Son dövrlər alətlərin konstruksiyalarında ciddi dəyişikliklər edilmişdir. Bunların əsas istiqamətləri aşağıdakılardır:
Müxtəlif alət materiallarından (bərk xəlitə, keramika, sintetik bərk xəlitələr və s.) olan çox tərəfli itilənməyən lövhələrdən hazırlanmış kəsiçi hissələri mexaniki üsulla bərkidilən alətlər.
Bərk xəlitələrdən olan kiçik ölçülü (d=0,2...20 mm) alətlərdən istifadə olunması.
Alətlərin hazırlanmasında yeni alət materialından istifadə olunması (sintetik bərk xəlitə
nitrid bor və karbon əsasında hazırlanmış süni almaz, elbor, qeksanit və s.).
Bir və çox qatlı yeyilməyə qarşı davamlı örtüklərdən istifadə olunması (1...2 mkm qalınlığında karbid, nitrid, titan oksid, titan niobiya və s.) ionla səthi bərkitmə, və s. Istifadə olunması.
Kəsmə zonasına yüksək təzyiqli soyuducu-yağlayıcı mayenin verilməsi.
Kəsən elementlərin və bərkidilən səthlərin və eləcədə işçi səthlərin qarşılıqlı yerləşmə ölçülərinin dəqiqliyinin artırılması.
Alətlərin qovuşma yerlərinin konstruksiyalarının yeni formalarda yerinə yetirilməsi.
Alətlərin müxtəlif modullu sistemlərinin işlənib hazırlanması, hansı ki, bu kəsən və
koməkçi alətlərin qarşılıqlı əlaqəsini yaradır.
2. Maşınqayırmada metalkəsən alətin rolu və yeri
Yeni texnoloji proseslərlə və konstruktiv dəyişikliklərlə əlaqədar olaraq alətlərin hazırlanma texnologiyasının dəyişdirilməsi aşağıdakı istiqamətlərdə aparılır:
Plastiki deformasiya metodlarından geniş istifadə olunması.
Toz metallurgiyasından istifadə olunması.
Alətlərin kəsən və birləşmə səthlərinin kələ-kötürlüyünün sintetik almaz və bor nitriddən hazırlanmış abraziv alətlərlə emalı (Ra=0,8...0,4 dən Ra=1 mkm və s.) və fiziki-mexaniki xassələrinin artırılması.
Yiv açan alətlərin, bərk xəlitə və tez kəsən alət poladlarından hazırlanmasında
böyük sürətli və yüksək möhkəmliyə malik xüsusi abrazivlərdən, soyuducu-
yağlayıcı mayelərdən istifadə etməklə hazırlanması.