Kiçikyaşlı məktəblilər, adətən, şerin hər iki misrasın xüsusi ahənglə, nəğməyə salaraq oxuyurlar. Onlar yuxarıdakı parçanın ikinci və gördüncü misralarından sonra təxminən nöqtədə olduğu qədər fasilə verirlər. Bu vaxt həmin parça belə məna verir: “Gen zəmidə üstündə dəniz tək külək əssə ləpələnib de görək…”. Halbuki birinci misradan sonra azca fasilə edilməli, ikinci misra və üçüncü misranın yarısı (gen zəmidə dəniz tək ləpələnib) birnəfəsə, fasiləsiz, oxunmalıdır. Çünki “dəniz tək” bənzətməsi küləyə deyil, sünbülə (zəmiyə ) aiddir. Şagirdlər şerdən verilmiş bu parçanın mənasını belə başa düşməlidirlər: “Gen zəmidə üstündən külək əssə dəniz tək ləpələnib de görək…”
Misralardan göründüyü kimi, məntiqi və psixoloji fasilə mətninin məzmununun ifadəli və şüurlu mənimsənilməsini təmin edir.