancaq məna ilə ifadənin qarşılıqlı əlaqəsinə keçməmişdən öncə bəzi termin məsələlələrinə aydınlıq gətirilməlidir.

Sosializm dövründə materialist fəlsəfəsini idealist termi­nolo­giyadan təmizləmək vəzifəsi irəli sürülürdü. Fəlsəfə semiotikanı öz tərkib hissəsi elan elədiyi vaxt dilçilik işarə sisteminin ümumi problemlərini araşdırmağı qarşısına məqsəd qoymuşdu.

Sözlər dildə semantik baxımdan qarşılaşmalar yaradır:

/qoca/ # /cavan/; /almaq/ # /satmaq/; /bibi/ # /əmi/.

Azərbaycan dilində /əmi/-nin qarşılığı mütləq /bibi/ olmalıdır. Ancaq alman dilində /Onkel/ həm əmi, həm də dayı deməkdir. O, alman qohumluq terminləri arasında yalnız /Tante/ (xala, bibi) sözünə qarşı qoyula bilər. Bu dldə /Neffe/ (qardaşoğlu və ya bacıoğlu) yalnız cins qarşılaşması baxımından /Nichte/ (qardaşqızı, bacıqızı) sözünə qarşı qoyulur: /kişi/ # /qadın/. Ancaq /Tante/ # /Nichte/ və /Onkel/ # /Neffe/ cütlərində cins yox, qohumluq dərə­cəsi qabardılır. Qarşılaşmalarda bir-birinin əksinə (antonim): /böyük # kiçik/, istiqamət bildirən /yuxarı # aşağı/ və tamamlayıcı qarşı­laşmalar /subay # evli/, /mümkün # qeyri-mümkün/ və s. növlərini fərqləndirirlər. Axırıncılarda ya-ya və ya binar prinsipi gözlənilir.

İnsan ya subay olur, ya da evli. Qarşılaşmadakı bir tərəf ikili imkandan birini ifadə edir. Dərəcə və ya müqayisə bu cür qarşı­laşmalar yaratmır. Bəzən onları /daha çox/ ifadəsilə işlətmək olar. Məsələn, /Əhməd xanımından daha çox evlidir// (evcanlıdır mənasında).

Bu zaman /evli/ öz qarşılığı olan /subay/-dan fərqlənmək üçün yox, tamam yeni semantik çalarlığın ifadəsi üçün işlənir. Məna kontekstlə bağlı yeni çalar əldə edir. Komplomentar sifət qarşı­laşmalarında /x- qeyri-x/ formuluna uyğun cütlər müşahidə olunur. Bu zaman birinci tərəfin inkarı ifadə olunur: /mümkün/ # /qeyri-mümkün/ və ya /mümkünsüz/. Deməli, onlar təkcə antonim deyil, həm də komplementar qarşılaşmalar yaradır. Antonimlər məntiqi cəhətdən komplementar ola bilirlər, çünki onlar binar (ikili) qütblər olmaqdan başqa cins əlaməti istisna olmaqla eyni məna bildirirlər. Müq. et: /rəfiq/ # /rəfiqə/; /katib/ # /katibə/; /kişi/ # /arvad/ və s.

Beləliklə, biz leksemlər arasında qohumluq bildirən kiçik məna sahəsini fərqləndirə bilərik (bax: şəkil 13).


Böyük




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin