##Fakültə: Filologiya ##İxtisas: Azərbaycan ədəbiyyatı tarixi (qədim dövr) ##Bölmə


##num= 6// level= 1// sumtest=33 // name= N. GƏNCƏVİ: HƏYATI, AZƏRBAYCAN VƏ DÜNYA ƏDƏBİYYATINDA MÖVQEYİ, LİRİKASI, “SİRLƏR XƏZİNƏSİ” POEMASI xxx //



Yüklə 0,53 Mb.
səhifə6/8
tarix17.11.2018
ölçüsü0,53 Mb.
#82713
1   2   3   4   5   6   7   8

##num= 6// level= 1// sumtest=33 // name= N. GƏNCƏVİ: HƏYATI, AZƏRBAYCAN VƏ DÜNYA ƏDƏBİYYATINDA MÖVQEYİ, LİRİKASI, “SİRLƏR XƏZİNƏSİ” POEMASI xxx //


1. Doğru fikirləri seçin.

1 - Əmir Xosrov Dəhləvi, Hafiz, Əssar kimi sənətkarlar Nizami Gəncəviyə ustad kimi yanaşmışlar.

2 - Nizami yaradıcılığında yüksək humanist qayələr, ecazkar poetik vüsət, müdriklik aydın hiss olunur.

3 - Nizami Gəncəvi bütün yaradıcılıq boyu lirik şeirlər yazmışdır.

4 - “Coşdu qumrovlar, yola qalxıb düzəldi karvan” qəsidəsi Nizaminin qocaldığı dövrdə yazılmışdır.

5 - Nizaminin “Qocalıq” şeiri Qızıl Arslana həsr edilmişdir.

6 - Dövlətşah Səmərqəndi Nizaminin 50 min beytlik divanı olduğnu yazmışdır.

A) 2, 3, 4

B) 1, 2, 3

C) 3, 4, 5

D) 4, 5, 6

E) 1, 5, 6

2. Nizami Gənəvi haqqında doğru olmayan fikirləri seçin.

1 - Zəkəriyyə Qəzvinin yazdığına görə, Nizaminin “Xəmsə”dən əlavə “Divanı” olmuşdur.

2 - Nizaminin lirikası şərq şeirinin hər üç şəklini - qəsidə, qəzəl, rübai şəkillərini əhatə edir.

3 - Nizaminin əldə olan qəsidələrinin sayı altıdır

4 - Nizami qəsidələrinin altısı da ictimai - fəsəfi məzmundadır.

5 - Qəsidələrinin əsas mövzusu eşqdir.

6 - Nizami lirikasında eşqi inkar edir.

A) 3, 5, 6

B) 1, 2, 4

C) 3, 4, 5

D) 1, 3, 5

E) 4, 5, 6

3. Fikirlərdən Nizami Gəncəvi yaradıcılığı ilə bağlı olanları müəyyənləşdirin.

1 - Darğa insaflı olsa əmirliyə çatar, əmir ədalətli olsa, ölkəyə padşah olar.

2 - Hamının əlindən tut ki, hamı sənə dost olsun.

3 - Sən ki həmişə dost öldürənsən, kim sənə dost olsun

4 - Nizamiyə görə döşəkdə ölən igid murdardır

5 - Şairin fikrincə, yaşadığı dövran qoçlar dövranıdır.

6 - Nizami Gəncəvi sənətin mayasını gözəllikdə axtarırdı

A) 3, 4, 5

B) 2, 3, 4

C) 1, 2, 3

D) 4, 5, 6

E) 1, 4, 6

4. Fikirlərdən səhv olanları seçin.

1 - N. Gəncəvinin ədəbi irsinin bir qismi türkcə yazılmış lirik şeirlərdən ibarətdir.

2 - N. Gəncəvinin qəzəllərində zəmanə hökmdarlarının adlarına rast gəlmirik

3 - Şairin lirik yaradıcılığına aid 2 qəzəli, 6 qəsidəsi, 30 rübaisi günümüzə qədər gəlib çatmışdır.

4 - Dünyəvilik, real eşqin tərənnümü Nizami qəzəllərinin səciyyəvi xüsusiyyətləridir.

5 - Şairin saf, səmimi bir məhəbbətin tərənnümünə həsr olunmuş qəzəlləri vardır.

