3. Dövrünün ən görkəmli şairlərindən olan İsmayıl ibn Yəsar haqqında ən ümdə məlumat bu təzkirələrin hansında verilmişdir ?
A) Oufi Məhəmməd, “Zubab ol - əlbab”
B) Əbu Übeydullah Mərzubani, “ Mücəm üş - şüəra”
C) Əbül Fərəc Əl – İsfahani, “Əl – Əğani”
D) Lütfəli bəy Azər “Atəşkədə”
E) Əttar Fəridəddin, “Təzkirət ol – övliya”
4. Əməvilər dövründə yaşamış, evlənmək üçün zadəgan Xalid ibn Əsiddən borc pul almış və şeirində o insanı tərif etmiş əslən ərəbdilli azərbaycanlı şair kimdir ?
A) İskafi Zəncani
B) Musa Şəhavat
C) İsmayıl ibn Zəncani
D) Mənsur Təbrizi
E) Əbül Abbas Əl - Əma
5. “Şüubiyyə” fikir cərəyanına qoşulmuş “məvali” azərbaycanlı şair
30. Bu alim şair Bağdad həbsxanasında olarkən “ Şəkvəəl - qərib” əsərini yazmış və ona qarşı edilən ittahamlara cavab vermişdir. Bu sufi ideoloqunu göstərin
A) Ömər Gənci
B) Şihabəddin Sührəvərdi
C) Əhməd Qəzzali
D) Əbuhəfs Sührəvərdi
E) Eynəlqüzzat Miyanəçi
31. Bir şəhid olmaqdır arzum, ey Xuda,
Ucuz üç şey də ver mənə dünyada.
Ey dost, mən deyənə əməl eylə sən,
Həsir ver, neft gətir, od vur sonra da.
Bu rübai hansı sufi şairin qələmindən çıxmış və aqibətinin sonu ilə uyğun gəlmişdir?
A) Fələki Şirvani
B) Şihabəddin Sührəvərdi
C) Məhsəti Gəncəvi
D) Eynəlqüzzat Miyanəçi
E) Qivami Mütərrizi
32. Aşkarda, gizlində Allahı gördüm,
Aşağıda, yuxarıda Allahı gördüm.
Gözlərimi Onun nuruna açdım,
Şölələrin arasında Allahı gördüm – deyib hər yanda, hər nədə Allahı görən sufi – panteist şair kimdir?
33. Mənbələrə görə böyük sufi mütəfəkkiri Əhməd Qəzzali Həmədanda olarkən bir gənc azərbaycanlı mütəfəkkir və şairlə görüşmüş və bu görüş bir müddət Həmədanın qazısı olmuş şairin dünyagörüşünə ciddi təsir göstərmişdir. Kimdən danışılır ?
A) Şihabəddin Sührəvərdi
B) Eynəlqüzzat Miyanəçi
C) Baba Kuhi Bakuvi
D) Yusib ibn Tahir
E) Məhəmməd Miyanəçi
34. Sultan Səncərin vəziri Əbülqasim Dərgəzinin əmri ilə əvvəl həbs olunub Bağdad həbsxanasına salınan sonra isə dərs dediyi mədrəsə önündə edam olunan sufi şair kim olmuşdur.
A) Eynəlqüzzat Miyanəçi
B) Həllac Mənsur
C) Fəzlullah Nəimi
D) İmadəddin Nəsimi
E) Şihabəddin Sührəvərdi
35. “Eşqinə gərək hasil ola, o yoxdur
Ümidə gərək sahil ola, o, yoxdur
Səbr eylə, deyirsən ki, işin yaxşı olar,
Qəlb ola, ona qabil ola, o yoxdur”. –Sahilsiz və hüdudsuz eşqi olan, cavabında isə “səbr eylə” - sözü ilə ümidi kəsilməkdə olan aşiq - şair kim olmuşdur ?
A) Məhsəti Gəncəvi
B) Xaqani Şirvani
C) Eynəlqüzzat Miyanəçi
D) Qətran Təbrizi
E) İzzəddin Şirvani
36. “Özləri bərk azıblar xalqa yol göstərənlər,
Beyləqanda küfr ilə məşğul olur ərənlər.
Alçaqlar gəlib olub ucaların əmiri,
İstedadlar, zəkalar nakəslərin əsiri . . . ” – bu misraların müəllifi XI əsrin axırları (Beyləqanda doğulmuş) XII əsrin birinci yarısında yaşamışdır . O kimdir ?
