Təmsil uşaqları çox maraqlandıran janırlardan biridir. Təmsillərin əsasında alleqoriya durur. Təmsil yazanlar heyvan, quş, həşərat, btki və başqa əşyaların obrazlarında insanların tipik xasiyyətlərinə (yalançı, oğurluq, ədalətsizlik, lovğalıq, acgözlük, qorxaqlıq və s.) gülür, öyüd – nəsihət verirlər. Bütün bunlar müəllimdən aktyorluq məharəti tələb edir.
Təmsil yığcamlıq, fabulanın dinamikliyi, hadisənin dramatikliyi, əxlaqi nəticənin ironik şəkildə verilməsi ilə seçilir. Təmsilin dili sadə, zəngin və rəngarəngdir. Təmsillərin oxunması prosesində bütün bu cəhətlər nəzərə alınır. Onun oxusu kiçik bir pyesin oxusunu xatırladır.
Təmsillərin dili üzərində iş aparmaq lazım gəlir. Personajın xasiyyətnaməsini verərkən onun dilində işlənən sözlərdən istifadə edilir: məsələn, M.Ə. Sabirin “Qarğa və tülkü” təmsilində tülkü qarğaya müraciətlə deyir: