Fəlsəfənin mahiyyəti, problemlərinin dairəsi və cəmiyyətdəki rolu



Yüklə 78,26 Kb.
səhifə3/24
tarix18.11.2022
ölçüsü78,26 Kb.
#119643
1   2   3   4   5   6   7   8   9   ...   24
Fəlsəfə imtahan sualı cavabları

Elmi dünyagörüşü - təbii-elmi və sosial-tarixi biliklərə, dünyanın təbii-elmi mənzərəsinə əsaslanan, gerçəklikdə hadisə və proseslərin inkişaf və dəyişməsinin elmi səbəblərinə istinad edərək dünya haqqında elmi anlayış və qanunauyğunluqların ümumiləşmiş in`ikasını ifadə edən baxış, ideya və prinsiplərin məcmusudur. Elmi dünyagörüşü - öz müddəalarında müasiri olduğu elmin son nailiyyətlərinə istinadən insanı əhatə edən gerçəkliyə insan münasibətini xüsusi elmi qanun və kateqoriyalar, təlim və nəzəriyyələr vasitəsilə ifadə edir.

4. Varlığın ilk əsası ilə bağlı yanaşmalar: monizm, dualizm, plüralizm.


Varlığın ilk əsası ilə bağlı məsələdə üç yanaşma mövcuddur: monizm, dualizm, plüralizm.
Monizm (yun. monos –bir, yeganə) –dünyanın yalnız bir başlanğıcının olmasını iddia edən fəlsəfi konsepsiya. Belə başlanğıc olaraq ya maddi, ya da, mənəvi substansiya çıxış edir. Deməli, monizm həm materialist, həm də idealist ola bilər.
Dualizm (lat.dualis -ikili) –bərabərhüquqlu iki ilk başlanğıcın: materiya və şüur, fiziki və psixi –olduğunu təsdiq edən fəlsəfi konsepsiya. Məsələn, Dekart hesab edirdi ki, varlığın əsasında iki bərabərhüquqlu substansiya dayanır: fikirləşən(ruh) və ölçülən (materiya)
Plüralizm (lat. pluralis -çoxlu) –bir neçə ilkbaşlanğıcın olduğunu iddia edən fəlsəfi konsepsiya. Bu konsepsiyaya görə, varlığın əsası və ilkbaşlanğıc çoxluq təşkil edir. Məsələn, Empedokla görə, varlığın ilkbaşlanğıcı dörddür: od, hava, su, torpaq.


Monizm(yun. monos — bir, vahid) — bütün mövcudatın əsasının bir başlanğıcdan ibarət olmasını qəbul edən fəlsəfi təlim. 
Həm materialist, həm də idealist monizm mövcuddur. Materialistlərə görə, dünyanın başlanğıcı, əsası materiyadır. İdealistlər isə ruhu, ideyanı bütün hadisələrin vahid başlanğıcı hesab edirlər. İdealist monizmin ən ardıcıl forması Hegelfəlsəfəsidir. Dünyanı maddi, bütün hadisələri isə hərəkətdə olan materiyanın müxtəlif növləri hesab edən dialektik materializm üçün ardıcıl materialist monizm xarakterikdir. Elmi materialist monizm dialektik materializm üçün səciyyəvidir. Marksizmfəlsəfəsində monizm ictimai hadisələrə də şamil edilir.
Fəlsəfi monizmin problemi maddi və ideal başlanğıcların qarşılıqlı münasibətlərini anlamaqdır. Bu isə fəlsəfənin əsas məsələsinin materialist, yaxud idealist mövqedən həllində mühüm əhəmiyyət kəsb edir.
Dualizm (lat. dualis - ikili) — monizmin əksinə maddi və ruhi substansiyaları bərabər hüquqlu başlanğıclar hesab edən fəlsəfi təlim. Dualizmin əsas motivi çox vaxt materializmi və idealizmi barışdırmaq cəhdidir. Son nəticədə şüuru materiyadan dualistcəsinə ayırmaq idealizmə gətirib çıxardır. Dualizm Dekartınvə Kantın fəlsəfəsi üçün səciyyəvidir.
Plüralizm - bir və ya müxtəlif bir-birindən asılı olmayan varlığın əsası və ya növlərinə, biliklərin forma və əsaslarına, davranış üslubuna və s. əsaslanan mövqelərin bir araya gəlməsi. 
Tarixi nöqteyi-nəzərdən, plüralizm ideyası Avropaya 16-cı və 17-ci əsrlərin dini münaqişələrin nəticəsində tolerantlığın tədricən qəbul edilməsi ilə yanaşı meydana gəldi. Tolerantlıq və plüralizm fərdi anlayışdırlar, lakin onlar bir-birinə çox bağlıdırlar. Tolerantlıq plüralizmin bir şərtidir, yəni tolerant olmayan plüralizm yalançı, saxta plüralizmdir. Bunların arasında fərq ondan ibaratdir ki, tolerantlıq dəyərlərə hörmət edir, plüralizm isə fərqli dəyərlərin mövcudluğunu təsdiq edir. Çünki plüralizm fərqlərin və müxtəlif mövqelərin şəxsləri, siyasətləri və cəmiyyətləri zənginləşdirən dəyərlər kimi qiymətləndirir.
5. Fəlsəfənin əsas məsələsi və onun iki tərəfi
Bir halda ki, fəlsəfi dünyagörüşü sistemində «dünya-insan münasibətləri» aparıcıdır, onda fəlsəfənin də əsas məsələsini «insanın dünyaya münasibəti» təşkil edir demək daha düzgün olardı. Daha konkret şəkildə, fəlsəfənin əsas məsələsi nədır? Sualına «insan»-deyə qəti cavab vermək olar. Fəlsəfənin əsas məsələsinin «təfəkkürün varlığa, şüuran materiyaya münasibətindən» ibarət olduğunutəsdıqləyən filosoflar da insana, onun mənəvi dünyasına istinad edir, mənəvinin (insan idraki, şüur, təfəkkür və s.) maddiyə münasibətini əsas tuturdular. Filosofların böyük qismi fəlsəfənin əsas məsələsindən bəhs edərkən qeyd edirdilər ki, dünyagörüşü üçün «təfəkkür» və «varlıq», «mənəvi olan və maddi olanın» qarşılıqlı münasibətindən başqa daha ümumi anlayışlar tapmaq qeyri-mümkündür: mənəvinin maddiyə münasibəti (və ya insanın gerçəkliyə münasibəti) və onların müqayisəsi fəlsəfi dünyagörüşün başlıca məsələsidir. Digər bütün məsələlər məhz əsas məsələyə münasibət baxımından həll olunur, elmi-fəlsəfi qiymətini alır.
F.Engels vaxtilə fəlsəfənin əsas məsələsindən bəhs edərək yazmışdır: “Bütün fəlsəfənin, xüsusən ən yeni fəlsəfənin, böyük əsas məsələsi, təfəkkürün varlığa münasibəti məsələsidi”. Bu mövqedən çıxış edənlər fəlsəfənin əsas məsələsinin iki tərəfi olduğunu qeyd etmiş və göstərmişdilər ki, birinci tərəfin mahiyyətibelə bir alternativ məzmun daşıyan suala cavab verməkdən ibarətdir ki, nə nədən əzəlidir? Nə ilkindir, əsasdır, müəyyənedicidir, nə törəmədir, ikincidir? Ruhmu təbiəti, yoxsa təbiətmi ruhu, varlıqını təfəkkürü, yoxsa təfəkkürmü varlığı müəyyən edir? Fəlsəfənin əsas məsələsinin ikinci tərəfi isə insan idrakının gerçəkliyə münasibəti necədir? Dünya və onun qanunları dərk edilə bilərmi? Sualına cavab verməkdən ibarətdir. Birinci tərəf əsas məsələnin ontoloji aspektini, ikinci tərəf isə qnoseoloji aspektini ifadə edir.
Düzdür, hazırda həmin müddəa, yəni fəlsəfənin əsas məsələsinin «təfəkkürün varlığa münasibəti» ideyası bu və ya başqa şəkildə ya tam inkar olunur, ya da ziddiyyətli təhlil edilir.
Əlbəttə, bu ideyanın tam inkar edilməsini düzgün mövqe hesab etmək olmaz. Əslində «təfəkkürün varlığa münasibəti» müddəası elə bu və ya başqa tərzdə «insanın dünyaya münasibəti» fikri ilə eyniləşir. Odur ki, bu iki müddəa arasında tənqid xatirinə, ciddi fərq axtarmaq da düzgün deyildir. Lakin «təfəkkürün varlığa münasibəti» müddəası daha mücərrədir, əslində müəyyən «söz güləşdirməsidir». İkinci müddəa isə daha real, konkret və ağlabatandır. Odur ki, fəlsəfi dünyagörüşün əsas məsələsi nədir? - sualına «İnsan və onun dünyaya münasibətidir» kimi cavab verilməsi məqsədəuyğundur.

6. Əsas fəlsəfi cərəyanlar.


Fəlsəfənin materializm və idealizmə bölünməsi, onun yarandığı ilk dövrlərdən mövcud olub. Alman filosofu Q.Leybnis Platonu ən böyük idealist, Epikürü isə ən böyük materialist adlandırırdı. Hər iki cərəyanın klassik tərifini isə görkəmli alman filosofu F.Şleqel verib. Ona görə: “Materializm –hər şeyi materiyadan çıxış etməklə izah edir, materiyanı nəsə ilk, başlanğıc, hər şeyin mənbəyi kimi qəbul edir. İdealizm isə hər şeyi vahid ruhdan çıxarır, materiyanın ruhdan yaranmasını iddia edir, və yaxud materiyanı ruha tabe edir”.
Beləliklə, “materialist” və “idealist” terminlərinin fəlsəfi mənasını, onların gündəlik şüurda aldıqları mənalarla qarışdırmaq olmaz. Adətən “materialist” dedikdə yalnız maddi nemətlər arxasınca qaçan fərd nəzərdə tutulursa, “idealist” termini ali mənəvi dəyərlər və ideallarla səciyyələnən, təmənnasız insanla assosiasiya olunur.
Tarixən həm idealizm, həm də materializm müxtəlif formalarda təzahür etmişlər. Materializmin tarixi inkişaf nöqteyi-nəzərindən əsas formaları aşağıdakılardır:

Yüklə 78,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin