1. Metalların kəsmə ilə emalının tarixi inkişafı haqqında
Kəsmə prosesinin məhsuldarlığına kəsmə dərinliyi-kəsmə surəti və veriş də güclü təsir göstərir. Ona görə məhsuldarılığı artırmaq üçün kəski alətinin həndəsi parametrlərinin optimal qiymətlərini götürmək tələb edilir.Bütün göstərilənləri nəzərə alaraq maşınqayırmanın gələcək inkişafını artırmaq üçün metalların kəsmə ilə emalının nəzəri əsaslarını işləyib hazırlamaq həmişə birinci dərəcəli məsələ kimi baxılmışdır.
Bu cəhətdən metalkəsmə elmi aşağıdakı istiqamətdə inkişaf etdirilir:
kəsmə prosesini intensivləşdirmək;
yeni kəsici alət materialları əldə etmək və onların emal rejimlərini işləyib
hazırlamaq;
emalın dəqiqliyini və keyfiyyətini artırmaq;
kəsmə ilə emalın məhsuldarlığını daha da artırmaq və maya dəyərini aşağı
salmaq məqsədilə avtomatlaşdırma və mexanikləşdirmə tədbirlərini həyata keçirmək.
2. Maşınqayırmada metalkəsən alətin rolu və yeri
Alət geniş mənada insana müəyyən işləri yerinə yetirmək üşün lazım olan əşyadır və ya vasitədir. İstehsalatda alət ayrı-ayrı hissələrin hazırlanmasında və müxtəlif texnoloji əməliyyatların yerinə yetirilməsində istifadə olunur.
İstənilən texnoloji prosesi alətsiz təsəvvür etmək mümkün deyil. Alət istehsalı əsasən iki istiqamətdə aparılır.
Xüsusi alət zavodlarının təşkili
Zavod daxili alət istehsalı
Azərbaycanda alət istehsalı əsasən zavod daxili alət sexlərində təşkil olunmuşdur.
2. Maşınqayırmada metalkəsən alətin rolu və yeri
Alət yüksək kəsmə qabiliyyətinə, dəqiqliyə və yüksək keyfiyyətli detal emal etmə qabiliyyətinə malik olmalıdır.
kəsmə sxemindən, alətin həndəsi parametrlərindən, xüsusi soyuducu - yağlayıcı
mayelərin istifadə olunmasından asılıdır.
Dəqiqlik və keyfiyyət isə alətin özünün dəqiqliyindən və keyfiyyətindən, onun
baza ölçülərindən və dəqiqliyindın, kəsmə rejimi elementlərindən forma alma
hərəkətlərindən asılıdır.
Metalkəsən alətlər konstruksiyalarına və yerinə yetirdikləri əməliyyatlara görə müxtəlifdir.
Maşınqayırmanın inkişafı kompleks avtomatlaşdırma və mexanikləşdirmə, mütərəqqi texnologiya olmadan qeyri mümkündür. Belə olan halda yeni alətlər,
Rəqəmli proqramla idarə olunan və Çevik texnoloji sistemlər, avtomat xəttlət üçün
tətbiq olunmalıdır.