##num= 3// level= 1// sumtest=20 // name= Fonetik hadisə və qanunlar //
1. «Məndən» sözünün tələffüzdə [mənnən] şəklində işlənməsi hansı fonetik hadisəyə misaldır?
A) cingiltiləşmə qanunu
B) dissimilyasiya
C) səsartımı
D) yerdəyişmə
E) assimilyasiya
2. Ahəng qanununu ilk dəfə kim və neçənci əsrdə kəşf etmişdir?
A) Mirzə Kazımbəy, XIX əsrdə
B) Yusif xas Hacib, XI əsrdə
C) Mirzə Fətəli Axundzadə, XIX əsrdə
D) Mahmud Qaşqarlı, XI əsrdə
E) Afad Qurbanov, XX əsrdə
3. Dilin səslərinin bütün əlamət və xüsusiyyətləri ilə yazıya köçürülməsinə imkan verən işarələr sisteminə nə deyilir?
A) fonetik transkripsiya
B) təsviri fonetika
C) orfoqrafiya
D) fonoqrafik yazı
E) fonematik yazı
4. Metateza (yerdəyişmə) hadisəsinə məruz qalan sözlər cərgəsini göstərin.
A) dimməz, sənnən
B) ikinci, altıncı
C) kulub, qurup
D) məhşur, kiprik
E) qirip, irazı
5. İsmin hallanması zamanı neçə bitişdirici samitdən istifadə olunur?
A) 4
B) 3
C) 5
D) 2
E) 1
6. «Təzə şagird kənddəki acarlar məhəlləsindən idi» cümləsində neçə söz yazılışından fərqli şəkildə tələffüz olunur?
A) ik
B) i dörd
C) üç
D) bir
E) beş
7. Cingiltiləşmə qanunu müşahidə olunan sözləri göstərin.
1 - inəyi
2 - bunun
3 - vurğu
4 - gedim
5 - əzgin
6 - seçki
7 - kəpənəyi
A) 1, 4, 7
B) 2, 5, 7
C) 3, 5, 6
D) 4, 5, 6
E) 1, 3, 4
8. Dilönü saitlərin ahəngi gözlənilən sözləri seçin.
1 - kino 2 - teatr 3 - ördəklər
4 - məktəbli 5 - uzunluq 6 - ticarət
7 - işıq 8 - bağçada 9 - inciklik
A) 3, 4, 9
B) 1, 2, 3, 9
C) 5, 6, 8
D) 1, 2, 3, 4, 7, 9
E) 1, 2, 6, 9
9. Tam assimilyasiyanın müşahidə olunduğu sözləri seçin.
1 - onlar 2 - şəkərli 3 - gözlük 4 - torlu
A) 1, 2, 4
B) 1, 2, 3
C) 1, 3, 4
D) 1, 3
E) 2, 3, 4
10. «Fonetik quruluşda bir sıra hadisə və qanunlar mövcuddur. Bunlardan ədəbi dildə sabitləşənlər . . . , danışıq dilində işlənib ədəbi dildə qanuniləşməyənləri isə . . . adlanır». Nöqtələrin yerinə hansı sözlər yazılmalıdır?
A) I - qanun, II - hadisə
B) I - hadisə, II - qanun
C) I - ahəng qanunu, II - səsartımı
D) hər ikisi hadisə
E) I - assimilyasiya, II - dissimilyasiya
11. Hansı cingiltili və kar samit qarşılıqları düzgün verilmişdir?
1 - y - h 2 - d - t
3 - y - x 4 - ç - ş
5 - q - k/ 6 - v - f
7 - m - n 8 - ğ - x
A) 2, 5, 6 və 8
B) 1, 4, 6 və 8
C) 1, 2, 7 və 8
D) 2, 3, 5 və 7
E) 3, 5, 6 və 8
12. Geri assimilyasiya müşahidə olunan sözləri göstərin.
1 - dinməz 2 - səndən 3 - yavaşca 4 - çatlamaq
5 - süzsək 6 - sərinlik 7 - gedirlər
A) 1, 3, 5, 7
B) 1, 5, 7
C) 2, 4, 6, 7
D) 2, 4, 6
E) 3, 4, 7
13. Fonetikanın növlərini düzgün ardıcıllıqla göstərin.
1 - Tarixi fonetika
2 - Təcrübi fonetika
3 - Müqayisəli fonetika
4 - Müasir fonetika
5 - Təsviri fonetika
A) 1, 2, 5
B) 1, 2, 3, 5
C) 1, 3, 5
D) 1, 3, 4
E) 1, 3, 4, 5
14. Düzgün verilən cingiltili və kar samit qarşılıqları ardıcıllıqla göstərin.
1 - g - k 2 - ğ - x 3 - b - p
4 - j - ç 5 - c - ş 6 - q - k
A) 1, 2 və 3
B) 1, 2 və 6
C) 2, 4 və 5
D) 2, 3 və 6
E) 3, 4 və 6
15. Səsdüşümünə məruz qalan sözləri ardıcıllıqla göstərin.
1 - xətlər 2 - süfrə 3 - gəlmir 4 - Balanı 5 - sinfin 6 - atlar 7 - yeddinci 8 - kiprik
A) 1, 3, 5, 7
B) 1, 2, 3, 4
C) 2, 5, 7, 8
D) 5, 6, 7, 8
E) 1, 3, 4, 6
16. İrəli assimilyasiya müşahidə olunan sözləri ardıcıllıqla göstərin.
1 - qanmaz
2 - məndən
3 - yavaşca
4 - çatlamaq
5 - süzsək
6 - dərinlik
7 - gedirlər
A) 2, 4, 6
B) 1, 5, 7
C) 1, 3, 5
D) 2, 4, 6
E) 3, 4, 7
17. Uyğunluğu müəyyən edin.
1 – assimilyasiya
2 – səsartımı
3 – səsdüşümü
A - [oğlannan]
B - [oxuyasısan]
C - [narrar]
D - [mə:llim]
E - [irayon]
A) 1 - A, C; 2 - B, E; 3 - D
B) 1 - A, E; 2 - B, C; 3 - D
C) 1 - B, C; 2 - A; 3 - D, E
D) 1 - A, C, D; 2 - B; 3 - E
E) 1 - A, C; 2 - D, E; 3 - B
18. Uyğunluğu müəyyən edin.
1 – assimilyasiya 2 – səsartımı 3 – səsdüşümü
A - [oğlannan]
B - [oxuyasısan]
C - [narrar]
D - [mə:llim]
E - [irayon]
A) 1 - A, C; 2 - B, E; 3 - D
B) 1 - A, E; 2 - B, C; 3 - D
C) 1 - B, C; 2 - A; 3 - D, E
D) 1 - A, C, D; 2 - B; 3 - E
E) 1 - A, C; 2 - D, E; 3 - B
19. Uyğunluğu müəyyən edin.
1 – assimilyasiya 2 – səsartımı
3 – səsdüşümü
A - [qızdar]
B - [körpənin]
C - [gəlillər]
D - [oğlu]
E - [qurup]
A) 1 - A, C; 2 - B, E; 3 - D
B) 1 - A, E; 2 - B, C; 3 - D
C) 1 - B, C; 2 - A; 3 - D, E
D) 1 - A, C, D; 2 - B; 3 - E
E) 1 - A, C; 2 - D, E; 3 - B
20. Uyğunluğu müəyyən edin.
A - assimilyasiya
B - səsartımı
C - səsdüşümü
D - dissimilyasiya
E - səs yerdəyişməsi
1 - [oğlannan]
2 - [oxuyasısan]
3 - [narrar]
4 - [mə:llim]
5 - [irayon]
4 - [kiprik]
5 - [zərəl]
A) A - 1, 3; B - 2, 5; C - 4; D - 7; E - 6
B) A - 1, 5; B - 2, 3; C - 4; D - 7; E - 6
C) A - 2, 3; B - 1; C - 4, 5; D - 7; E - 6
D) A - 1, 3; B - 2; C - 5; D - 4, 6; E - 7
E) A - 1; B - 4, 5; C - 2; D - 7; E - 3, 6
Dostları ilə paylaş: |