F. H. Zeynalov


VI.8. İşarələrin və işarə sistemlərinin məzmunu



Yüklə 1,55 Mb.
səhifə39/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   35   36   37   38   39   40   41   42   ...   83
VI.8. İşarələrin və işarə sistemlərinin məzmunu
Semiotikanın səciyyəsi üçün əlamətlər işarənin müəyyən məlumatı göndərəndə özünü büruzə verir. İnformasiyanın xarakte­rindən asılı olaraq bir neçə funksiyanı fərqləndirmək olar. İşarənin məzmunu fəlsəfi problemdir və şüurun ontoloji və fəaliyyətin növləri məsələlərilə bağlıdır.

İlk öncə aydınlaşdırılmalıdır ki, işarə sistemi hansı və nə həcmdə informasiya ötürə bilir və nə dərəcədə ünsiyyətdə etibarlıdır. Bu da informasiyanın kodlaşmasından və dinləyici tərəfindən adekvat qəbulundan asılıdır. Hansı informasiyanın verilməsindən isə semio­tikanın funksiya tərkibi asılıdır. Burada bir neçə qütb çarpazlaşır.

1. Subyektivlik və obyektivlik. Heyvanların ötürdüyü infor­masiyaların hamısı subyektin özü haqqındadır. Müəyyən hallarda ardıcıl olaraq partnyora məlumat göndərilir (bura mənim zonamdır, gəlmə). Obyektiv informasiyada subyektiv dəyərləndirmə və ya şərhedici aspekt olmur. İki dərəcə isti /qar əriyir/, ya da subyektiv olaraq /mənə soyuqdur/ kimi başa düşülə bilər.

2. Emosionallıq / rasionallıq qarşılaşması.

Biokommunikasiyada hərəkətlərin vərdişləri və reflektor qazanılmış infomasiya ötürülmür. Balaların öyrədilməsi infor­ma­si­ya­ya deyil, obraz və yamsılamaya əsaslanır. İnsanda isə bununla bağlı saysız-hesabsız ifadələr var. /Qaş düzəltdiyi yerdə vurdu gö­zünü çıxartdı// və s.

3. İnformasiyanın hissi əyanilik və anlayış xarakterinin qar­şılaşması. Heyvanlarda əsas işarələr simptomlar (indekslərdir), me­tonimik situasiya ilə bağlıdır. Heyvanlar situasiyanı təsvir edə bil­mir, ona reaksiyanı emosional bildirir.

4. İnformasiyanın fərdi və konkret xarakteri, ümumiləşməsi və abstraktlığı. Pişik deyə bilmir, adamlardan və itdən qorx. Ancaq davranış ilə bunu edir. Balaları olanda adamlardan uzaqlaşır, ancaq olmayanda yaxınlaşır.

5. İnformasiyanın “indiliyi” və zamansızlığı oppozisiyası. Hey­vanlarda keçmiş və gələcəklə bağlı məlumat vermək qabiliyyəti yoxdur. İnsan dilində isə bu adi şeydir.

Bioloji semiotikadan süniyə keçəndə subyektiv-hissi tərəf azalır, obyektiv rasional semantika artır. Təbii dildə bu, ortaq mövqedədir. Təbii dillər fərdi-subyektiv hissləri, hazırkı, həm də ümumiləşdirici obyektiv-rasional informasiyaları vermyə qadirdir. Dildə elementar işarə çoxdur (Dildə yarım milyon söz olur). Tərcümə vasitəçi ola bilir. İnsan dili hissi və subyektiv-emosional informasiyaları ifadə etməkdə limit bilmir, hərçənd ki, burda dil və fərd xüsusi rol oynayır.

Təkcə rəng bildirən sözlər nə qədərdir: qırmızı, al-qırmızı, açıq-qırmızı və ya ağrı adları. Şair və yazıçılar burada xüsusi bacarıq nümayiş etdirirlər. Lakin rasional və obyektiv informasiyanı ifadə etməkdə hüdud var. Süni semiotikalar buna misal ola bilər. Təsəv­vür edək ki, yolda işarə əvəzinə /sür/ yazılsın, onda gərək sürücü da­yanıb oxusun. Ya xəritədə işarə olmasın. Açıq semiotikalar dəyişir.

Heyvanların dili dəyişmir. Jestlər meymunlarda dəyişə bilər. Təbii mənbəyi olan bütün mədəni semiotikalar dəyişə bilir. Ancaq jest və mimikalar dilə nisbətən az dəyişir, din dili daha sabitdir, nəinki inçəsənət dili.

Dildə dəyişiklik az olur, ancaq ədəbiyyatda çox (janr, stil və s.). Süni semiotikalar qapalıdır. Riyazi və kimyəvi formullar, coğrafi xəritələr, yol hərəkəti nişanları bəşər mədəniyyətinin tarixi fenomenləridir. Hər bir semiotikanın öz tarixi var. Dəyişmək üçün ümumi razılıq lazımdır. Metrologiyada (fiziki vahidllərin ölçüsündə) hər xalqın öz təcrübəsi var: arşın, funt, pud, batman. Sonralar on­luqlu sistem yarandı (santimetr, qram və s.). XVIII əsrin son­ralarında Fransada, daha doğrusu 1875-ci ildə 17 ölkə, o cümlədən Rusiya, ölçü sistemindən istifadə haqqında Beynəlxalq Metrik Konvensiyaya qol çəkdi. 1960-cı ildə 7 mühüm vahidi olan Bey­nəl­xalq sistem qəbul olundu: metr, kiloqram, saniyə, amper, kelvin, kandel, mil.

Bədii obraz leksik məna anlayışıdır.

Avropada ərəb rəqəmlərini yalnız X əsrdə tanıyıblar, ancaq onların geniş yayılması XVI əsrə aiddir.

İşarə sisteminin semantik imkanlari 3 cür olur.


  1. ayrılıqda işarənin məna planının xarakteri; 2) işarələrin tərkibi; 3) işarələrin birləşmə qaydaları. Ancaq N.B.Meç­kov­ska­yadan fərqli olaraq üçünçü tam semantik həmrəylik baxımdan burada araşdırıla bilər.

Ayrı-ayrı işarələrin məzmun planı koqnitiv prosesdə onların xüsusi çəkisi abstrakt, obyektiv (rasional) və hissi-əyani (konkret, emosional və fərdi) xüsusiyyətlərlə bağlıdir. Onlar işarənin 3 klas­sını müəyyən edir: bədii obraz, leksik məna və elmi anlayış olmaqla leksik məna orta yeri tutur.

Rasional ----- leksik ----- elmi anlayış

Bir qayda olaraq sözlərin leksik mənaları daha geniş tətbiq olunur. Bədii obraz geniş mənada filologiyanın, elmi anlayışlar isə terminologiyanın obyektləridir. /Dil/ sözünün elmi mənasının açılışına fikir verək.




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin