3. Ana dili tədrisinin məqsəd və vəzifələri.
Ana dili tədrisinin məqsədi:
Şagürdlərə oxumağı və yazmağı, kalliqrafik—hüsnxət yazı vərdişləri aşılamaq, qrammatik anlayışlar üzrə tələb olunan vərdişlər aşıılamaq, öz fikirlərini şifahi və yazılı şəkildə sərbəst, dolğun, dəqiq, aydın, obrazlı, rabitəli, məntiqli şəkildə ifadə etmək üzrə bilgilər vermək.
Bu məqsədlər onu əsaslandırır ki, “ana dili aşağı siniflərdə nitq inkişafının əsası, intekrativ kurs kimi digər fənlərin mənimsənilməsi üçün də baza rolunu oynayır” (3, səh.121)
Ana dili tədrisinin əsas vəzifələri:
-Şagirdlərdə yazı və oxu vərdişləri yaratmaq və formalaşdırmaq, o cümlədən:
-onlara düzgün, aydın, sərbəst, sürətli, şüurlu, ifadəli oxumaq və savadlı, qrammatik cəhətdən düzgün yazmaq bacarıqları aşılamaq;
- nitq qabiliyyətlərini inkişaf etdirmək; məsələn: şagirdlərdə dialoqa girmək, öz fikirlərini sərbəst, ardıcıl və rabitəli şəkildə ifadə etmək vərdişlərini inkişaf etdirmək;
- Şagirdlərdə oxuduqları mətnlərə münasibətdə sərbəst mühakimə yürütmək, fikir söyləmək, məzmun və ideyanı aydın şəkildə qavramaq və dərk etmək qabiliyyətlərini formalaşdırmaq;
-- şagirdlərdə mətnlərdən əsas faktları seçib qruplaşdırmaq, onların mətnlə bağlı təəssüratlarını ifadə etmək vərdişləri yaratmaq;
- şagirdlərin sərbəst yazmaq, kiçikhəcmli mətnlər yaratmaq vərdişlərini inkişaf etdirmək;
-şagirdlərin nitq və təfəkkürlərini inkişaf etdirmək, dil və oxu üzrə onlarda elmi bilik, bacarıq və vərdişlərini, yaradıcılıq qabiliyyətlərini artırmaq.
Bu məqsəd və vəzifələr onu əsaslandırır ki, şagirdlər dil sisteminə dair səs, hərf, söz, kök, şəkilçi, söz birləşməsi, cümlə strukturları və əlamətlərilə bağlı qanun-qaydaları öyrənir, mənimsəyir, təhlil etmək, rabitəli şəkildə mühakimə yürütmək, təsvir etmək, nəql etmək, nəticə çıxarmaq, fikirlərini yazılı şəkildə ifadə etmək qabiliyyətlərinə yiyələnirlər.
4. Ana dili tədrisinın metodiki, elmi, tətbiqi cəhətdən xarakterik xüsusiyyətləri:
- şagirdlərdə dil, yazı, oxu və nitq baxımından fəal bacarıqlar yaradır;
- şagirdlərin maraq dairələrinin üfüqlərini genişləndirir və zənginləşdirir.
- Şagirlərrin düşünmək və sərbəst fəaliyyət göstərmək baxımından sistemli və ardıcıl öyrənmə, mənimsəmə fəallıqlarını təmin edir;
- ana dili kurrikulumu şagirdlərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir, onlarda miliilik və bəşərilik hislərini gücləndirir, fəaliyyət və inkişaf bacarıqlarını genişləndirir;
-- kurrikulum şagirdlərin bacarıq və qabiliyyətlərinin potensial gücünü artırır, onların dialektik inkişaf, idrak, düşüncə potensialını artırır;
Ana dilinin kurrikulum sənədləri və təchizat vasitələri aşağıdakılardır:
Tədris planı, proqramlar, dərsliklər, dərs vəsaitləri, əyani vəsaitlər, didaktik materiallar, yeni texnoloji vasitələr və s.
|