##book_id= 118//book_name=Qədim Azərbaycan Ədəbiyyatı//
##fk=107//ks=02//fn=118// sumalltest= 314 //
##Fakültə: Filologiya
##İxtisas: Azərbaycan ədəbiyyatı tarixi (qədim dövr)
##Bölmə Azərbaycan
##Qrup: 201, 202, 203, 204, 205, 206 (əyani)
##Fənnin adı: Qədim Azərbaycan ədəbiyyatı
##Müəllimin adı: prof. Mahmud Allahmanlı, dos. Qüdrət Umudov
##Kafedra müdiri: prof. H. Ə. Qasımov
##Kafedra üzrə işçi qrupun üzvləri : prof. E. H. Quliyev, dos. Y. M. Babayev
##num= 1// level= 1// sumtest=39 // name= AZƏRBAYCAN ƏDƏBİYYATININ ƏN QƏDİM QAYNAQLARI xxx //
1. Midiya dövrü haqqında tarixi məlumatları özündə yaşadan əfsanə - rəvayətlər hansı mənbədə yazıya alınaraq qorunmuşdur ?
A) Firdovsinin “Şahnamə”sində
B) M. Kaşğarinin "Divan"ında
C) “Avesta”nın “Vəndidad” hissəsində
D) Heredotun “Tarix”ində
E) Ə. Yəsəvinin “Divani - hikmət”ində
2. Taxt - tacının, ölkəsinin aqibəti ilə bağlı iki dəfə qəribə yuxu görən, qədərdən yaxa qurtara bilməyən Midiya hökmdarı kim idi?
A) Bilqamıs
B) Keyxosrov
C) Tomris
D) Astiaq
E) Anahid Ardvisur
3. Tomrisin oğlu, hiylə ilə tutulan, lakin düşmənə boyun əyməyərək şərəfli ölümü üstün tutan qəhrəmanın adını göstərin.
A) Kioksar
B) Qiştaspes
C) Artembaris
D) Sparqapıses
E) Deioko
4. Hörmüz Zərdüştə deyir. “Mən yararsız yerləri bərəkətli torpaqlara çevirdim” Sonra o on altı ölkənin adını çəkir və onların dərdlərini danışır. Məzmun “Avesta”nın hansı hissəsinə aiddir ?
A) “Kiçik Avesta”
B) “Vispərəd”
C) “Yəştlər”
D) “Yəsna”
E) “Vəndidad”
5. “Avestanın tərkib hissələrini (qalıqlarını) bildirən adları verilmişlər içərisindən
seçin.
1 – Dəst
2 – Yəşt
3 – Bənd
4 – Vəndidad
5 – Parsi
6 – Qissə
7 – Yəsna
A) 1, 4, 7
B) 2, 4, 7
C) 2, 3, 4
D) 1, 2, 7
E) 2, 3, 7
6. Verilən xüsusi isimlərdən hansıları “Astiaq” tarixi rəvayətinə aid edilə bilər?
1 - Sparqapises
2 - Humbaba
3 - Harpaq
4 - Mandana
5 - Afina
6 - Artembaris
A) 1, 2, 3
B) 2, 4, 6
C) 1, 2, 4
D) 3, 5, 6
E) 3, 4, 6
7. “Tomris” tarixi rəvayətinin surətlərini seçin.
1 - III Dara
2 - Astiaq
3 - Sparqapises
4 - Spako
5 - Krez
6 - Ardvisur
A) 2, 3, 4
B) 2, 3, 6
C) 1, 4, 6
D) 1, 3, 5
E) 3, 4, 6
8. “Avesta”ya aid xüsusi isimləri seçin.
1 – Amadey
2 – Anahid
3 – Tiştiriya
4 – Arximed
5 – Spako
6 - Anqramanyu
A) 1, 3, 5
B) 2, 4, 5
C) 1, 2, 4
D) 4, 5, 6
E) 2, 3, 6
9. Azərbaycan ədəbiyyatının ən qədim qaynaqlarını tarixi - xronoloji ardicilliqla göstərin.
1 - “Şu” dastanı
2 - “Bilqamıs” dastanı
3 - Davtəkin Cavanşirin ölümünə həsr etdiyi ağı
4 - “Tomris” hekayəti
A) 1, 3, 4, 2
B) 1, 2, 4, 3
C) 2, 4, 1, 3
D) 3, 1, 4, 2
E) 4, 1, 3, 2
10. Muğlar və Zərdüşt haqqında məlumatlara rast gəlinən mənbələri tarixi ardıcıllıqla necə sıralamaq olar ?
1 – B. Brisson
2 – Platon
3 – Ə. R. Biruni
4 – İbn Xordadeh
5 – Ş. M. Şəbüstəri
6 – Əbdürrəşid Bakuyi
A) 5; 6; 4; 3; 1; 2
B) 2; 3; 4; 1; 5; 6
C) 1; 2; 3; 4; 5
D) 6; 5; 4; 3; 2; 1
E) 2; 4; 3; 5; 6; 1
11. Avestadan bəhs etmiş Avropa alimlərini (əsərlərinin yazılma tarixinə görə) ardıcıllıqla düzün.
1 – S. Bartolome
2 – T. Hayd
3 – P. Boler
4 – A. Düperron
5 – B. Brisson
A) 5; 4; 3; 2; 1
B) 5; 2; 4; 1; 3
C) 1; 2; 3; 4; 5
D) 3; 2; 1; 5; 4
E) 2; 4; 1; 3; 5
12. Abidələri ardıcıllıqla düzün.
1 – “Divani lüğətit – türk”
2 – “Bilqamıs”
3 – “Avesta”
4 – “Kitabi – Dədə Qorqud”
A) 2; 1; 4; 3
B) 1; 2; 3; 4
C) 4; 3; 2; 1
D) 2; 3; 4; 1
E) 3; 4; 1; 2
13. Avestaşünas alimlərin əsərlərini müəlliflərə görə uyğunlaşdırın.
I – Kossoviç; II – S. Viko; III – S. Bartolome; IV – E. Rask
1 – “Elmin yeni əsasları”
2 – “Zənd dili”
3 – “Zənd dili”nin və “Zənd – Avesta”nın qədimliyi və əsilliyi
4 – “Zənd – Avesta”dan dörd rusqalə”
A) I – 2 ; II – 1; III – 4; IV – 3
B) I – 1 ; II – 4; III – 2; IV – 3
C) I – 1 ; II – 2; III – 3; IV – 4
D) I – 3 ; II – 2; III – 4; IV – 1
E) I – 4 ; II – 1; III – 3; IV – 2
14. Avestaşünas Azərbaycan alimlərinin əsərlərini müəlliflərə görə uyğunlaşdırın.
I –E. Əlibəyzadə; II – B. Şərifzadə; III – C. Sadıqoğlu
1 – Zərdüşt, Avesta, Azərbaycan – B. , 1996
2 – “Avesta”nın məkanı, dili və milli mənsubiyyəti – B. , 1991
3 – Nizaminin zərdüştiliyə münasibəti, ((Nizami Gəncəvi”(məqalələr məcmuəsi) , I kitab; B. , 1984
A) I – 2 ; II – 3; III – 1;
B) I – 1 ; II – 2; III – 3;
C) I – 3 ; II – 2; III – 1;
D) I – 3 ; II – 1; III – 2;
E) I – 2 ; II – 1; III – 3;
15. Uyğunluğu müəyyən edib verilmiş əsər və abidələri dövrlər üzrə qruplaşdırın.
I – Miladdan əvvəl yaranmışdır.
II – I minilliyə aiddir.
III – XI yüzilliyə aid edilməlidir.
IV – XII yüzilliyin məhsuludur.
1 – “İsgəndərnamə” poeması
2 – Cavanşirin ölümünə Davtəkin həsr etdiyi mərsiyə
3 – “Kitabi - Dədə Qorqud”
4 – “Bilqamıs”
5 – “Avesta”
6 – “Töhvətül - İraqeyn” məsnəvisi
7 – Midiya əfsanə - rəvayətləri
8 – Əl - Baxərzinin məcmuəsinə daxil edilmiş Azərbaycan şairlərinin şeirləri
9 – Qətran Təbrizinin qəsidələri
10 – Məhsətinin rübailəri
11 – X. Təbrizinin “Əbu Təmmanın divanının şərhi
12 – Orxan - Yenisey yazılı abidələri
A) I – 5, 7, 9; II – 2, 3, 9; III – 6, 7, 9; IV – 6, 7, 9.
B) I – 2, 4, 7; II – 2, 3, 12; III – 8, 10, 11; IV – 1, 4, 10.
C) I – 4, 5, 8; II – 1, 2, 12; III – 7, 8, 10; IV – 6, 7, 9.
D) I – 4, 5, 7; II – 2, 3, 12; III – 8, 9, 11; IV – 1, 6, 10.
E) I – 2, 4, 7; II – 3, 10, 12; III – 5, 7, 12; IV – 3, 4, 5.
16. Uyğunlaşdırın:
I – “Bilqamıs”;
II – “Avesta”;
III – “Kitabi – Dədə Qorqud”
1 – Qaragünə
2 – Enlil
3 – Anahita
4 – Qılbaş
5 – Ahura
6 – Humbaba
A) I – 3, 4; II – 5, 6; III –2, 1
B) I – 1, 2; II –3, 4; III –5, 6
C) I – 5, 6; II – 1, 2; III –3, 4
D) I – 2, 6; II – 3, 5; III – 1, 4
E) I – 3, 5; II – 2, 4; III –1, 6
17. Mifoloji obrazlar olan Xızır Nəbi, Yim (“Avesta”da) , Nuh Nəbinin “Bilqamıs”dakı oxşarı necə adlanır ?
A) Hunabala
B) Utnapiştim
C) Enkidü
D) Bilqamıs
E) Arta
18. Bu əsər dünya bədii təfəkkürünün ilkin möhtəşəm nümunəsi sayılır ?
A) “Alp Ər Tunqa” dastanı
B) “Pançatantra”
C) “İlliada”
D) “Bilqamıs” dastanı
E) “Şu dastanl”
19. Bu abidənin mətni üzərində işləyən alimlər etiraf etmişlər ki, “abidənin dilində türkdilli xalqlara məxsus çoxlu sözlər” var. Odur ki, tədqiqatçılar şumerləri türkdilli xalqların ailəsinə aid edirlər.
Söhbət hansı abidədən gedir ?
A) “Bilqamıs” dastanı
B) “Avesta”
C) “Riqveda”
D) “Bundehişn”
E) “Oğuznamə”
20. Türk dilində yazılmış bu epik əsərin bir nüsxəsi uyğur, digər iki nüsxəsi isə ərəb əlifbasındadır.
A) “Qutadqu - bilik”
B) “KitabiDdə Qorqud”
C) “Dastani Əhməd Harami”
D) “Koroğlu”
E) “Dəhnamə”
21. Elm - barlı bağdır, ona yetiş sən,
Çatarsan nə qədər mətləbinə sən
Qalxır zəka əhli ucalır qat - qat,
Elmlə sayılır ən əziz ustad - Bu müdrik kəlamlarıyla dahi Nizaminin ideya sələfi olmuş böyük türk şairinin adı nədir ?
A) Əhməd Yəsəvi
B) Əbubəkr Xosrov Əl - Ustad
C) Yusif Balasaqunlu
D) Mahmud Kaşğari
E) Qətran Təbrizi
22. Qədim türk tarixini və bədii fikrini əks etdirən “Oğuznamə” hansı mənbədə (kitabda) özünə yer almışdır ?
A) “Cami - ət - təvarix”də (F. Rəşidəddin)
B) “Şahnamə”də (Firdovsi)
C) “Divani - lüğətit - türk”də
D) “Avesta”da
E) “Divani - hikmət”də
23. Bu əsər yaradıldıqdan sonra Qaraxanlı hökmdarı Həsən ibn Süleyman Arslan xana təqdim olunmuş, müəllifinə şöhrət və şərəfli titul qazandırmışdı:
A) “İsgəndərnamə”
B) “Sirlər xəzinəsi”
C) “Qəsideyi - Şiniyyə”
D) “Mədain xərabələri”
E) “Qutadqu bilik”
24. “Şöhrətin çatmışdı uzaq ellərə,
Adın yayılmışdı bütün hər yerə,
Dünya heyrət ilə əhsən deyərdi,
Ondakı zəkaya, elmə, hünərə” – böyük vətəndaş və böyük alim Ziya Bünyadovun tərcüməsiylə bizə çatdırılan şeir kimə ünvanlanmışıdır ?
A) Zərdüştə
B) Cavanşirə
C) Dədə Qorquda
D) Babəkə
E) Koroğluya
25. Bu əsərin 36 - cı fəslində məşhur sərkərdə və knyaz Cavanşirin ölümünə şair Davdağın həsr etdiyi “akro” şeirdən bəhs edilir. Bu hansı əsərdir?
A) Moisey Kalankatlu, “Albaniya tarixi”
B) Yesai Həsən Calalyan, “Alban ölkəsinin qısa tarixi”
C) Heredot “Tarix”
D) Mixitar Qoş, “Alban salnaməsi”
E) Mahmud Kaşğari, “Divani - lüğətit türk”
26. “Bilqamıs” dastanına aid surətləri seçin.
1 – Humbaba
2 – Artimbaris
3 – Krez
4 – Utnapişti
5 – Enkidu
6 – Axilles
A) 4, 5, 6
B) 1, 2, 3
C) 2, 4, 6
D) 1, 3, 6
E) 1, 4, 5
27. Qədim Azərbaycan ədəbiyyatının ümumtürk qaynaqlar kimi dəyərləndirilən əsərləri siyahıdan seçin.
1 – “Şahnamə”
2 – “Məntiqül – teyr”
3 – “Orxon Yenisey” kitabələri
4 – Şumer – Akkad yazılı abidələri
5 – “Divani – lüğətit – türk”
6 – “Oğuznamə”
7 – “Tutinamə”
A) 2, 3, 4, 5, 6
B) 1, 3, 5
C) 3, 4, 5, 6
D) 1, 2, 5, 7
E) 6, 4, 5, 3
28. Əsərlərdən hansıları ümumtürk ədəbiyyatı nümunələri hesab oluna bilər?
1 – Dastani - Əhməd Hərami
2 – Orxon - Yenisey
3 – Nizaminin “Sirlər xəzinəsi”
4 – “Alp Ər Tunqa” dastanı
5 – “Bilqamıs” dastanı
6 – Xaqaninin “Töhvətül - İraqeyn” əsəri
A) 2, 3, 6
B) 2, 4, 5
C) 1, 3, 5
D) 3, 4, 6
E) 3, 4, 5
29. Müəyyən tale uyğunluğu olan obrazları göstərin.
1 – Manas
2 – Siyenpi
3 – Enkidu
4 – Edigey
5 – Basat
6 – Alp ər Tunqa
A) 4, 5
B) 3, 6
C) 3, 5
D) 5, 6
E) 1, 3
30. Ortaq türk ədəbiyyatı nümunələrini ayırın:
1 – “Mərzibannamə”
2 – “Orxon – Yenisey” kitabələri
3 – “Kəlilə və Dimnə”
4 – “Qutadqu bilik”
5 – “Tutinamə”
6 – “Divani – lüğətit – türk”
7 – “Qövsnamə”
A) 1, 2, 4, 7
B) 1, 3, 4, 5
C) 2, 3, 5, 7
D) 2, 4, 6
E) 2, 4, 5, 6
31. Bu kitab özünün məzmunu ilə təkcə izahlı lüğət deyil, həm də kitabın tərtib olunduğu dövrdə və əvvəllər türk dilində şeir nümunələrinin toplusu idi. Hansı kitab nəzərdə tutulur ?
A) “Yətimətud dəhr”
B) “Əl - əğani”
C) “Ət - təvasir”
D) “Dumyat əl - qəsr”
E) “Divani - lüğətit - türk”
32. Azərbaycan ədəbiyyatının qaynaqlarını ardıcıl sırala.
1 – “Gültəkin” abidəsi
2 – “Kitabi – Dədə Qorqud”
3 – “Avesta”
4 – Mahmud Kaşğarlının “Divan”ı
A) 2, 3, 4, 1
B) 1, 2, 3, 4
C) 3, 2, 1, 4
D) 2, 1, 4, 3
E) 4, 3, 2, 1
33. Ardıcıllığı təmin et.
1 – “Salur Qazanın evinin yağmalanması”
2 – “Bamsı Beyrək boyu”
3 – “Dirsə xan oğlu Buğac boyu”
4 – “Dəli Domrul boyu”
A) 1, 2, 3, 4
B) 1, 3, 2, 4
C) 3, 1, 2, 4
D) 4, 3, 2, 1
E) 2, 4, 1, 3
34. Dastanların verilmiş boylarının ardıcıllığı doğrudur:
1 – “Qazan oğlu Uruzun dustaq olduğu boy”
2 – “Qanluq qoca oğlu Yeynək boyu”
3 – “Basatın boyu”
4 – “Qanlı qoca oğlu Qanturalı boyu”
A) 2, 1, 4, 3
B) 1, 2, 3, 4
C) 4, 3, 2, 1
D) 1, 4, 2, 3
E) 3, 1, 4, 2
35. Eposun IX – XII boylarının ardıcıllığını təmin et:
1 – “İç Oğuza Dış Oğuzun asi olub Beyrəyin öldüyü boy”
2 – “Salur Qazanın dustaq olub oğlu Uruzun qurtardığı boy”
3 – “Bəkil oğlu İmranın boyu”
4 – “Uşun qoca oğlu Səgrək boyu”
A) 2, 4, 1, 3
B) 1, 2, 3, 4
C) 4, 3, 2, 1
D) 2, 1, 4, 3
E) 3, 4, 2, 1
36. Qəhrəmanları əsərlərə uyğun qruplaşdırın:
I. Orxon kitabələri; II. “Dədə Qorqud”; III. “Qutadqu bilik”
1 – Aruz
2 – Aydoldı
3 – Bumin xaqan
4 – İmran
5 – Tonyukuk
6 – Gündoğdu
7 – Səgrək
8 – Gültəkin
9 – Odqurmuş
A) I – 7; 8; 9, II – 1; 2; 3, III – 4; 5; 6.
B) I – 2; 4; 9, II – 1; 5; 8, III – 3; 6; 7.
C) I – 1; 2; 3, II – 4; 5; 6, III – 7; 8; 9.
D) I – 3; 5; 8, II – 1; 4; 7, III – 2; 6; 9.
E) I – 2; 4; 6, II – 1; 3; 5, III – 7; 8; 9.
37. Uyğunluq yaradın:
I – Avesta; II - “Dədə Qorqud”; III – Musa Kalankatuklu
1 – Knyaz Cavanşir
2 – Selcan
3 – Anahita
4 – Şair Davtək
5 – Mitra
6 – Əmən Bəkdüz
A) I – 1; 2, II – 3; 4, III – 5; 6
B) I – 3; 5, II – 2; 6, III – 1; 4
C) I – 5; 6, II – 1; 2, III – 3; 4
D) I – 1; 3, II – 4; 6, III – 2; 5
E) I – 2; 6, II – 1; 4, III – 3; 5
38. Əsərləri aşağıdakı bölgüyə uyğun qruplaşdırın.
I – Ən qədim türk dastanları
II – I minilliyin tazılı abidələri
III – Ən məşhur qəsidə ustaları
IV – Epik - mənzum əsərlər
1 – “Qutadqu - bilik”
2 – “Leyli və Məcnun”
3 – “Gültəkin” abidəsi
4 – “Yeddi gözəl”
5 – “Tonyukuk” abidəsi
6 – “Bilqamıs”
7 – Qətran Təbrizi
8 – “Alp Ər Tunqa”
9 – Əbülüla Gəncəvi
10 – “Oğuz Kağan” dastanı
11 – Xaqani
12 – “Bilgə Kağan”
A) I – 8, 9, 11; II – 3, 4, 11; III – 5, 7, 9; IV – 2, 3, 8
B) I – 3, 6, 10; II – 3, 5, 9; III – 1, 7, 9; IV – 2, 4, 7
C) I – 1, 7, 12; II – 2, 5, 12; III – 7, 8, 11; IV – 1, 4, 12
D) I – 6, 8, 10; II – 3, 5, 12; III – 7, 9, 11; IV – 1, 2, 4
E) I – 1, 2, 4; II – 3, 6, 9; III – 7, 10, 12; IV – 2, 6, 11
39. Qəhrəmanları aid olduqları əsərlərin yaranma tarixinə görə qruplaşdırın.
I – Bizim eradan əvvəl
II – I minillik
III – XI əsr
IV – XII əsr
1 – Məcnun
2 – Bilqamıs
3 – Gündoğdu
4 – Zərdüşt
5 – Beyrək
6 – Tomris
7 – Odqurmuş
8 – Bəhram
9 – Qazanxan
10 – Nizamülmülk
11 – Cavanşir
12 – Sultan Səncər
A) I – 3, 6, 10; II – 7, 8, 10; III – 5, 7, 12; IV – 3, 7, 9
B) I – 4, 6, 8; II – 5, 7, 10; III – 3, 6, 8; IV – 2, 8, 12
C) I – 3, 6, 9; II – 4, 7, 9; III – 2, 4, 12; IV – 4, 7, 11
D) I – 1, 7, 10; II – 2, 8, 12; III – 6, 9, 11; IV – 2, 6, 11
E) I – 2, 4, 6; II – 5, 9, 11; III – 3, 7, 10; IV – 1, 8, 12
Dostları ilə paylaş: |