11-ci mövzu. Elmi idrakın metodları
Elmi idrakın metodu və üsulu anlayışları. Metod idrakın tənzimləyicisi kimi. Metod və idrakın uğurluluğu məsələsi. Metod ilə nəzəriyyənin qarşılıqlı əlaqələri. Metodun seçilməsini şərtləndirən amillər. Metodun tətbiqində idrak vasitələrinin rolu. Metodun tətbiqinə verilən əsas tələblər. Metodun predmet məzmunlu xarakteri. Metodun operasional səpkisi. Metodun aksioloji səpkisi.
Elmi metodların əhatə dairəsinə görə təsnifatı. Xüsusi, ümumelmi və universal metodlar.
Elmi idrakın metodologiyası anlayışı. Metodologiyanın elmi idrak prosesində rolu. Fəlsəfi metodologiya və onun səciyyəvi cəhətləri. Ümumelmi metodologiya. Konkret elmin metodologiyası. Elmlərarası metodologiya. Kompleks, inteqrativ metodologiya və onun idraki əhəmiyyəti.
Elmi metodların təsnifatı. Ümumməntiqi metodlar və onların səciyyəvi cəhətləri.
Müşahidə metodunun mahiyyəti. Müşahidənin aktiv və məqsədyönlü xarakteri. Müşahidənin nəzəri şərtlənməsi. Müşahidənin növləri. Bilavasitə və dolayı müşahidə.
Elmi müşahidənin strukturu. Təsviretmənin idrakda rolu. Təsviretmənin əsas məqsədi və vəzifələri. Təsviretmənin növləri. Təsviretmə metodunun hərəkət istiqaməti. "Şaquli" və "üfüqi" təsviretmə. Təsviretmə və hadisələrdə təkcə ilə ümuminin, təsadüf və mahiyyətin münasibəti.
Müqayisə elmi idrakın empirik metodu kimi. Müqayisənin idrakda və həyat fəaliyyətində rolu. Müqayisənin funksiyaları. Düzgün müqayisənin şərtləri. Müqayisəni həyata keçirməyin yolları.
Ölçmə metodunun mahiyyəti. Ölçmənin keyfiyyət ilə əlaqəsi. Ölçmə vahidi. Metrologiya və kvalimetriya, ölçmə haqqında elm kimi. Ölçmə metodunun tarixi inkişaf mərhələləri.
Eksperiment metodu. Eksperimentin müşahidədən üstünlükləri. Eksperimentin əsas tərkib hissələri və tərəfləri. Eksperimentin elmi tədqiqatın strukturunda xüsusi yeri. Onun nəzəri və empirik idrak mərhələləri ilə münasibəti. Fakt biliyinin əldə edilməsində və empirik qanunauyğunluğun müəyyən olunmasında eksperimentin rolu.
İdeallaşdırma metodunun mahiyyəti. İdeallaşdırma və abstraktlaşdırma. İdeal obyekt yaratmağın yolları və idrakı üstünlükləri. İdeallaşdırmanın imkanları və yol verilən hüdudları. İdeallaşdırmanın elmiliyi meyarları. İdeallaşdırma prosesinin əsas üsulları. Çoxpilləli abstraksiya anlayışı. Predmetin xassəsinin inkişafında hüdud hala keçilməsi. Sadə abstraksiya yaratma yolu.
İdeallaşdırma metodunun tətbiqi zəruriliyinin, obyektlərin xarakterindən asılılığı. Elm qanununun kəşf olunmasında ideallaşdırmanın əhəmiyyəti. İdeallaşdırmanın eksperimentdən üstünlüyü. İdeallaşdırmanın nəzəriyyə yaratmaqda rolu.
Dostları ilə paylaş: |