Fəlsəfənin mahiyyəti, problemlərinin dairəsi və cəmiyyətdəki rolu



Yüklə 78,26 Kb.
səhifə6/24
tarix18.11.2022
ölçüsü78,26 Kb.
#119643
1   2   3   4   5   6   7   8   9   ...   24
Fəlsəfə imtahan sualı cavabları

Fəlsəfi antropologiya –xüsusi varlıq forması kimi götürülmüş insanın mövcudluq və mahiyyətini, onun təbiətini tədqiq edir. Fəlsəfi antropologiyanın insanı öyrənən digər elmlərdən əsas fərqi yanaşma genişliyindədir. Fəlsəfəni insanın hansı tayfa, xalq və mədəniyyətə mənsubluğu yox, ümumiyyətlə insan maraqlandırır. 
Sosial fəlsəfə –ictimai həyatın ən ümumi səciyyəsini öyrənir. Sosial fəlsəfə əsas diqqəti cəmiyyətin təbiətdən fərqli olan xüsusi təsisat olmasına yönəldir. Deməli ictimai həyat təbiətin qanunlarından fərqli, özünəməxsus qanunlara malikdir. Cəmiyyət insanların birgə varlığıdır. Sosial fəlsəfənin əsas sualları belədir: İnsanların birgə varlıqlarının əsasında nə dayanır? Cəmiyyət hansı şərtlər daxilində öz bütövlük və həyat qabiliyyətini saxlayır? İctimai həyatın hansı fundamental xarakteristikaları var? Cəmiyyət və şəxsiyyətin qarşılıqlı münasibəti necədir? və s.
Etika –əxlaq təlimidir. Etik-nəzəri düşüncələrin əsas mövzusu Xeyir və Şərdir. O, şərin təbiəti, insanın iradə azadlığı, fəzilətlər(müsbət dəyərləndirilən insani keyfiyyətlər) və qəbahətlər, xoşbəxtlik, ədalət, ictimai xeyir və s. haqqında məsələləri tədqiq edir. Onun məşğul olduğu məsələlər cərgəsinə həmçinin, əxlaq və mənəviyyatlılığın təbiəti, onların mənşəyi və funksiyalarının aydınlaşdırılması da daxildir.
Estetika –gözəllik haqqında təlimdir. Estetikanın tədqiqat predmeti gözəllik və eybəcərlikdir. Ülvilik və rəzillik, komiklik və faciəvilik, dramatiklik də estetik kateqoriyalardandır. Estetika həm də həyat və incəsənətdə estetikliyin təzahürlərini də öyrənir. 

8. Fəlsəfənin cəmiyyətdə rolu və funksiyaları .


Fəlsəfənih əhəmiyyəti onun "dünya - insan" sistemində ümumi problemlər üzərində mülahizələr yürütməklə insanlan təbiət və cəmiyyət aləmində istiqamətləndirə bilməsindən ibarətdir. İnsan öz həyatının müəyyən anlarında seçim zərurəti qarşısında qalır və öz seçimindən asılı olaraq azadlığını reallaşdırır. Fəlsəfə insarın daha düzgün seçim etməsinə kömək etməlidir. Bu məsələnin həlli üçün fəlsəfə ən ümumi ideyaları, idealları, prinsipləri, baxışları, kateqoriyaları, təcrübə formalarını aşkara çıxarır, davranış meyarlarını, dəyərlərin iyerarxiyasını müəyyənləşdirir və onların zəkanın tənqidi süzgəcindən keçirilərək dəyişən dünyada yenidən qiymətləndirilməsinə kömək edir.
Dünyagörüşü funksiyası
 –fəlsəfənin bu funksiyası dünyagörüşünün bütün növ və səviyyələrindən fərqli olaraq dünyanı mücərrəd-nəzəri, anlayışlı şərhi ilə bağlıdır. 

Yüklə 78,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin