##num= 5// level= 1// sumtest=20 // name= Heca və vurğu //
1. Hansı sözlər hecalara düzgün bölünməmişdir?
A) fe - l, el - ek - trik, od - un, cüy - ür
B) şə - kil, tram - vay, sür - ət, ü - züm
C) trak - tor, bu - lud, na - ğıl, a - ğac
D) na - xış, me - şə, tə - miz, a - ğıl
E) doq - quz, yar - paq, sa - hə, məş - hur
2. Hansı sözlərdə vurğu duzgun qoyulmuşdur?
A) morfologiya', yanaca'q, jurna'l
B) fone'tika, pia'no, ka'fedra
C) pilləkə'n, tramva'y, partiya'
D) dövlə't, sa'diq, göyərti'
E) şima'l, ra'dio, dolla'r
3. «Gələsidirlər» sözündə vurğu neçənci hecaya düşür?
A) üçüncü
B) ikinci
C) birinci
D) dördüncü
E) beşinci
4. Vurğudan asılı olaraq mənası dəyişə bilən söz hansıdır?
A) vuruş
B) baldır
C) gəlir
D) sürü
E) əsir
5. Hansı sözdə - lar( - lər) şəkilçisi vurğu qəbul etmir?
A) baxırlar
B) yazdılar
C) bunlar
D) insanlar
E) evdəkilər
6. Hansı sözdə həm vurğu, həm də uzun sait birinci hecadadır?
A) sairə
B) səhra
C) sanki
D) sabah
E) sakin
7. Hansı sözlərdə vurğu düzgün qoyulmuşdur?
I - qüllə' II - do'mino III - yanğı'n IV - ya'rpaq V - balko'n
A) I, III, V
B) II, IV
C) II, III, V
D) I, V
E) I, II, IV
8. . «Kafel» sözünə hansı şəkilçilər qoşulduqda onun vurğusu dəyişmir?
1 - - lər 2 - - dir 3 - - dən 4 - - lə 5 - - in
A) 1, 2, 3, 4, 5
B) 2, 4, 5
C) 2, 4
D) 1, 2, 4
E) 1, 2, 4, 5
9. Hansında vurğular düzgündür?
I - Mə'n dostu'mla kəndə' getmi'şdim
II - Mə'n uşaqlarla' domino' oynayı'rdım.
III - Sə'n məni'mlə kəndə' getmə'zsən?
IV - Arifi' əsgərliyə' çağırmışdıla'r.
V - Dü'nən onu'n əlli' yaşı' tama'm oldu'.
A) I, III, V
B) II, IV
C) II, III, V
D) I, V
E) I, II, IV
10. M. F. Axundzadədən gətirilən bu fikirdə nöqtələrin yerinə nə yazılmalıdır?
«…Bizə elə bir əlifba ixtira etmək lazımdır ki, onun nəticəsində üç məqsədə çatmaq mümkün olsun. Yəni birinci - . . . ; ikinci - . . . ; üçüncü - . . . . Ancaq belə olduqda köhnə əlifbanı dəyişdirmək vacib işlərdən sayıla bilər».
I – asan oxumaq II – asan öyrənmək III – asan yazmaq
IV – asan öyrətmək V – asan çap etmək
A) I, III, V
B) II, IV
C) II, III, V
D) I, V
E) I, II, IV
11. Hansı sözləri sətirdən - sətrə keçirmək olar?
I - orman II - ocaq
III - gümüş IV - R. Rza
V - dözüm
A) I, III, V
B) II, IV
C) II, III, V
D) I, V
E) I, II, IV
12. Sözlərin sətirdən - sətrə keçirilməsindəki qaydalardan hansılar səhvdir?
I - Defislə yazılan mürəkkəb sözlər sətirdən - sətrə keçirilmir.
II - Bir saitdən ibarət hecanı sətrin sonunda saxlamaq olmaz.
III - Saitlə başlayan hecalar sətirdən - sətrə keçirilmir.
IV - Bir saitdən ibarət hecanı yeni sətrə keçirmək olmaz.
V - Mürəkkəb sözlər sətirdən - sətrə keçirilmir.
A) I, III, V
B) II, IV
C) II, III, V
D) I, V
E) I, II, IV
13. Hansı cümlələrdəki bütün sözlərdə vurğu son hecaya düşür? Ardıcıllıqla göstərin.
I - Axşama yaxın möhkəm külək başladı.
II - Zirzəmidən gələn kəsif qoxu ətrafı bürümüşdü.
III - Talvardan sarı üzüm salxımları sallanır.
