Burada, həmçinin təmsillərin əksəriyyətində mənəviyyatın mənası təmsilin məzmununa uyğun gəlmir. Daha doğrusu, o, bilavasitə ifadə olunmur. “Qarğa və tülkü ” təmsilində yaltaq deyil, yaltağa inanan mühakimə edilir. S.Ə. Şirvaninin “Qurd və quzu” təmsilində qurd quzunu axmaq olduğuna inandırır. Beləliklə, oxucuda gülünc vəziyyətə düşən qarğaya və avam quzuya təəssüf və tənə hissi yaranır.
Təmsilin oxunmasına həsr olunmuş dərsin sxemi
1.Giriş müsahibəsi. Şagirdlərin təmsil haqqında nəzəri bilikləri xəbər alınır. Onlar təmsilin, əsasən, nəzmlə yazıldığını, təmsildə alleqoriya olduğunu bildirirlər. Təmsilin köməyi ilə insanların xarakterik nöqsanlarının tənqid olunduğundan söz açırlar. Təmsilin müəllim tərəfindən oxunması. Müəllim təmsili əzbərdən ifadəli oxuyur. O, oxuyarkən səsi, mimika və jestlərinin köməyi ilə hər bir personajın səsini, hərəkətlərini, səciyyəsini verir.
3. Təmsilin şagirdlər tərəfindən oxunması.Müəllim təmsilin hər hissəsinin oxunmasını bir qrup şagirdə tapşırır. Hər qrupdan bir nəfər parçanı ifadəli oxuyur.