F. H. Zeynalov


IX.4. Dil işarələrinin ikitərəfliliyi (bilaterallığı)



Yüklə 1,55 Mb.
səhifə51/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   47   48   49   50   51   52   53   54   ...   83
IX.4. Dil işarələrinin ikitərəfliliyi (bilaterallığı)
Biz yuxarıda işarələrin mühüm əlamətləri kimi, onların ikitərəfliliyini (bilaterallığını) da qeyd etmişdik. Dilin morfemləri və leksemləri ikitərəfli işarə olduqları üçün müvafiq olaraq hər iki tərəfdə forma və substansiyanı fərqləndirmək lazım gəlir. Aşağıdakı sxem bu ikitərəfililiyi aydın göstərir:
forma

İşarələyən -----------

substansiya

forma


İşarələnən ------------

substansiya


Semiotik sistemdə işarələyənin substansiyası insanın tələffüz etdiyi səs ardıcıllığıdır, işarələnənin substansiyası isə dərk etdiyimz dünyanın bir parçasıdır. İşarələyənin və işarələnənin formasına gə­lincə isə deməliyik ki, birincidə bu, fonoloji, morfoloji və sintaktik münasibətlərdir, işarələnəndə isə bu, məzmunun formasıdır, yəni dün­yanın leksik mənzərəsidir, o, dünya reallığının maddi təşki­lindən ibarətdir.

Leksik səviyyədə söz sahələrinin klassları onların para­diqmtik, semantik həmrəylik prinsipi əsasında bir-birinin yanında gələ bilməsi onların sintaqmatik əlaqələrini göstərir. Məsələn:


Zaman bildirən Məkan bildirən Tamamlıq Xəbər

/dünən/ /Bakıda/ /səni/ /gördüm//

/bu gün/ /qatarda/ /kitab/ /oxuyurdum//

/srağagün/ /küçədə/ /adam/ /gözləyirdim//

/səhər/ /universitetdə/ /müəllimi/ /tapmadım//

/axşam/ /kinoda/ /xalamla/ /rastlaşdım//

və s.
Burada leksemlər öz sahələri üzrə klasslara ayrılmaqla paradiqmatik münasibətlərdə olduğu kimi, həmin klassların hər bir üzvü semantik həmrəylik prinsipinə görə bir-birinin dalınca düzülərək sintaqmatk əlaqələri bildirir. Sintaqmatik həmrəylik isə leksemlərin yanaşı işlənməsini şərtləndirən əlamətdir. Məsələn, /bu gün qatarda kosmosa uçurdum// strukturunda semantik həmrəylik pozulub, çünki kosmosa qatarla yox, kosmik gəmi ilə uçmaq olar.

Sintaktik səviyyədə paradiqmatik münasibətləri biz cümlə modellərində və tiplərində görürük. Məsələn:

/M+X/ (O, gəlir)

/M+T+X/ ( O, kitab oxuyur)

/Z+M+T+X/ (Dünən mən səni gördüm) və s.

Sintaqmatik əlaqə isə cümləyə girən leksemlərin semantik həmrəyliyi və formal əlaqələr(uzlaşma, idarə və yanaşma) əsasında birləşərək müəyyən linqvstik struktur əmələ gətirməsində özünü büruzə verir. Müq.et: /Dünənki iclas heç xoşuma gəlmədi//(semantik həmrəylik, yanaşma və uzlaşma).

Yuxarıdakı işarələyən və işarələnən sxemi dildə ünsiyyətin həqiqi üzvlənməsini real əks etdirir. İfadə substansiyaları arasında deyilən səslər, yazıda qara və ağ şriftlə yazılanlar, polotnoda xətlər və cizgilər, kinofilmdə fotoqramların düzümü, telekanalda işıqlı xətlər buna misal ola bilər. Forma isə dildə sistemlərin təhlili, hekayələr sistemi, intibah dövründə ikonologiya, teatrda, filmdə və reklamda obrazların müxtəlif növləri ola bilər.

Süni işarələr sistemində, o cümlədən yol hərəkətini tənzim­ləyən işıqforda, səviyyələr arasında münasibət birin-birə şəklindədir. /yaşıl/ “get”, /qırmızı/ isə “dayan” deməkdir. Dildə isə bir siqnifikant həm siqnifikant, həm də siqnifikat və ya əksinə ola bilir. Məsələn, müdriklik yaşlı olmaqla, ağ saçla, səsin tembrilə və köhnə dəbdə geyinməklə ifadə oluna bilər. Bu da işarənin çoxmənalılığına əsas­la­nır. /Dağ/ nəinki yüksək təpəliyi, həm də məcazi mənada /Sinəmə dağ çəkdin// frazemində5 və /yağı dağ etmək/ ifadəsində eyni siq­nifikatla ifadə olunsa da, siqnifikantları fərqlidir. Sülhün rəmzi olan göyərçin kağız üzərində çəkilmiş quş şəklilə və ya canlı göyərçinlə bildirilə bilər. Söhbətin davam etdirilməsini sözlə (/davam edin/) və ya mimika və jestlə bildirmək olar. Cümlənin sonunda səs tonunun düşməsi həm müəyyən məlumatı, həm də dinləyənin xətrinə dəymək kimi ifadə oluna bilər. Məktub həm sevgi, həm də nəzakət mənasını verə bilər.

Göründüyü kimi, ifadə planı ilə məna planı arasında çox mürəkkəb əlaqələr mövcuddur.

Dil işarələrinin bu aspektindən danışanda bir məsələni də burada qeyd etmək yerinə düşərdi. Bu da dil işarələrinin ikitə­rəfliliyilə bağlıdır. Bu məsələdə bir az qaranlıq məqamlar var. Məsələ burasındadır ki, dilin sözləri F.de Sössürdən bu yana ikitərəfli işarə kimi göstərilir. Əgər /at/ sözünün denotatı onun signifi­ka­tı­dır­sa, /a+t/ isə onun ya yazılı, ya da şifahi signifikantırsa, onda belə çıxır ki, işarənin özü fiksiyadır, bizim uydurmamızdır. Belədə işarənin özü yox, onun tərəfləri barədə danışmaq olar. Bu barədə baş sındırmağa dəyər. İstər yazıda, istərsə də tələffüzdə /a+t/ söz­dürsə və söz də işarədirsə, onda bu işarənin ikitərəfliyi şübhə altında qalır. Hər halda elmin hazırkı səviyyəsində bu məsələni tam çözmək mümkün deyildir. Digər tərəfdən, F.de Sössür israr edir ki, işarənin maddi tərəfinin nədən ibarət olması onun mahiyyətinə xələl gətirmir.6 Bununla bağlı o, şahmat oyununu misal gətirərək yazır ki, oyunun hazırkı vəziyyətini başa düşmək üçün fiqurların nədən hazırlanmasının heç bir əhəmiyyəti yoxdur. Bu müqayisə dil üçün qüsurludur. Dil işarələrinin substansiyası ancaq səslərdən (yazıda isə qrafemlərdən) ibarət ola bilər. Yazılı ünsiyyət ikinci olduğundan onu nəzərə almamaq olar. Canlı ünsiyyət isə tələffüz olunan və eşidilə bilən səslər vasitəsilə mümkündür. Məhz buna görə bu məsələdə F.de Sössürlə razılaşmaq olmur.

Morfoloji səviyyədə sintaqmatik münasibətlər morfemlərin bir-brinin yanında gələ bilməsinin müəyyənləşməsi deməkdir. Bu­ra­da Azərbaycan dili baxımından nəzərə çarpan qanunauyğunluq on­dan ibarətdir ki, şəkilçi morfem kök morfemdən qabaq gələ bilməz. Eyni zamanda şəklçi morfem vurğunu öz üzərinə çəkir. Ancaq inkar şəkilçiləri vurğunu özündən əvvəlki hecanın üzərinə atır.

Məs.: /şək`il /, ancaq /şəkil+`çi/; /gün/, /gün+`ey/, /güney+`li/

/(o) gəl`ir//; /(o) ```gəl+m+ir//; /mən alı`ram//, ancaq /mən ```almıram// və s.

İfadənin substansiyası eyni olsa da, onun forması başqa cür üzvləndiyi üçün müxtəlif funksiya daşıya bilər. Azərbaycan dilində /turac/ və /tıxac/ leksemləri morfoloji cəhətdən müxtəlif cür təşkil olunub. Birinci halda biz birmorfemli leksemdən danışa bilərik. Çünki quş adı olaraq bu leksemin daxilən morfemlərə üzvlənməsi qeyri-mümkündür. Ancaq ikinci halda biz bu leksemi iki morfemə bölə bilərik: /tıxa +c/. Axırıncıda /d=/ seqmenti həm fonem, həm mofemdir, özü də yeni söz yaradan şəkilçi morfemdir. Bu morfemin bir özəlliyi də ondadır ki, o yalnız bircə bu sözdə işlənir, ona görə də ona təkvalentli morfem deyilir.7

Sintaqmatik oxda öz birləşmə qabiliyyətinə görə iki və daha artıq valentli morfemlər də fərqləndirirlər. İkivalentli morfemlər elə morfemlərdir ki, onlar ən azı iki leksemdə iştirak edir. Məsələn, /-sal/ şəkilçisinə həm /qum+sal/, həm də son zamanlarda /rəqəm+sal/ sözlərində təsadüf olunur. Ancaq /-daş/ şəkilçisinə /vətən+daş/, /əmək+daş/, /silah+daş/, /sirr+daş/, /yol+daş/ və s. leksemlərinin düzəlməsində iştirak etdiyi üçün bu morfem çoxvalentlidir.


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin