309) Xroniki qastrit zamanı xəstəyə hansı qida qadağan edilir?
A) Kartof püresi
B) Düyü sıyığı
C) Manna sıyığı
D) Qızardılmış ət
E) Suda bişmiş toyuq
Ədəbiyyat:: Daxili xəstəliklər.F.İ.Komarov ; V.Q.Kukes ;A.S.Smetnyovun redaktəsi ilə. Səh.310. Bakı. “Təbib“ 1998
310) Mədə qanaxması zamanı xəstənin qusuntusu necə olur?
A) Pis qoxulu
B) Selikli
C) Al qırmızı qanlı
D) “Qəhvə xıltı” şəklində
E) Öd qarışıqlı
Ədəbiyyat::Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ;A.S.Smetnyovun redaktəsi ilə. Səh.325. Bakı.“Təbib “1998
311) Mədə xərçəngi zamanı xəstədə hansı qidaya qarşı ikrah hissi olur?
A) Süd
B) Yumurta
C) Ət
D) Tərəvəz
E) Meyvə
Ədəbiyyat:: Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 337. Bakı. “Təbib “1998
312) 20 yaşlı xəstə qarnında yeməkdən 4-5 saat sonra ,acqarnına, bəzən gecə başlanan ağrılarla feldşerə müraciət edib. Dediyinə görə qida qəbulundan sonra ağrıları azalır, qəbizliyə meyllidir, iştahası pozulmayıb. Anamnezdən məlum olur ki, xəstə içkiyə aludədir.Baxış zamanı xəstənin rəngi avazımış, dili ağ ərplə örtülüdür.Palpasiya zamanı 12 barmaq bağırsağın proyeksiyası bərk ağrılıdır.Təxmin edilən diaqnoz aşağıdakılardan hansı ola bilər?
A) Kəskin pankreatit
B) Kəskin qastrit
C) 12 barmaq bağırsaq xorası, kəskinləşmə mərhələsində
D) Mədə xorası
E) Mədə xərçəngi
Ədəbiyyat:: Daxili xəstəliklər.F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 328. Bakı.“Təbib“1998
Dostları ilə paylaş: |