Fənn: Vaqonların hava kondensasiya qurğuları və soyducu maşınları



Yüklə 79,81 Kb.
səhifə4/15
tarix10.01.2022
ölçüsü79,81 Kb.
#109032
1   2   3   4   5   6   7   8   9   ...   15
Mövzu : Soyuducu sistemin texniki qənaət göstəriciləri haqqında məlumat

Sərnişin vaqonlarda soyuducu sistemlərdən hansının tətbiq edilməsi bir çox faktorlardan asıllıdır. Bu faktorlar aşağıdakılardan ibarətdir. Onların hansı el gücünə malik olması; qurğuların hazırlanmasına və onların istismar zaman istifadə edilən xərclərin münasib olması nəzərə alınmalıdır. Bundan aşqa qurğuar işlədiyi zaman onların təhlükəsiz işləməsini və konstruksiyasının sadə olmasına görə qiymətləndirilir.



Qurğuların çəkisinə görə: Sərnişin vaqonun əsas göstəricilərindən birisi ilə çəkisidir (boş halda tara) Vaqonu hava kondensə qurğuları ilə təchiz etdiyi zaman, tipindən asıll olaraq təxminən onun çəkisi aşağıda göstərilən qayda üzrə artır. Məsələn:

Buzla soyuducu sistemdə - boş halda vaqonun çəkisi 3,8 - 4,2 ton. qurğuların çəkisi 1,7 – 2,2t,

Kompressor soyuducu sistemdə - boş halda vaqonun çəkisi 3,9 – 5,0 ton. qurğuların çəkisi 1,1 -2,1 t,

Buxar injektorlu soyuducu sistemdə - 5,1 ton qurğuların çəkisi 1,7 t

Qabaqlar, bəzən qeyd etdiyimiz qurğuları vaqonda kupelərdən birində quraşdırılırdı. Bu da, vaqona yerləşdirilən sərnişinlərinin sayına (miqdarına) təsir göstərərək, vaqonun texnik, göstəricilərinə təsir edirdi. İstifadə olunan el gücünə görə: 1950 – ci illərə qədər istehsal olunan sərnişin vaqonlarda elektrik enerjinin çatışmamazlığından qurğuların istismarında çətinliklər yaranırdı.

Buzla soyuducu sistemdə qurğuları işlətmək üçün generatorun gücü 4 – 4,5 kvat tələb olunan güc

1,5 – 2,75 akkumlyatorların tutumu isə 50 – 400 amper/saata bərabər olmalıdı

Buxar injektorlu soyuducu qurğular üçün generatorun gücü 4,0 k/vat tələb olunan el gücü 3,35 k/vat akkumlyator batareyaların tutumu 150 – 300 amper/saat bərabər olmalıdır.

1000 k kalori sərinləşdirici hava istehsal etmək üçün 0,4 – dən 0,8 k/vat el enerji tələb olunur. Kompressorlu soyuducu sistem qurğuları üçün:

Daxili yanma mühərik vasitəsi ilə



  • Mexaniki ötürmə vasitəsi ilə - generatorun gücü 4 > 0 k/vat; tələb olunan güc 1,0-2,0 k/vt akkumlyator batareyaların tutumu – 150 – 300 a/saat.

  • Elektrik mexaniki ötürmə vasitəsi ilə 14 – 23 k/vat tələb olunan güc 12 – 19 k/vt; akkumlyator batareyaların tutumu 400 – 700 a/saata bərabər olmalıdır.

Bu qurğuların istismarına baxanda, onların 1 il ərzində işləməyindən assıllıdır. İstismar vaxtı onlara göstərilən xidmət % - i, 5 – 8 ay müddətinə eyni xərclər tələb olunur. Buzla işlədilən soyuducu sisteminə xərcləri nəzərə alsaq, əgər 20 – 25 cüt qatar sutka ərzində xəttə buraxsaq, 1000 – 1250 ton buz lazım gəlir. Bunun üçün həmin qatarların hərəkət xətlərində - buz istehsal (süni halda) edən zavodların saxlanılması vacibdir.

Hal – hazırda vaqonların soyuducu qurğularını işlətmək üçün kompressorlu sistemdən istifadə edilir. Bu sistem buz və buxar tələb etmir, havanın soyudulmasını yüngül idarə olunur, istismar üçün az xərclər lazım gəlir, onlara xidmət etmək üçün yüksək (kvalifikasiyalı) ixtisaslı işçilər lazım gəlir.



Mövzu : Xaladagentlər haqqında məlumat.

Xaladagentlər deyildikdə vaqonlarda havanın sərinləşdirmə xüsusiyyətinə malik olan mayeləri, qazları nəzərdə tutulur. Bu cür xüsusiyyətlərə malik olanları isə su (soyuq halda), buz və tezliklə maye halından qaz halına keçən kimyəvi maddələri nəzərdə tutulur.



Su : Axır vaxtlarda artezian (quyu) sularından istifadə edilir ki, onda temperaturu 6 – 120 C bərabər olur. Havanın bu cür su ilə sərinləşdirilməsi həm ucuz, həm də sərfəli xaladagent sayılır. Kondensə soyuducu qurğularında soyuducu agent kimi ara kəsilmədən suyun daima dövr edilməsi nəticəsində havanın sərinliyini yaratmaq olur. Bu cür halda su əlaqələndirici kimi, əsas və soyuducu agentlər isə buz, buxar və kimyəvi xaladagentlər rol oynayır.

Buz: Təbii və sunni yolla hazırlanmış buzdan istifadə edilir. Bu xaladagentin (mənfi 18-200C) suyun sünii olaraq buza çevrilməsi ilə əldə edilir. Lazım gəldiyi hallarda suyun duz ilə qatışığından da istifadə edilir. Bu cür soyuducu xalagent izotermik vaqonlarda da istifadə edilir. Bəzi soyuducu işlərdə quru buzdan da istifadə edilir. Bəzii soyuducu işlərdə quru buzdan da istifadə edilir hansı ki, karbon (CO2) + (O2) buxarlarının buza çevirməsi ilə istehsal olunur. Buzun xüsusi çəkisi 0,917 kq\letr - ə bərabərdir.

Bu üsuldan başqa vaqonlarda soyuducu agentlər kimi ammuyakdan, kükürd anhidridi, karbon qazı, xlormetil və bir neçə növ fereondan istifadə edilir.

Ammoyak(NH3) – rəngsizdir. 00C temperaturda 4,6 atmosfer təzyiqə malik olaraq qaz halında olur. 150C temperaturda 7,5 atmosfer təzyiqə malik olaraq maye halında olur. Atmosfer təzyiqində - 330 C – də maye halından buxar halına keçir. O, özünə məxsus kəskin qoxuya malikdir. Qoxusu ilə insanların gözlərini və burnuna təsir edir yaşardır.

Kükürd anhidrid (SO2) – rəngsiz qazdır, kükürdü havada yandırdığı zaman yaranır.Zəhərli və xoşa gəlməyən qoxusu ilə insanlara təsir edir. Atmosfer təzyiqində - 100C kükürd anhidridi qaz halında olur. 00C temperatrda onun təzyiqi 1,57 və maye halında olur. Kükürd anhidrid xassələrinə görə zəhərli qaz sayılır ona görə də onun soyuducu qurğularda işlətməyi məqsədə uyğun sayılmır.

Karbon qazı (CO2). Bu qaz da rəngsizdir. Lazım olduğu zaman ammoyakı əvəz edə bilir. Qoxusu digər agentlərdən fərqli olaraq havaya uçucu xasiyyətə malikdir, qoxusu yoxdur. Havada 7% karbon qazı olanda boğucu hal yaradır. Bu qaz yanmır, amma partlayıcı xasiyyətə malikdir.Vaqonlarda quraşdırılmış kondensatorun içində onun təzyiqi 60 – 80 atmosferdə olduğu üçün bu qurğu möhkəm materialdan hazırlayırlar.

Xlormetil (CH3Cl). Rəngi yoxdur, şirin qoxuya malikdir. Xlormetil atmosfer təzyiqində - 23,70C buxarlanır, 6,6 atmosfer təzyiqdə, 300C temperaturda isə maye hala keçir. Təmiz tərkibdə xlormetil dəmirə heç bir təsir göstərmir amma, su ilə qarışdığı zaman bütün metalları əridir və bütün yağları əridir. Xlormetillə işləyən kompressorları yağlamaq üçün gelisepin və ağ rəngində yağdan istifadə edilir. Xlormetil istifadə edilən soyuducu sistemlərdə kompressorların və bir – biriləri ilə qoşulan boruların aralarına bərkidici rezinlərin qoyulması məqsədə uyğun deyildir. Çünki xlormetil rezin materialı tezliklə sıradan çıxardır (yeyir)

Fpeon havanın kondensasiya olunmasında kimyəvi xaladagent kimi soyuducu qurğularda geniş surətdə tətbiq olunmağa başlandı.

Soyuducu işlərdə bir qrup aşağıda qeyd edilmiş sıra üzrə siniflərə ayrılır. freon – 11 (CFCl3), freon – 12(CF2Cl2), freon – 21(CHFCl2), freon – 22 (CHFCl), freon – 113(C2F2Cl3), freon – 114 (C2F4Cl2), freon – 142 (C2H3F2Cl) və başqaları. Bu qrup xaladagentlər 1930 – cu ildə üzə çıxarılmışdır.

Hal – hazırda vaqonların hava kondensasiya qurğularında soyuducu xaladagent kimi freon – 12 (dixlordifformetan) insana ziyansız, yanmayan (alışmayan) və partlayışa uyğunlaşmayan qaz kimi işlətmək olur.

Atmosfer təzyiqində freon – 12, - 29,80C dərəcədə buxarlanır, - 1550C – də isə donur. Freon – 12 – nin kritik temperatur 111,60C – yə, kritik təzyiqi isə 40,6 atmosferdir.

Ümumiyyətlə freon – 12 və freon -22 soyuducu agentləri əsasən sərnişin vaqonlarının hava kondensə sistemlərində istifadə olunur. Bu qazlar zəhərsizdir, iysizdir, sağlamlıq üçün təhlükəsizdir, yanmaya və partlayışa həssas deyildir. Freon qazı mis borulara əlaqəda olduqda paslanma vermir. Çox axıcılıq qabiliyyətə malikdir, borularda olan çox kiçik deşiklərdən boşaldılması asandır.

Dairəyə aldığım yazıları ancaq xəbərdar etmək üçün yazmışam. Onların yadda saxlanması o qədər vacib deyil.


Yüklə 79,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin