Fənn: Ana dili Mövzu: Sintaksis Müəllim



Yüklə 158,52 Kb.
səhifə31/58
tarix01.01.2022
ölçüsü158,52 Kb.
#104428
1   ...   27   28   29   30   31   32   33   34   ...   58
ƏLAVƏLƏR

Plan:

1.Əlavələr haqqında məlumat

2.Xüsusiləşən əlavələr

3.Xüsusiləşməyən əlavələr

4.Həmcins üzvlər

Ədəbiyyat

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov.Müasir Azərbaycan dili. Sintaksis IV hissə, Bakı, Maarif, 2007.

2. Müasir Azərbaycan dili. III cild-sintaksis, Elm, 1981.

3.Q.Kazımov. Müasir Azərbaycan dili. Ünsiyyət, 2000.

Bəzən danışan və ya yazan şəxs cümlə strukturunda yer tutan bir sözün, ifadənin birləşmənin mənası ilə kifayətlənməyərək, həmin söz, ifadə birləşmə haqqında əalvə məlumat vermək onu izah edib aydınlaşdırmaq məqsədi güdür və buna görə də cümləyə əlavə sözlər birləşmələr daxil edir. Əlavə adlandırılan bu cür sözlər və birləşmələr izah edib aydınlaşdırıldığı üzvdən sonra işlənir. Məs: Aşağıda şəhərin gur yerində akademiyanın yerləşdiyi binanın zərləri qızıl kimi parıldayırdı (İ.Əfəndiyev).

Asılı olduğu üzvdən sonra gəlib, onu müxtəlif cəhətdən izah edib aydınlaşıran sözlərə və birləşmələrə əlavə deyilir.

Əlavənin aid olduğu üzv əlavəli üzv adlanır. Əlvənin bir qismi xüsusi intonasiya ilə tələffüz edilir, əlavəli üzvdən aydın fasilə ilə ayrılır və xüsusiləşir, bir qismi belə fasilə ilə ayrılmır və xüsusiləşmir. məs: Bədii ədəbiyyatda ancaq bədii kəlmələr işlətmək lazım olduğunu sən, gənc şair hamıdan əvvəl təyin etməlisən (Ordubadi). Siz Hüsaməddin Səba xanımı tanımırsınızmı?.

Əvvəlki misalda əlavə əlavəli üzvdən aydın fasilə ilə ayrılmış və xüsusiləşmişdir. İkinci misalda Hüsaməddin sözü bir əlavə kimi, sən sözündən əvvəlkilər qədər aydın fasilə ilə ayrılmamış və xüsuiləşməmişdir.

Bu cəhətdən nəzərə alaraq əlavələr iki növə ayrılır: xüsusiləşən əalvələr, xüsusiləşməyən əlavələr.

Xüsusiləşən əlavələr. Əlavələrin bu növünün aşağıdakı xüsusiyyətləri vardır: fərqli intonasiya ilə tələffüz edilir: asılı olduğu üzvdən sonra işlənir və ondan aydın fasilə ilə ayrılır: asılı olduğu növün qrammatik xüsusiyyətlərini qəbul edir: əlavəsi olduğu üzvün mənasını aydınlaşdırır, konkretləşdirir və onun mənasına bərabər məna ifadə edir: asılı olduğu üzvün suallarına cavab verir.

Əlavələr əlavəli üzvün qrammatik xüsusiyyətlərini qəbul edərək onunla şəxsə, kəmiyyətə, ismin halına görə uzlaşır. Məs: Al geymiş Bakıda- bizim paytaxtda hər ulduz parlayır bir çəmən kimi (S.Vurğun)-misralarında əlavəli üzv (Bakıda sözü) yerlik halda üçüncü şəxsin təkində olduğu kimi onun əlavəsi də (bizim paytaxta) yerlik halda üçüncü şəxsin təkindədir. Əlvənin əlavəli üzvlə bu cür uzlaşması tam uzlaşmadır.

Əlavə həmişə üçüncü şəxsdə olur ona görə də əlavəli üzv I və II şəxslərdə olduqda əlavə ilə əlavəli üzv arasında ismin halına kəmiyyətə görə uzlaşma olsa da şəxsə görə uzlaşma olmur.

Məsələn: Bu axşam bizi Azərbaycan nümayəndələrini rəsmi qəbul gözləyirdi cümləsində əlavəli üzv bizi sözü birinci şəxsin cəmində olduğu halda əlavə Azərbaycan nümayəndələrini üçüncü şəxsin cəmindədir. Bu cür hallarda əlavə ilə əlavəli üzvün uzlaşması natamam olur.

Əlavəli üzv məna ifadə etdikdə əlavə onun mənasını dəqiqləşdirir, konkterləşdirir: məs: Bu kiçik şəhər karvansaray onların məhbəsi idi-cümləsində əlavə (karvansaray) şəhər sözünün məna həcmini daraldır, azaldır, adi karvansarayın bir ailənin nəzərində şəhər kimi təsəvvür edildiyini aydınlaşdırır.

Asılı olduğu sözün, birləşmənin sintaktik funksiyasına görə əlavələri aşağıdakı növlərə ayırmaq olar.

Cümlə üzvlərinin əlavəsi. Yazılı və şifahi ədəbi dilimizdə cümlə üzvlərinin əlavəsi daha çox işlənir. Hər bir üzvün əlavəsi həmin üzvün mənasını izah edib aydınlaşdırır.

Bütün cümlə üzvlərinin əlavəsi olur.

Mübtədanın əlavəsi. Var olsun yanan günün yarağı-qaşlı xəncər.

Xəbərin əlavəsi.Bu Osmanın nəfəsidir-Yurdumuzun öz səsidir.

Tamamlığın əlavəsi. Öz əlilə o yaratdı səadətini-Gözəl ömrün gözəl eşqin hər nemətini.

Zərfliyin əlavəsi. Atlı cilovu buraxıb təpələrin arasındakı cığırlardan aşağıya-Pirşain çayının vadisinə enirdi.

Təyinin əlavəsi: O indi dördüncü yəni axırıncı məktubu yazırdı.

Xitabların əlavəsi. Gül, ey nazlı vətən!- Odlar torpağı!

İdarə və uzlaşma əlaqəli ismi birləşmələrin birinci tərəfinin əlavəsi: O torpağın- sarı yalın kimə məxsus olduğu mübahisəlidir.

Əlavələrin bir ismi əlavəli üzvdən fasilə ilə ayrılmır və xüsusiləmir. Bu cür əlavələrin ən çox işlənən forması xüsusi isimlərdən sonra gələn kişi, xanım, baba, nənə, müəllim, həkim, dayı və s. tipli sözlərdir. Əsas vurğu xüsusi isimlərin üzərinə düşür, bu sözlər isə xüsusiləşən əlavələrdəki aydın fasilə olmadan alçalan intonasiya ilə tələffüz edilir. Bu sözlər ümumilik bildirir, xüsusi isimlər öndə gəlməklə bu ümumiliyi konkterləşdirir. Məs: Bağışla sözünü kəsirəm, Qurban əmi. Rütbə, titul, sənət, peşə, qohumluq əlaqələri və s. bildirən belə sözlər həm xitablarla birlikdə, həm də söz birləşmələrinin bir komponenti tərkibində, həm də asılı olduğu sözlə birlikdə bir üzv kimi işlənir. Xüsusiləşməyən bu cür əlavələr aid olduğu cümlə üzvü ilə birlikdə götürülür və onun quruluşuna təsir edir, asılı olduğu üzvün mürəkkəbləşməsinə səbəb olur. Gülgəz qarının oğlu Gürşad arxeoloq idi. Cümləsində əlavə (qarı) sözü yiyəlik hal şəkilçisi qəbul edərək ismi birləşmə əmələ gətirmişdir və həmin birləşmə (Gülgəz qarının oğlu) Gürşad sözünün təyini kimi işlənmişdir.

Xüsusiləşməyən əlavələrin bir qismini məntiqi vurğu ilə tələffüz edilən şəxs əvəzliklərindən sonra işlənən xüsusi isimlər və bir sıra substantiv sözlər (bədbəxt, yazıq, fağır, zalım, axmaq, dəli və s) təşkil edir. Şəxs şəkilçiləri ilə həmin sözlər arasında fasilə olmur və həmin sözlər alçalan intonasiya ilə tələffüz edilir. Məsələn, Mən Züleyxa bu qisası yerdə qoymaram. Mən bədbəxt öz əlimlə öz evimi yıxdım-cümləsində mən sözü mübtəda, Züleyxa və bədbəxt onun xüsusiləşməyən əlavələridir.




Yüklə 158,52 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin