Mübtədası olmayan, fikir predmeti xəbərlə birlikdə təsəvvür edilən təktərkibli sadə cümlələrə şəxssiz cümlə deyilir.
Şəxssiz cümlələr mübtəda ilə xəbərin sintezindən ibarətdir. Fikir predmeti həmin predmetin əlaməti, hərəkəti, vəziyyəti ilə birgə təzahür edir.
Aprelin axır gecələrindən biri idi.
Bir dəfə gecə yarısı kəndə hay düşdü.
Bu cümlələr elə qurulmalıdır ki, bunlar predikativlik qazanaraq fikir predmentinin əlaməti, hərəkəti, vəziyyəti kimi çıxış edir. Bu cümlələri fikir özülü-mübtəda, fikir özülünün əlaməti-xəbər sturukturuna asanlıqla çevirmək mümkündür. Çünki həmin cümlələrdə fikir özülü və onun əlaməti birlikdə mövcuddur.
Bu gecə aprelin axır gecələrindən biri idi.
Hay kəndə gecə yarısı düşdü.
Şəxssiz cümlələrdə mübtəda iştirak etmir və onu təsəvvürə də gətirmək olmur. Şəxssiz cümlə dedikdə bəziləri elə başa düşür ki, burada şəxs olmur, əşya iştirak edir.
Kitab-bilik mənbəyidir cümləsinə baxaq. Burada mübtəda şəxslə deyil, əşya ilə ifadə olunmuşdur.
Elə cümlələr var ki, mübtədası yoxdur, lakin onu əlavə etmək mümkündür.
Dostları ilə paylaş: |