6 - Bəzi mənbələrdə Nizaminin 1188 - ci ildə lirik şeirlərdən ibarət divanı olduğu qeyd olununur.

A) 3, 4, 5

B) 2, 3, 4

C) 1, 2, 3

D) 4, 5, 6

E) 1, 6, 3

5. Şeir haqqında doğru fikirləri göstərin.

Dünyada ədalətlə zəfər tapmışlar,

Zülm ilə bu dünyadə zərər tapmışlar.

Hər yerdə paxıllıq hünəri danmışdır,

Mərdlər eyiblər örtüb də hünər tapmışlar.

1 - Şeir janr etibarilə rübaidir.

2 - Şair zülmü inkar edir.

3 - Şeirdə ədalətlə zülm, səxavətlə paxıllıq qarşılaşdırılır, birinin xatirinə digəri rədd edilir.

4 - Şeir janr etibari ilə qoşmadır.

5 - Şeirdə mərd insanların ağır güzaranından danışılır.

6 - Rübai türkcə yazılımışdır.

A) 4, 5, 6

B) 2, 3, 4

C) 3, 4, 5

D) 1, 2, 3

E) 1, 5, 6

6. Beyt haqqında doğru fikirləri göstərin.

Gər qürurun yox isə, lütf elə, meyxanəyə gəl,

Nərd atıb, badə içib kafər olan xanəyə gəl.

1 - Nümunə qəzəl janrındadır.

2 - Şeirdə islam dini qaydalarına meydan oxunur.

3 - Şeirdə sufizmdən onun terminlərindən istifadə olunmuşdur.

4 - Şeirdə şərab və onun fəzilətlərindən bəhs olunur.

5 - Beytin əsas qayəsi ondan ibarətdir ki, insanlar islami dəyərlərə sahib çıxmalıdırlar.

6 - Beytin müəllifi Kişvəridir.

A) 3, 4, 5

B) 2, 3, 4

C) 1, 2, 3

D) 5, 6, 1

E) 1, 5, 6

7. Beyt haqqında doğru fikirləri göstərin.

Yol çətin aləm qaranlıq, atını bir yanə çək,

Varlığı gəl bir zaman can mülkünə, vicdanə çək.

1 - Nizami Gəncəvinin lirik yaradıcılığına aid nümunədir.

2 - Burada eybəcərliyin inkarı əsasdır.

3 - Həyat yolunun çətin olduğunu vurğulayan şair ayaq saxlağıb ətrafa nəzər salmağı tövsiyə edir.

4 - Şeir janr etibarilə qəsidədir

5 - Beytin müəllifi İmadəddin Nəsimidir.

6 - Şair bu beytdə düşmənlərə aman verməməyi xüsusilə vurğulayır.

A) 3, 4, 5

B) 2, 3, 4

C) 1, 2, 3

D) 4, 5, 6

E) 2, 4, 6

8. Beyt haqqında yalnış fikirləri göstərin.

Sərxoşluq edən dövlət huşiyar olacaq bir gün,

İllərlə yatan bəxtim bidar olacaq bir gün.

1 - Şair gələcəyə olan ümidini itirmiş, zalım hökmdarlardan şikayətçidir.

2 - Şeir janr etibarilə rübayidir.

3 - Bu qəzəldə gələcəyə inam ifadə olunmuşdur.

4 - Qəzəldə sevincin, vüsalın şən təsviri ilə qarşılaşırıq.

5 - Beyin müəllifi Nizami Gəncəvidir.

A) 5, 6

B) 3, 4

C) 4, 5

D) 1, 2

E) 3, 6

9. Beyt haqqında doğru fikirləri göstərin.

Cavanlıq köç edər, qoyma , gedər əldən zaman keçsin

İnanma bir daha burdan qəribi karvan keçsin.

1 - Şair qəzəldə düzgün, xeyirli əməllərlə əbədi həyat qazanmağın mümkünlüyündən bəh edir.

2 - İnsanın sevinc və şadlığa haqqı çatdığını deməklə yanaşı şair burada insanlara insanlıq vəzifəsini də xatırladır.

3 - Qəzəldə həmçinin qeyd olunur ki, həyat qısa olduğu üçün daha ayıq olmaq və namusla yaşamaq lazımdır.

4 - Qəzəlin müəllifi Əfzələddin Xəqanidir.

5 - Verilmiş nümunə qəsidə janrındadır.

6 - Beytdə o da qeyd olunur ki, insan az yaşadığı üçün hər işə əl ata bilər.

A) 5, 6

B) 2, 3

C) 3, 4.

D) 1, 2, 3

E) 1, 5, 6

10. Gözüm aydın gözümə surəti canan görünür» misralı şeirin müəllifi kimdir?

A) N. Gəncəvi

B) Ə. Xəqani

C) M. Beyləqani

D) Q. Təbrizi

E) M. Füzuli

11. Elmi - nəzəri fikir XI - XII yüzilliklər Azərbaycan ədəbiyyatını necə qiymətləndirir və ya adlandırır ?

A) Renesans ədəbiyyat

B) Klassist ədəbiyyat

C) Realist ədəbiyyat

D) Sentimentalist ədəbiyyat

E) Modernist ədəbiyyat

12. “Yəmən sultanının baxdım qəbrinə,

Bir kəfən çıxarıb o verdi mənə.

Dedi ki, gülmə sən səxavətimə,

Dünyadan köçərkən bu qalıb mənə”. – şeirdəki misra ardıcıllığını müəyyənləşdirin.

A) 1, 3, 4, 2

B) 2, 3, 4, 1

C) 1, 2, 3, 4

D) 3, 4, 2, 1

E) 1, 4, 3, 2

13. “İlahi, o yarı sən bidar elə,

Sərməstlik camından sən hüşyar elə.

Ya məni özümdən eylə xəbərsiz,

Ya onu halımdan xəbərdar elə”. – şeirdəki misra ardıcıllığını müəyyənləşdirin.

A) 3, 4, 2, 1

B) 2, 3, 4, 1

C) 1, 3, 4, 2

D) 1, 2, 3, 4

E) 1, 4, 3, 2

14. “Qocalıq” və “Töhfətül - İraqeyn”lə bağlı uyğunluğu müəyyənləşdirin.

I. “Qocalıq”

II. “Töhfətül - İraqeyn”

1 - “Qocalıq” qəsidədir.

2 - Xaqaninin həcmcə ən iri əsəridir.

3 - Azərbaycan ədəbiyyatında ilk poemadır.

4 - N. Gəncəviyə məxsusdur

5 - İraq səfərinə xüsusi yer verir.

A) I - 1, 2, 4 II - 1, 3, 2

B) I - 3, 4, 5; II - 1, 2, 5

C) I - 1, 4, 3; II - 1, 2, 4

D) I - 1, 3, 5 II - 1, 2, 3

E) I - 1, 4; II - 2, 3, 5

15. “Qocalıq” və “Sirlər xəzinəsi”lə bağlı uyğunluğu müəyyənləşdirin.

I. “Qocalıq”

II. “Sirlər xəzinəsi”

1 - “Qocalıq” qəsidədir.

2 - “Sirlər xəzinəsi” əsəri “Xəmsə”yə daxildir

3 - 20 hekayət vardır.

4 - Şairin ömrünün sonlarında yazılmışdır

5 - Fəxrəddin Bəhram şah Səlcuqiyə həsr olunmuşdur.

A) I - 1, 4, 3; II - 1, 2, 4

B) I - 3, 4, 5; II - 1, 2, 5

C) I - 1, 4; II - 2, 3, 5

D) I - 1, 3, 5 II - 1, 2, 3

E) I - 1, 2, 4 II - 1, 3, 2

16. Sultan Səncər sarayında olarkən ölkədə gördüyü sosial ədalətsizliyi, ictimai kədəri şeirə gətirən Məhsətinin

Yolda darğa mənə rast gəldi dünən,

Əlində tutduğu çubuqla bərkdən

Döyürdü qəzəblə o bir qarını,

Tamaşa edirdi hər yoldan ötən –

rübaisindəki hadisənin təsviri ilə N. Gəncəvinin “Sirlər xəzinəsi” əsərindəki “Sultan Səncər və qarı” hekayəsində olan uyğunluğu müəyyənləşdirin?

I. M. Gəncəvinin yaradıcılığı

II. N. Gəncəvinin yaradıcılığı

1 - Qəzəldən bir parçadır

2 - Ədalətsizliyin tənqidinə həsr olunmuşdur

3 - Rübaidirr.