IV - Bu gün Adilə xanımın əlli yaşı tamam olurdu.
V - Külək möhkəm əsir, şaxta qılınc kimi kəsir.
VI - Əsgərlərimiz quduz düşmənin qarşısına cəsarətlə çıxdılar.
A) I, III, V
B) II, IV, VI
C) II, III, V, VI
D) I, IV, V
E) I, II, IV, VI
14. Vurğusu son hecaya düşən sözləri ardıcıllıqla göstərin.
I - telefon
II - aerobika
III - karamel
IV - avtobus
V - paralel
A) II, III, V
B) II, IV
C) I, III, V
D) I, V
E) I, II, IV
15. Vurğusu dəyişməklə mənası dəyişməyən sözləri ardıcıllıqla göstərin.
I - dilim II - bərkidir
III - qazan IV - qırma
V - gəlir
A) I, III, V
B) II, IV
C) II, III, V
D) I, IV
E) I, II, V
16. Vurğusu duzgun qoyulan sözləri ardıcıllıqla göstərin.
I - fone'tika II - morfologiya' III - te'rmos IV - dö'vlət
V - təxmi'nən VI - pillə'kən VII - şi'mal
A) I, III, V
B) II, IV, VI
C) I, III, V, VII
D) III, V
E) II, IV, VI, VII
17. Uyğunluğu tapın.
A - vurğusu birinci hecaya düşən sözlər
B - vurğusu ikinci hecaya düşən sözlər
C - vurğusu üçüncü hecaya düşən sözlər
D - vurğusu dördüncü hecaya düşən sözlər
1 - gedəsidirlər 2 - oxuyacağam 3 - yoxlamadan
4 - gəlmədilər 5 - cəsarətlə 6 - baxarkən
7 - beşmərtəbə
A) A - 4; B - 3, 6; C - 1, 5; D - 2, 7
B) A - 4, 7; B - 2, 6; C - 1, 5; D - 3
C) A - 4; B - 3, 5; C - 1, 6; D - 2, 7
D) A - 4, 7; B - 3; C - 1, 5; D - 2, 6
E) A - 4, 6; B - 3, 5; C - 1; D - 2, 7
18. Uyğunluğu tapın.
A - vurğusu birinci hecaya düşən sözlər
B - vurğusu ikinci hecaya düşən sözlər
C - vurğusu üçüncü hecaya düşən sözlər
D - vurğusu dördüncü hecaya düşən sözlər
1 - işləyirdim 2 - oxuyasıdır
3 - yoxlamadan 4 - gəlmədilər
5 - məharətlə 6 - gəzərkən
A) A - 4; B - 3, 6; C - 1, 5; D - 2
B) A - 4; B - 2, 6; C - 1, 5; D - 3
C) A - 4; B - 3, 5; C - 1, 6; D - 2
D) A - 4; B - 3; C - 1, 5; D - 2, 6
E) A - 4, 6; B - 3, 5; C - 1; D - 2
19. Uyğunluğu tapın.
A - vurğusu birinci hecaya düşən sözlər
B - vurğusu ikinci hecaya düşən sözlər
C - vurğusu üçüncü hecaya düşən sözlər
D - vurğusu dördüncü hecaya düşən sözlər
1 – oxudular 2 – yoxlayacaqlar 3 – birləşmədən
4 – opera 5 – operetta 6 – yatarkən
A) A - 4; B - 3, 6; C - 1, 5; D - 2
B) A - 4; B - 2, 6; C - 1, 5; D - 3
C) A - 4; B - 3, 5; C - 1, 6; D - 2
D) A - 4; B - 3; C - 1, 5; D - 2, 6
E) A - 4, 6; B - 3, 5; C - 1; D - 2
20. Uyğunluğu tapın.
A - vurğusu birinci hecaya düşən sözlər
B - vurğusu ikinci hecaya düşən sözlər
C - vurğusu üçüncü hecaya düşən sözlər
D - vurğusu dördüncü hecaya düşən sözlər
1 - gedəsidirlər 2 - oxuyacağam
3 - yoxlamadan 4 - gəlmədilər
5 - cəsarətlə 6 - baxarkən
7 - beşmərtəbə
A) A - 4; B - 3, 6; C - 1, 5; D - 2, 7
B) A - 4, 7; B - 2, 6; C - 1, 5; D - 3
C) A - 4; B - 3, 5; C - 1, 6; D - 2, 7
D) A - 4, 7; B - 3; C - 1, 5; D - 2, 6
E) A - 4, 6; B - 3, 5; C - 1; D - 2, 7
Dostları ilə paylaş: |