İbtidai siniflərdə qiymətləndirmə Məktəb hər bir uşağa həyatın ən əsas tələbatı olan özünü tam mənada şəxsiyyət kimi hiss etmək istəyini gerçəkləşdirmək üçün yol açmalıdır. Bütün uşaqların müvəffəqiyyətlə oxuya bilməsi və öz imkanlarını a şkara çıxarması üçün müəllim və tədris prosesinin başqa iştirakçıları t ərəfindən nailiyyətlərə həvəsləndirən dayağın olması, onların xeyirxahlığının, uşağın uğrunda şəxsən maraqlı olmasının əhəmiyyəti az deyildir.