4 - Sultan Səncər sarayı ilə bağlıdır

5 - XII əsrdə yazılmışdır

A) I – 1, 2; II - 1, 3, 5

B) I – 1, 3, 5; II – 1, 2, 4

C) I – 1, 4, 2; II – 2, 3, 4, 5

D) I - 2, 3, 4, 5; II – 2, 4, 5

E) I - 2, 1, 3; II - 2, 3, 4

17. Ardıcıllığı tarixilik baxımışdan müəyyənləşdirin

1 - “Sirlər xəzinəsi”

2 - “Xosrov və Şirin”

3 - “Leyli və Məcnun”

4 - “Yeddi gözəl”

5 - “İsgəndərnamə”

A) 1, 5, 3, 4, 2

B) 1, 2, 4, 5, 3

C) 1, 2, 3, 4, 5,

D) 5, 3. 4. 2, 1

E) 4, 2, 1, 3, 4

18. «Harun ər Rəşidlə dəlləyin dastanı» hekayəsinin müəllifi kimdir?

A) Nizami

B) Şihabəddin Sührəverdi

C) Mücirəddin Beyləqani

D) İzəddin Şirvani

E) Fələki Şirvani

19. «Kərpickəsən kişinin dastanı» ilə «Meyvə satanla tülkünün nağılı» arasındakı uyğunluğu müəyyənləşdirin.

I. «Kərpickəsən kişinin dastanı»

II. «Meyvə satanla tülkünün nağılı»

1 - Poemadan bir parçadır

2 - Şam

3 - Yəmən

4 - Sultan Səncər sarayı ilə bağlıdır

5 - “Sirlər xəzinəsi” poemasındandır

A) I – 1, 3, 5; II – 1, 2, 4

B) I - 1, 2, 5; II – 1, 3, 5

C) I – 1, 4, 2; II – 2, 4, 5

D) I – 1, 2; II - 1, 3, 4

E) I - 2, 1, 3; II - 2, 3, 4

20. «Meyvə satanla tülkünün nağılı»nda hadisələr hansı şəhərdə baş verir?

A) Yəmən

B) Nəcəf

C) Qahirə

D) Mərv

E) Nişapur

21. «Kərpickəsən kişinin dastanı» ilə «İsa peyğəmbərin dastanı» arasındakı uyğunluğu müəyyənləşdirin.

I. «Kərpickəsən kişinin dastanı»

II. «İsa peyğəmbərin dastanı»

1 - Poemadan bir parçadır

2 - İsa peyğəmbərlə bağlıdır

3 - Kərpickəsən qoca ilə bağlıdır

4 - N. Gəncəvinin yaradıcılığındandır

5 - “Sirlər xəzinəsi” poemasındandır

A) I – 1, 2; II - 1, 3, 4

B) I – 1, 3, 5; II – 1, 2, 4

C) I – 1, 4, 2; II – 2, 4, 5

D) I - 1, 3, 4, 5; II – 1, 2, 4, 5

E) I - 2, 1, 3; II - 2, 3, 4

22. «Nəzər sahibi bir möbidin dastanı»nda təsvir olan möbid hardandır?

A) Hindistan

B) Nəcəf

C) Qahirə

D) Mərv

E) Nişapur

23. “Sirlər xəzinəsi” poemasından verilmiş hekayələrin ardıcıllığını müəyyənləşdirin

1 - «Özündən naümid padşahın dastanı»

2 - «Nuşirəvan və bayquşların hekayəti»

3 - «Süleyman və əkinçi»

4 - «Firidun ilə maralın dastanı»

5 - «Hacı ilə Sofinin. dastanı»

A) 1, 2, 3, 4, 5,

B) 1, 2, 4, 5, 3

C) 1, 5, 3, 4, 2

D) 5, 3. 4. 2, 1

E) 4, 2, 1, 3, 4

24. «Hacı ilə Sofinin dastanı»nda Hacı hansı şəhərə səfər edir?

A) Məkkəyə

B) Nəcəf

C) Qahirə

D) Mərv

E) Nişapur

25. «Nə zaman xilafəti Harun əlinə aldı,

Abbasilər nəslinin tuği göyə ucaldı» misraları hansı poemadandır?

A) «Leyli və Məcnun»

B) «Xosrov və Şirin»

C) «Sirlər xəzinəsi»

D) «İsgəndərnamə»

E) Belə bir nümunə yoxdur

26. “Sirlər xəzinəsi” poemasından verilmiş hekayələrin ardıcıllığını müəyyənləşdirin

1 - «Bülbül ilə qızılquşun dastanı»

2 - «Mürşidlə müridin dastanı»

3 - «Süleyman və əkinçi»

4 - «Nuşirəvan və bayquşların hekayəti»

5 - «Özündən naümid padşahın dastanı»

A) 5, 3, 4, 2, 1

B) 1, 2, 4, 5, 3

C) 1, 5, 3, 4, 2

D) 5, 4, 3, 2, 1,

E) 4, 2, 1, 3, 4

27. «Axır zamanın əlamətləri» N. Gəncəvinin hansı poemasındadır?

A) «Sirlər xəzinəsi»

B) «Xosrov və Şirin»

C) «Leyli və Məcnun»

D) «İsgəndərnamə»

E) Belə bir nümunə yoxdur

28. Nizami Gəncəvinin ədəbi – estetik görüşlərindən bir nümunə olan “Nəzmin nəsrdən yüksəkliyi haqqında” fikirləri şairin hansı əsərində yer alır?

A) “Sirlər xəzinəsi”

B) “Yeddi gözəl”

C) “Leyli və Məcnun”

D) “Xosrov və Şirin”

E) Heç birində.

29. «Sirlər xəzinəsi» poemasında məqalət ardıcıllığını müəyyənləşdirin.

1 - «İnsanın yaranması haqqında»

2 - «Aləm hadisələri haqqında»

3 - «Qocalığın tərifi haqqında»

4 - «Xilqət haqqında»

5 - “Axır zamanın hadisələri haqqında”

A) 5, 3. 4. 2, 1

B) 1, 2, 4, 5, 3

C) 1, 5, 3, 4, 2

D) 1, 2, 3, 4, 5,

E) 4, 2, 1, 3, 4

30. N. Gəncəvi «Sirlər xəzinəsi» ilə S. Qəznəvinin «Hədiqətül - həqiqə» poeması arasındakı uyğunluğu müəyyənləşdirin.

I. N. Gəncəvi «Sirlər xəzinəsi»

II. S. Qəznəvinin «Hədiqətül - həqiqə»

1 - Poemadır

2 - «Hədiqətül - həqiqə» S. Qəznəviyə məxsusdur

3 - N. Gəncəvi əsərini S. Qəznəvinin təsirilə yazmışdır

4 - «Sirlər xəzinəsi» N. Gəncəvinindir

5 - Əxlaqi - didaktik əsərdir

A) I – 1, 2; II - 1, 3, 4

B) I – 1, 3, 5; II – 1, 2, 4

C) I – 1, 4, 2; II – 2, 4, 5

D) I - 1, 3, 4, 5; II – 1, 2, 5

E) I - 2, 1, 3; II - 2, 3, 4

31. «Sirlər xəzinəsi» poemasının birinci məqalətində nədən danışılır?

A) insanın yaranmasından

B) könül haqqında

C) söz haqqında

D) nəzmin nəsrdən yüksəkliyindən

E) ədaləti gözləmək üçün padşaha nəsihətdən

32. Aşağıdakı əsərlərdən Nizamiyə aid olmayanları seçib göstərin.

1 - “Qəsideyi - şiniyyə”

2 - “Ət - təfasir”

3 - “Risaleyi - cəmali”

4 - "Xosrov və Şirin"

5 - “Leyli və Məcnun”

6 - “Yeddi gözəl”

7 - “İsgəndərnamə”

8 - ”Mədain xərabələri”

A) 1, 2, 3, 8

B) 1, 4, 5, 2

C) 3, 4, 7, 8

D) 2, 3, 5, 6

E) 4, 5, 6

33. Aşağıdakı əsərlərdən Nizamiyə aid olanları seçib göstərin.

1 - “Qəsideyi - şiniyyə”

2 - “Ət - təfasir”

3 - “Risaleyi - cəmali”

4 - "Xosrov və Şirin"

5 - “Leyli və Məcnun”

6 - “Yeddi gözəl”

7 - “İsgəndərnamə”

8 - ”Mədain xərabələri”

A) 2, 3, 5, 6

B) 1, 4, 5, 2

C) 3, 4, 7, 8

D) 4, 5, 6, 7

E) 4, 5, 6

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin