Fənn: Vaqonların hava kondensasiya qurğuları və soyducu maşınları



Yüklə 79,81 Kb.
səhifə6/15
tarix10.01.2022
ölçüsü79,81 Kb.
#109032
1   2   3   4   5   6   7   8   9   ...   15
Mövzu : Soyuducu sistemin avtomatik idarə edən cihazların iş prisnipi haqqında məlumat. Kompressor, kondensator haqqında məlumat.

Soyuducu sistemi avtomatik olaraq idarə etmək üçün təzyiq reləsindən, termo reledən manometrdən istifadə edilir. Bunlardan başqa köməkci cihazlardan da istifadə edilir ki, (bunların barəsində gələcəkdə) dərslər keçdikcə izahlae verəcəyəm.

Təzyiq relesi : Kompressorun sorucu xəttinə, 6 mm diametrlik boru vasitəsi ilə qoşulur. Bu boru xəttin hər hansı səbəbdən tutulması nəticəsində kondensatorda istehsal olunan sərinləşdirici hava lazımi qədər istehsal edilmir. Bu cür hal xüsusilə yay fəslində isti aylarda olur. Belə hallarda soyuducu xəttində ferionun sirkulyasiya çətinlşir və təzyiq 12 – 14 atmosferə qalxır, bu da xəttin sıradan çıxmasına gətirə bilər.

Bu rele vasitəsi ilə təzyiq normadan aşağı düşdüyü zaman kompressor qoşulur (aşağı təzyiq relesi vasitəsi ilə). Yüksək təzyiq relesi vasitəsi ilə avtomatik olaraq kompressoru dövrəyə qoşur. Hər iki rele bir gövdədəd yerləşdirilmişdir. Demli iş prinsipinə görə soyuducu xəttində freonun təzyiqinin aşağı və yaxud yuxarı qalxmaqla əlaqədar kompressorun iş prinsipinin tənzimləməkdən ibarətdir.

Termo relə: sistemdə olan freonun və vaqondakı olanın havanın temperatur dərəcəsinin dəyişilməsi ilə əlaqədar olaraq soyuducu qurğuların qoşulması və dövrənin açılması üçün qulluq edir.

Manometr: soyuducu qurğuların iş prinsipinə nəzarət etmək üçündür. Onun vasitəsi ilə freonun buxarlarının təzyiqini və eləcə də, komperessorun yaölama sistemində olan yağın təzyiqini nəzarətdə saxlamaq üçündür.

Kompressor, kondensator sərnişin vaqonların altında ramaya bərkidilmişdir. Bunun şəklini ayrı bir vərəqdə göndərəcəyəm. Bu şəkillərdə vaqonların altında və damda quraşdırılmış soyuducu cihazları görəcəksiniz (şəkil 1)

Kompressor və kondensator qurğuları xüsusi metaldan hazırlanmış, yeşikdə yerləşdirilərək, həmin yeşiyi isə vaqonun altında ramasına möhkəm bərkidilmiş yəni eninə və uzunluğu istiqamətində dəmir lövhələr (balkalar) üstündə yerləşdirilmişdir. Şəkildə vaqonun altında 12 rəqəmlə işarə etmişdir. Bu cür qurğulardan başqa, kompressorların və kondensatorları vaqonlarda ayrı – ayrı quraşdırılır. Bu qurğular da şəkildə çəkib göndərəcəyəm. (şəkil 2). Kondensatoru 3 – cü şəkildə çəkilmişdir və hansı hissələrdən ibarət olduğunu şəkilin üstündə qeyd edilmişdir.

Şəkil – 1

Birinci sinif, gövdəsi dəmirdən hazırlanmış sərnişin vaqonlarda (kupe) hava kondensə qurğuların quraşdırılma sxemi.


  1. Ventelyasiya qurğusu, 2- havasoyuducu, 3- isidilmiş su ilə işləyən xalorifer, 4- gərginliklə işləyən kalorifer, 5 – hava sorucusu, 6 – havanın serkulyasiya olunması üçün dəlik,

7 – filterlər, 8 – soyuducu qurğuların köməkçi cihazlarını quraşdırmaq üçün şkaf,

9 – kontaktlar üçün panel, 10 – avtomatik idarə edici cihazlar üçün panel, 11 – qurğular ilə idarə edici cihazlar üçün panel, 11 – qurğular ilə idarə etmə şiti, 12 – kompressor – kondensator qurğu, 13 – sabit cərəyan generatorlar, 14 – ötürücü qutu, 15 – kardon valı,

16 – reduktor, 17 – akkulyator batareyaları, 18 – qazan (su ilə vaqonun istilik sistemini qızdırmaq üçün)

Şəkil – 3

Soyuducu sistemdə istifadə olunan kondensator qurğusu


  1. Diametri 15 mm olan mis borular, 2- 0,5 mm qalınlığında arakəsmə, aralarında olan məsafə 4,5 mm bərabərdir, 3 – kollektor kompressordan sonra freon həmin kollektorla kondensatorun içinə girir, 4 – freonun kondensatorun digər tərəfinə ötürmək üçün boru, 5 – digər tərəfdəki kollektor, 6 – 7 sıxılmış freon aşağı kollektorlara dolur və ordan resiverə ötürülür.

Resever maye halında olan freonun toplanmas üçündür. Onu 133 mm iki diametrəyə nalik borudan qaynaq etməklə hazırlayırlar. Onun tutumu 14 metrəyə bərabərdir.

Şəkil – 2-4

Soyuducu sistemdə istifadə edilən kompressor


  1. Yağ karteri, 2 – yağ karterin qapağı, 3- slindirlərin gövdəsi (bloku), 4 – gövdənin (blokun) qapağı, 5 – sorucu ventel, 6 – maqnit ventel, 7 – 8- dirsəkli val hər iki tərəfdən kip bərkidilmiş qapaqlar, 9 – dirsəkli valın sanlikı, 10 – şarikli yastıq (padşipnik), 11 – rolikvarı yastıq (podşipnik), 12 – ğafri halında olan salnik, 13 – slindirlərin içindəki porşen, 14 – porşeni dirsəkli vala qoşmaq üçün şatun, 5 – slindirlərin yuxarı hissəsində quraşdırılmış klapan, 16 – dişli çarxı yağ nasosu, hansı ki kompressorun fırlanan hissələrini yağlamaq üçün istifadə olunur, 17 – yağı karterdən götürmək üçün boru, 18 – yağ üçün filter


Yüklə 79,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin