##Fakültə: Filologiya ##İxtisas: Azərbaycan dili və ədəbiyyatı ##Bölmə


##num= 9// level= 1// sumtest=23 // name= Azərbaycan sovet ədəbi tənqidinin təşəkkülü (20 - ci illər) xxx //



Yüklə 0,72 Mb.
səhifə8/10
tarix20.02.2020
ölçüsü0,72 Mb.
#102135
1   2   3   4   5   6   7   8   9   10

##num= 9// level= 1// sumtest=23 // name= Azərbaycan sovet ədəbi tənqidinin təşəkkülü (20 - ci illər) xxx //


1. B. Çobanzadənin siyasi - ədəbi görüşlərini tənqid hədəfinə çevirən məqaləni və onun müəllifini seçib göstərin:

1 - M. Quliyev

2 - Ə. Nazim

3 - B. Talıbov

4 - M. Əfəndizadə

5 - M. Rəfili

6 - “Pantürkizmlə belə mübarizə etmək olmaz”

7 - “Zərəli tənqidlər”

8 - “Ədəbiyyatmı? Xalqmı? ”

9 - “Ədəbi tənqidimizdəki yanlışlıqıar haqqında”

10 - . “Oktyabr və gənc qələmlər”

A) 2, 10

B 1, 6

C) 3, 7, 8

D) 4, 9

E) 1, 5, 7

2. “Azəri şura və proletar ədəbiyyatı” məqaləsinin müəllifi kimdir?

A) Cabbar Əfəndizadə

B) Hənəfi Zeynallı

C) Bəkir Çobanzadə

D) Mehdi Hüseyn

E) Mikayıl Rzaquluzadə

3. “Maarif və mədəniyyət” jurnalının 1924 – 26 – cı illərdə baş redaktoru kim olmuşdur?

A) C. Məmmədquluzadə

B) T. Şahbazi

C) R. Axundov

D) M. Quliyev

E) C. Əfəndizadə

4. Bunlardan biri “Maarif və mədəniyyət” jurnalının baş redaktoru olmamışdır?

A) C. Əfəndizadə

B) C. Məmmədquluzadə

C) R. Axundov

D) M. Quliyev

E) T. Şahbazi

5. “Sənət öz yollarını özü yaratmalıdır. Marksizm metodları sənətin metodu deyil. Sənət sahəsi firqənin komanda edə biləcəyi bir sahə deyildir”. 20 – ci illərdə marksist tənqid əleyhinə çevrilmiş bu fikrin müəllifi kimdir?

A) Plexanov

B) Trotski

C) Voronski

D) Preverzev

E) Pilnyak

6. 30 –ci illər rus ədəbi tənqidində marksist tənqid metodologiyasını qəbul etməyən və “mən yazdığımdan başqa heç cür yaza bilmərəm, hərgah özümü zorlamaq istəsəm də yazammaram, yazmağı bacarmaram. Ədəbi qabiliyyəti zorlamağa imkan verməyən ədəbi qanun vardır” deyən tənqidçi kim idi?

A) Voronski

B) Preverzev

C) Pilnyak

D) Dedorın

E) Lunaçarski

7. 20 – ci illərdə bu tənqidçinin yazdığı məqalələr ruh etibarı ilə - ədəbiyyatın immanent qanunlarından çıxış etmək nöqteyi – nəzərindən həmkarlarının yazılarından fərqlənirdi. Söhbət kimdən gedir?

A) A. Musaxanlı

B) M. Hüseyn

C) H. Zeynallı

D) Ə. Nazim

E) M. Rzaquluzadə

8. 20 – ci illər tənqidinin aparıcı nümayəndələrini seçin:

1 - M. Quliyev

2 - M. Arif

3 - Ə. Abid

4 - Ə. Nazim

5 - M. Cəfər

6 - H. Zeynallı

7 - M. Təhmasib

8 - Mir Cəlal

A) 1, 3, 4, 6

B) 2, 5, 7

C) 7, 8

D) 1, 5, 7

E) 1, 3, 8

9. H. Cavidin yaradıcılığına 20 –ci illərdə bir neçə məqalə həsr edən və “ümumun sevimlisi olan bir şairimiz” kimi qiymətləndirən tənqidçi kimdir?

A) M. Quliyev

B) H. Zeynallı

C) Ə. Abid

D) Ə. Nazim

E) M. Arif

10. H. Zeynallı haqqında monoqrafiya yazan müasir tədqiqatçı hansıdır?

A) Nərgiz Qurbanova

B) Nizaməddin Şəmsizadə

C) Bədirxan Əhmədov

D) Bəkir Nəbiyev

E) Şamil Salmanov

11. “Burada şair dram komponsiyonunu incədən – incəyə anlamış və bunu da sona qədər müvəffəqiyyətlə sürə bilmişdir”. H. Zeynallı bu mülahizəni H. Cavidin hansı əsəri haqqında söyləmişdir?

A) “Şeyx Sənan”

B) “Peyğəmbər”

C) “Şeyda”

D) “Ana”

E) “Maral”

12. 20 - ci illərin tənqidçiləri və onların əsərləri arasındakı düzgün uyğunluğu müəyyən edən cavabı seçin:

I – H. Zeynallı

II – Ə. Nazim

III – B. Çobanzadə

IV – M. Quliyev

1 - “Azəri ədəbiyyatının yeni dövrü”

2 - “Oktyabr və gənc qələmlər”

3 - “Türk dili və ədəbiyyatının tədris üsulu”

4 - “Fövzi haqqında”

5 - “Pantürkizmlə belə mübarizə etmək olmaz”

6 - “Yeni həyat və yeni ədəbiyyat”

7 – “Ədəbiyyatımız və ədəbiyyat tariximiz”!

8 - “Pqoletar ədəbiyyatının yaradıcılıq yolları”

9 - “XX əsrdə Azərbaycan türk ədəbiyyatı”

10 - “Voronskiçilik nədir? ”

A) I – 2, 4, 9; II – 6, 7, 8; III – 1, 3; IV – 5, 10;

B) I – 1, 5; II – 3, 6, 7; III - *, 9, 10; IV – 2, 4;

C) I – 4, 8, 10; II – 1, 3, 5, 6; III - 2, 4, 7; IV – 9;

D) I – 7, 9, 10; II – 6, 8; III – 1, 2, 3; IV - 4, 5;

E) 1 – 1, 3, 8; II – 2, 4, 7; III - 6, 9; IV – 5, 10;

13. Hansı əsərdə H. Zeynallının sənət görüşləri haqqında əhatəli söhbət getmişdir?

A) “Ədəbi mübahisələr”

B) “Sənətkarın şəxsiyyəti”

C) “Ədəbiyyatımıza dair məktub”

D) “Azəri ədəbiyyatının yeni dövrü

E) “Ədəbi məktublar”

14. Ədəbiyyatı dərindən öyrənmək üçün sənətin əsaslarını, estetik prinsiplərini bilməyin gərəkli olduğunu vurğulayan, “Sənət nə üçündür? ” məqaləsinin müəllifi olan tənqidçini göstərin.

A) M. Arif

B) H. Zeynallı

C) F. Köçərli

D) N. Şəmsizadə

E) B. Nəbiyev

15. Klassik irsin tədqiqinə güclü maraq göstərən, M. F. Axundov haqqında bir – birinin ardınca üç məqalə yazan tənqidçini göstərin.

A) H. Zeynallı

B) F. Köçərli

C) Ə. Nazim

D) M. Quliyev

E) A. Musaxanlı

16. Bu tənqidçi S. Ə. Şirvaninin satirik yaradıcılığında dinə, dindarlara, çar üsuli – idarəsinə qarşı kəskin tənqidi mövqeni qabardırdı. Söhbət hansı tənqidçidən gedir?

A) H. Zeynallı

B) M. Cəfər

C) F. Köçərli

D) B. Nəbiyev

E) Elçin

17. Gərək “Şeyda” əsərinin adı “Qara Musa” qoyulaydı. “Şeyda” əsərini vulqar – sosioloji yanaşma ilə təhlil edən bu tənqidçi kimdir?

A) H. Zeynallı

B) C. Cəfərov

C) Ə. Abid

D) M. Cəfər

E) A. Musaxanlı

18. “Şeyx Sənan”ı antidini səciyyəli əsər kimi qiymətləndirən, “Peyğəmbər”i isə bədii cəhətdən qüsurlu hesab edən tənqidçini göstərin.

A) H. Zeynallı

B) Y. Qarayev

C) A. Hüseynov

D) F. Köçərli

E) Ə. Nazim

19. H. Zeynallı hansı şairi şeirlərində mövzu təkrarına, sxematizmə, uzunçuluğa yol verdiyinə görə tənqid edir?

A) S. Ə. Şirvani

B) S. Rüstəm

C) M. Rahim

D) S. Vurğun

E) Ə. Nazim

20. İxtisasca dilçi – türkoloq olan, 300 – dən çox məqalənin, 41 monoqrafik tədqiqatın müəllifi olan “universal alim” – tənqidçi kimdir?

A) B. Çobanzadə

B) M. Cəfər

C) M. F. Axundov

D) F. Köçərli

E) Ə. Nazim

21. B. Çobanzadə bu monoqrafiyanın ikinci “qismi”ndə ədəbiyyatın elmi – metodoloji və tədris – metodik problemlərinin nəzəri əsaslarını şərh edirdi. Söhbət hansı monoqrafiyadan gedir?

A) “Türk dili və ədəbiyyatının tədris üsulu”

B) “Azəri ədəbiyyatının yeni dövrü”

C) “Sənət və ədəbiyyatın ictimai həyatla əlaqələri”

D) “Oktyabr və gənc qələmlər”

E) “Ədəbi döyüşlər”

22. “. . . Üslubu yalnız əsərin zahiri əlamətləri olaraq almaq icab etməz. Üslub həm mündəricədə, həm də şəkildə özünü göstərir. Nə söyləmək və necə söyləmək məsələləri bir - birindən ayrılamaz”. Bu fikirlərin müəllifini göstərin

A) C. Xəndan

B) B. Çobanzadə

C) Ə. Nazim

D) M. Quliyev

E) M. Hüseyn

23. Hansı kitabda bədii ədəbiyyatı tədqiq və öyrənmənin dünya ədəbiyyatşünaslığında mövcud olan üsulları haqqında müfəssəl məlumat verilib?

A) “Türk dili və ədəbiyyatının tədris üsulu”

B) “Azəri ədəbiyyatının yeni dövrü”

C) “Ədəbi döyüşlər”

D) “Ədəbi mübahisələr”

E) “Ədəbi qeydlər”

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin