Metodoloji funksiya –fəlsəfə metod haqqında ən ümumi təlim kimi, idrakın və insanın gerçəkliyi mənimsəməsinin ən ümumi metodlarının məcmusu kimi çıxış edir.
Proqnostik funksiya –fəlsəfi biliklər çərçivəsində materiya və şüurun, insan və dünyanın, inkişafının ümumi təmayülləri haqqında hipotezlər, fərziyyələr irəli sürülür –müəyyən proqnozlar verilir. Fəlsəfə elmi faktlara nə qədər çox müraciət edirsə, proqnozların gerçəkləşmə ehtimalı bir o qədər böyük olur.
Tənqidi funksiya –bu funksiya təkcə digər elmlərə deyil, elə fəlsəfənin özünə də şamil olunur. Tənqidi funksiya mövcud bilik və dəyərlərin ehkamlaşdırılmasına qarşı yönəlir.
Aksioloji funksiya –hər bir fəlsəfi təlim özündə tədqiq olunan obyektə ən müxtəlif dəyərlər nöqteyi-nəzərindən qiymətverici məqama malik olur: sosial, əxlaqi, estetik, ideoloji və s. Bu funksiya xüsusilə cəmiyyətlərin inkişafının keçid dövrlərində təzahür edir: fəaliyyət istiqamətlərinin seçim problemi yaranır, köhnə dəyərlərdən nəyi qoruyub saxlamaq, nəyi inkar etmək məsələsi aktuallaşır.
Sosial funksiya –fəlsəfənin bu funksiyası kifayət qədər çoxplanlıdır və ictimai həyatın müxtəlif aspektlərini əhatə edir. ümumi planda fəlsəfə ikili məsələni yerinə yetirir: sosial varlığı dərk etməli və onun maddi və mənəvi dəyişdirilməsinə yardımçı olmaq. Qeyd etmək lazımdır ki, ictimai həyatda sosial dəyişikliklər, eksperiment və islahatlar xüsusi dəyər və əhəmiyyətə malikdir. Ona görə də sosial dünyanı dəyişdirməyə cəhd etməzdən əvvəl ilk növbədə onu əhatəli şərh etmək lazımdır. Bu isə bilavasitə fəlsəfi tədqiqatlar sayəsində mümkün olur.
9. Fəlsəfənin predmeti.
Fəlsəfənin predmetininin müəyyənləşdirilməsi “Fəlsəfə nəyi öyrənir?” sualına cavab verməyi, yəni gerçəkliyin fəlsəfi vasitələrlə mənimsəniləcək və fəlsəfi biliklər sistemində inikas etmiş hadisə, obyekt və proseslərin məcmusunun dəqiqləşdirilməsini tələb edir.
Fəlsəfənin predmeti –təbii, sosial və mənəvi gerçəkliyin ən ümumi inkişaf qanunları və varlıq formaları, onların insan şüurunda təkrar istehsal xüsusiyyətləri və insanın həyat mövqeyini seçimindəki roludur. Dünyanı vəhdət və bütövlükdə əhatə etməyə çalışan fəlsəfə son dərəcə ümumi səciyyəli suallar qoyur: Dünyanın mahiyyət necədir? Onun ilk mənbəyi nədir? İnsan nə üçün mövcuddur? Cəmiyyət tarixinin mənası nədir? İnsanın birgəyaşayış varlıqlarının fundamental əsasları nədən ibarətdir? İnsan həyatının mənası varmı? və s.
Fəlsəfə öz metoduna görə gerçəkliyin şərhinin rasional üsuludur. O, emosional simvollarla kifayətlənməyib məntiqi arqumentləşdirmə və əsaslandırmaya cəhd edir. Fəlsəfənin dünyanı bütövlükdə təhlil edən, lakin qarşısında onu rasional şərh etmə məqsədi qoymayan din, incəsənət və mifologiyadan fərqi də bundadır. Fəlsəfə inam, və yaxud, bədii obraza deyil, zəkaya əsaslanan biliklər sistemi qurmağa çalışır. Bədii obraz, metafora, müqayisə və s. fəlsəfədə köməkçi rol oynayır.
Fəlsəfənin predmetində duran problem dairəsinə bunlar daxildir: gerçəkliyə in-sanın münasibəti; təbiət – insan münasibətləri; cəmiyyət – insan münasibətləri; insan – mənəvi münasibətlər (gerçəkliyin dərk edilməsi məsələsi) və həmin qarşılıqlı mü-nasibətləri ifadə edən nəzəriyyə və baxışlar. Göründüyü kimi fəlsəfənin predmetində duran başlıca problem insan və onun gerçəkliyə münasibətidir.
Fəlsəfəyə belə bir tərif vermək olar: fəlsəfə insanın gerçəkliyə münasibətini ümumiləşdirilmiş şəkildə əks etdirən ideyalar prinsiplər və qanunauyğunluqlar haq-qında, təbiətin, cəmiyyətin və təşəkkürün ən ümumi inkişaf qanunları haqqında elm-dir.
10. Fəlsəfənin predmeti, kateqoriyaları və metodları.
Fəlsəfənin predmeti –təbii, sosial və mənəvi gerçəkliyin ən ümumi inkişaf qanunları və varlıq formaları, onların insan şüurunda təkrar istehsal xüsusiyyətləri və insanın həyat mövqeyini seçimindəki roludur. Dünyanı vəhdət və bütövlükdə əhatə etməyə çalışan fəlsəfə son dərəcə ümumi səciyyəli suallar qoyur: Dünyanın mahiyyət necədir? Onun ilk mənbəyi nədir? İnsan nə üçün mövcuddur? Cəmiyyət tarixinin mənası nədir? İnsanın birgəyaşayış varlıqlarının fundamental əsasları nədən ibarətdir? İnsan həyatının mənası varmı? və s.
Fəlsəfə öz metoduna görə gerçəkliyin şərhinin rasional üsuludur. O, emosional simvollarla kifayətlənməyib məntiqi arqumentləşdirmə və əsaslandırmaya cəhd edir. Fəlsəfənin dünyanı bütövlükdə təhlil edən, lakin qarşısında onu rasional şərh etmə məqsədi qoymayan din, incəsənət və mifologiyadan fərqi də bundadır. Fəlsəfə inam, və yaxud, bədii obraza deyil, zəkaya əsaslanan biliklər sistemi qurmağa çalışır. Bədii obraz, metafora, müqayisə və s. fəlsəfədə köməkçi rol oynayır.
Fəlsəfədə metod problemi, tətbiq sahəsinə (əhatə dairəsinə)görə metodların təsnifatı: xüsusi elmi metodlar, ümumelmi metodlar və ən ümumi – universal (fəlsəfi) metodlar. Elmi idrakın metodlarının elmi fəaliyyətin xarakterinə görə təsnifatı: ümumməntiqi metodlar (analiz, sintez, induksiya, deduksiya, analogiya); nəzəri elmi metodlar (aksiomatik, hipotetik, formallaşdırma, ümumiləşdirmə, abstraktlaşdırma, abstraktdan konkretə keçmə, tarixilik, sistemli təhlil); empirik elmi metodlar(müşahidə, çöl materialı toplama, sorğu, ölçü, hesablama, müqayisə, eksperiment, təsvir, modelləşdirmə). Ən ümumi –universal və ya fəlsəfi metodlar: qeyri-elmi fəlsəfi metodlar (eklektika, sofistika), elmi əsası olan fəlsəfi metodlar (metafizika, dialektika, sistemli yanaşma və sinergetika), onların mahiyyəti və elmi idrak üçün metodoloji əhəmiyyəti.
Fəlsəfə insanın dünyaya münasibətinin ən ümumi anlayışlarla dərk edilməsi fəlsəfi kateqoriyaların sayəsində baş verir. Kateqoriyalar təbiətin, cəmiyyətin və təfəkkürün ən umumi və vacib xüsusiyyətlərini özündə əks etdirir. Fəlsəfi kateqoriyalar fəlsəfənin zamanca inkişaf səviyyəsinə görə dəyişir.
Fəlsəfəyə ilk kateqoriya anlayışını antik dövr yunan filosofu Aristotel gətirmişdir. İnsanın dünyanın dəyişdirilməsinə və dərk edilməsinə istiqamətlənmiş fəaliyyəti boyu təbii olaraq kateqoriyalar da dəyişir və formalaşır. Onların sayı çoxalır, məzmunu genişlənir. Fəlsəfədə əsas hesab olunan kateqoriyalaraşağıdakılardır:
• Məkan
• Zaman
• Səbəb
• Hərəkət
• Kəmiyyət və keyfiyyət
• Oxşarlıq və əkslik, ziddiyyət
• Təkcə, xüsusi və ən ümumi
• Mahiyyət və hadisə
• Zərurət
• Təsadüf
• İmkan və gerçəklik
• Məzmun və forma
• Həqiqət
• Dialektikanın kateqoriyaları, fəlsəfi kateqoriyaların xüsusi elmlərin anlayışları ilə qarşılıqlı münasibəttədir. Dialektikanın kateqoriyalarının təsnifatı: Ən ümumi və universal əlaqələri ifadə edən kateqoriyalar: təkcə, xüsusi və ümumi, qanunauyğunluq və qanun, mahiyyət və təzahür; struktur əlaqələrini ifadə edən kateqoriyalar: tam və hissə, sistem və struktur, məzmun və forma; determinist (səbəbiyyət) əlaqələrini ifadə edən kateqoriyalar: səbəb və nəticə, zərurət və təsadüf, imkan və gerçəklik. Dialektikanın kateqoriyalarının mahiyyəti, idraki və metodoloji əhəmiyyəti.
11. Qədim hind fəlsəfəsində əsas məktəblər.
Vedalara olan münasibətinə görə hind fəlsəfi sistemləri iki böyük qrupa ayrılır. Vedaların avtoritetini etiraf edən təlimlər: ortodoksal fəlsəfi sistemlər –astika; Vedaların avtoritetini etiraf etməyən qeyri-ortodoksal fəlsəfi təlimlər –nastika. Ortodoksal fəlsəfi sistemlər: nyaya, vayşeşika, sankhya, yoqa, mimansa, vedanta. Qeyri-ortodoksal fəlsəfi sistemlər: çarvak-lokoyata, caynizm, Buddizm.
Dostları ilə paylaş: |