37. Rəvayətdə deyilir ki, Şirvanşahın qızı ona vurulur, lakin sağlığında ona qovuşa bilmir. Şairin ölümündən sonra onun qəbri üzərinə gəlib ziyarət edən şah qızı qərara gəlir ki qalıb onun qəbrinə xidmət etsin. Qəbri Şirazda ziyarətgaha çevrilən şair kim olmuşdur ?
A) Cəlaləddin Rumi
B) Şihabəddin Sührəvərdi
C) Eynəlqüzzat Miyanəçi
D) Əhməd Qəzzali
E) Baba Kuhi Bakuvi
38. Orta əsr Azərbaycanının tanınmış alimi və şairi Hələbdə öldürülmüş və qəbrinin üstündə bu sözlər yazılmışdır:
Bu qəbrin sahibi gizli bir inci,
Tanrı cilalayıb vermişdi şərəf.
Onun qiymətini bilmədi zaman,
Onu zənn eylədi adi bir sədəf. – 37 yaşında qətlə yetirilmiş filosof - şair kim idi ?
A) Əbulfəs Sührəvərdi
B) Eynəlqüzzat Miyanəçi
C) İmadəddin Nəsimi
D) Məcidəddin Cili
E) Şihabəddin Sührəvərdi
39. XI – XII əsrlər şair – filosofları arasındakı təriqətçiləri seçin:
1 – Xaqani Şirvani
2 – Şəhabəddin Sührəvərdi
3 – Tahir Xoylu
4 – Qətran Təbrizi
5 – Baba Kuhi Bakuvi
6 – Eynəlqüzzat Miyanəçi
7 – İzzəddin Şirvani
A) 2; 4; 7
B) 1; 2; 5
C) 2; 5; 6
D) 1; 2; 6
E) 2; 5; 7
40. XI – XII əsr şairləri içərisindən ideya və fəlsəfi baxışlarının qurbanı olmuş ədibləri seçin:
1 – İzzəddin Şirvani
2 – Xaqani Şirvani
3 – Eynəlqüzzat Miyanəçi
4 – Qətran Təbrizi
5 – Xətib Təbrizi
6 – Şəhabəddin Sührəvərdi
A) 2; 4; 5
B) 1; 3; 5; 6
C) 3; 4; 6
D) 3; 6
E) 3; 4; 5; 6
41. Yusif Xoylunun əsərlərini seçin:
1 – “Məqsurə”nin şərhi
2 – “Tənvir”
3 – “Şəkvəəl qərib”
4 – “Həmasə”nin şərhi
5 – “Quran”ın hərəkələrindəki nöqsanlardan və təhriflərdən təmizlənməsinə dair traktat. ”
A) 2; 3
B) 1; 2; 4
C) 3; 4; 5
D) 2; 3; 4
E) 2; 5
42. Məşhur ərəb şairi Əbüləla əl – Məərrinin “Səqt əz – zənd” (“Çaxmaq daşının ilk qığılcımları”) divanına şərh yazmış Azərbaycan ədəbiyyatşünaslarını seçin.
1 – Yaqut əl – Həməvi
2 – Əs – Səalibi
3 – Xətib Təbrizi
4 – Əl – Baxərzi
5 – İbn Xəlliqan
6 – Yusif Xoylu
A) 1; 3
B) 2; 3; 4
C) 1; 4; 5
D) 3; 6
E) 4; 5; 6
43. Əsərlərin içərisindən E. Miyanəçiyə aid olanları seçin.
1 – “Fütüvvətnamə”
2 – “Zübdətül – həqayiq”
3 –“Nameha”(məktublar)
4 – “Riyazül – arifin”
5 – “Tutinamə”
A) 2; 3
B) 1; 2; 4
C) 2; 3; 5
D) 1; 4
E) 3; 4; 5
44. Verilmiş əsərlərdən üçü Ş. Sührəvərdiyə aiddir.
1 – “Əl – Əğani”
2 – “Kitab ül - ərəb”
3 – “Pərtövnamə”
4 – “Fütüvvatnamə”
5 – “Həyakil - ən nur” (“İşıq heykəllər”)
6 – “Həqiqətül – eşq”
A) 1; 2; 3
B) 1; 3; 5
C) 2; 4; 6
D) 3; 5; 6
E) 3; 4; 5
45. Eynəlqüzzat Miyanəçinin sufi məzmuna əsərlərini başqalarınınkından ayırın.
1 – “Riyazül Arifin”
2 – “Peyğəmbərliyin mənası haqqında maraqlı bəhs”
3 – “Hədiqətül – həqayiq”
4 – “Təmhidat”
A) 3; 4
B) 1; 3
C) 1; 2
D) 2; 4
E) 2; 3
46. Əsərləri və müəllifləri tarixi ardıcıllıqla sıralayın.
1 – “Təbriz zəlzələsi və Məmlanın tərifi”(Q. Təbrizi)
2 – “İşıq Heykəllər”(Ş. Sührəvərdi)
3 – “Banət – suad” qəsidəsinin şərhi”(X. Təbrizi)
A) 2; 3; 1
B) 1; 2; 3
C) 3; 2; 1
D) 3; 1; 2
E) 1; 3; 2
47. Əsərlərin ardıcıllığı necə olmalıdır?
1 – “Təmhidat”(E. Miyanəçi)
2 – “Xətmül – qəraib” (Xaqani)
3 – “Səid İbn Xalidə qəsidə”(Musa Şəhavat)
4 – “Məqsurə”nin şərhi (X. Təbrizi)
A) 3; 1; 4; 2
B) 4; 3; 2; 1
C) 1; 2; 3; 4
D) 2; 1; 4; 3
E) 3; 4; 1; 2
48. Təriqətçi ədiblərin əsərlərini müəlliflərinə görə uyğunlaşdırın:
I – Baba Kuhi Bakuvi; II – E. Miyanəçi; III – Ş. Sührəvərdi
1 – “Həqiqətül – eşq”
2 – “Büğəl – bəhs”ən mənəl bəhs”(“Peyğəmbərliyin mənası haqqında maraqlı bəhs”)
3 – “Əxbar əl – Arifin”
4 – “Hədislər”
5 – “Şəkvəəl – qərib”
6 – “İşıq heykəllər”
A) I – 5; 6, II – 3; 4, III – 1; 2.
B) I – 1; 2, II – 3; 4, III – 5; 6.
C) I – 2; 3, II – 1; 6, III – 4; 5.
D) I – 3; 4, II – 2; 5, III – 1; 6.
E) I – 4; 6, II – 2; 5, III – 1; 3
49. Verilmiş fikirləri ünvanlarına uyğunlaşdırın:
I – Eynəlqüzzat Miyanəçi; II – Ş. Sührəvərdi; III –Baba Kuhi Bakuvi
1 – Onun əslən Bakıdan olub ruhani ailəsində doğulduğu yazılır.
2 – Şair mütəfəkkir Həmədanda doğulmuşdur.
3 – Əslən Cənubi Azərbaycanın Sührəvərdi qəsəbəsindəndir.
4 – Yaradıcılığından divanı, “Hədislər”i və sufi görüşlü əsərləri qalmışdır.
5 – Babası, atası və özü Həmədan şəhərində qazilik etmişlər.
6 – Çoxsaylı nəsrlə nəzmin növbələşməsindən ibarət əsərləri vardır.
A) I – 4; 6, II – 2; 5, III – 1; 3
B) I – 1; 2, II – 3; 4, III – 5; 6.
C) I – 5; 6, II – 1; 2, III – 3; 4.
D) I – 1; 6, II – 4; 5, III – 2; 3.
E) I – 2; 5, II – 3; 6, III – 1; 4.
50. Uyğunluğu gözləyin:
I – Şəhabəddin Sührəvərdi; II – Baba Kuhi Bakuvi; III – Eynəlqüzzat Miyanəçi
1 – Əhməd Qəzzali ilə görüş onun həyata baxışını dəyişdirdi.
2 – Sufi şairi Nişapur və Şirazda yaşamış müridlərə rəhbərlik etmişdir.
3 – Şair – filosof “İşraqiyyə” cərəyanının ideoloqu olmuşdur.
4 – Sufi məzmunlu əsərlərinə görə həbs edib Bağdad həbsxanasına salmış, sonra Həmədanda edam etmişlər.
5 – Onu bədxahların fitvası ilə Hələb zindanına saldılar, sonra isə öldürdülər.
6 – Sufi şairinin Şirazda dağdakı qəbri bu gün də ziyarətgahdır.