5. Konstruksiya materialları, növləri, markalanması, mexaniki xassələri, kəsmə ilə emalı üçün seçilməsi və hazırlanması
Məsələn:
Xromlu karbonlu konstruksiya poladları:
20 X, 30 X, 40 X və s.
Xrom nikeli karbonlu konsturksiya poladları:
20 XH, 30 XH, 40 XH, 45 XH, 50 XH və s.
Hazırda poladın 300-dən çox markası və müxtəlif ərintiləri mövcuddur. Onlar emal olunmalarına görə bölünürlər:
Yüngül ərintilər və ya yüngül emal olunanlar, Bura əsasən : St 0, St 1, St 2, St 3, St 3kp,
St 4, …, St 7. daxildir.
Orta emal olunan poladlar. Bura karbonlu poladlar Polad 20 ....Polad 50, çuqun,
legirlənmiş poladlar polad 40X, 20X, 20XH və s.
Çətin emal olunanlar, bura austenitli poladlar, xromlu poladla ( xrom 13...20 faiz),
nikelli xüsusi ərintilər (30...40 faiz), niobiyalı ərintilər daxildir.
3. Əlvan metal və ərintilər -maşınqayırmada genş tətbiq edilir. Ən çox mis (Cu) və onun ərintiləri (bürünc və tunclar) və alüminium (Al) və onun ərintiləri (Düralüminium və s.) geniş tətbiq edilir.
Əlvan metal ərintiləri mexaniki emala daha yaxşı yarayırlar.
5. Konstruksiya materialları, növləri, markalanması, mexaniki xassələri, kəsmə ilə emalı üçün seçilməsi və hazırlanması
Emal olunma qabiliyyətinə görə bütün konstruksiya materiallarını şərti olaraq 4
qrupa bölürlər:
Asan emal olunanlar -bürünclər, tunclar, alüminium ərintiləri, yumşaq çuqunlar;
Orta emal olunanlar -karbonlu və aşağı aşqarlanmış karbonlu konstruksiya poladları, orta bərk çuqunlar;
Aşağı orta emal olunanlar –yüksək aşqarlanmış paslanmayan poladlar, martensit əsaslı, martensit-ferrit əsaslı, austenit-martensit əsaslı konstruksiya poladları, bərk
çuqunlar;
Çətin emal olunanlar –yüksək aşqarlanmış austenit sinifli, istiyə, turşuya davalı
xüsusi nikelli-ferrit və nikel əsaslı xəlitələr çətin əriyən xəlitələr və s.
hazırlanması Konstruksiya materialları mexaniki xassələri-iş şəraitindən asılı olaraq seçilir. Mexaniki xassələri (bərklik, möhkəmlik, yorulmahəddi, plastiklik və s.) yüksəldikcə iş ömrü uzanır. Lakin emal olunma qabiliyyə aşağı düşür.
Metalın mexaniki xassələrinə görə uyğun mexaniki emal rejimi seçilir, alətlər
seçilib tətbiq edilir.
Maşınqayırma zavodlarına göndərilən metalların mexaniki xassələri sertifikatda göstərilir. Bu zaman bərklik və möhkəmlik əsas götürülür.
Metalların kəsmə üçün hazırlanması onların termik emala uğradılması ilə müəyyən edilir. Bəzi hissələri yaxşı və asan emal etmək üçün onları tabalma prosesinə uğradırlar. Çox hallarda normallaşdırma prosesinə də uğradırlar.