RASTR VƏ VEKTOR QRAFİKALARIN MÜQAYİSƏSİ
Rastr və vektor qrafikaların müqayisəli xarakteristikası cədvəldə verilmişdir.
Müqayisə kriteriyasi
|
Rastr qrafika
|
Vektor qrafika
|
Təsvirin verilmə üsulu
|
Təsvir piksellər çoxluğu ilə qurulur
|
Təsvir əmrlər ardıcıllığı ilə şərh edilir
|
Real həyatda obyektlərin
təsviri
|
Real obyektlərin
təsvir edilməsi üçün səmərəli istifadə edilir
|
Fotoqrafiya keyfiyyətinə malik təsvirlər almağa imkan vermır
|
Təsvirin redaktə keyfiyyəti
|
Miqyaslaşdırma və döndərmə zamanı təhrif baş
|
Təsvir keyfiyyətinə xələl gəlmədən dəyişdirilə bilir
|
Təsvirin çap xüsusiyyətləri
|
Təsvirlər printerdə rahat çap edilir
|
Təsvirlər bəzən çap edilə bilmir, bəzi hallarda isə istənilən kimi çap edilmir
|
RASTR VƏ VEKTOR REDAKTORLARIN XÜSUSİYYƏTLƏRİ
Qrafik redaktorlar kompüter təsvirləri yaradanlar üçün alətdir. Bunların köməyi ilə istifadəçilər təsvirləri yaradır və redaktə edirlər. Hal hazırda çoxsaylı qrafik redaktorlar mövcuddur. Ona görə də konkret məsələ üçün hansı redaktorun münasib olduğunu bilmək çox vacibdir. Təsvirlərin keyfiyyətinin yaxşılaşdırılması və fotomontaj əməliyyatları rastr qrafik redaktorlarla aparılır. Illüstrasiyaları yaratmaq üçün vektor redaktorlardan istifadə edilir.
İxtiyari qrafik redaktor təsvirlərlə işləmək üşün alətlərə malik olur. Əyri aləti (fırça və ya karandaş) düz və əyri xətlərin çəkilməsi üşün nəzərdə tutulmuşdur. Restangle (llpyiMoyronbHHK-Düzbucaqlı), Ellipse (Ənnnnc-Ellipis) və Polygon (MHoroyro/ibHMK- Çoxbucaqlı) alətlərindən həndəsi fiqurların qurulması üçün, rəngləmədən ötrü isə Fill (3a/ınBKa- Doldurma) alətindən istifadə edilir. Mətnlərin və sərlövhələrin yaradılması üçün Text (TexT- Mətn) aləti tətbiq edilir. Təsvirlərlə işləyərkən çox vaxt təsvirdəki xırda detalları yaxşı görə bilmək üçün fraqmenti böyütmək lazım gəlir. Bu məqsədlə Zoom (MacujTa6-Miqyas) alətindən istifadə edilir. Rastr və vektor qrafikası redaktorlarında eyni alətlərdən istifadə edilməsinə baxmayaraq, həmin alətlərlə yaradılan obyektin təsvir üsulu fərqli olur.
Qrafik redaktorlarda təsvirin ayrı-ayrı hissələrini köçürməyə, yerini dəyişdirməyə, ləğv etməyə, miqyaslaşdırmağa, güzgü əksini almağa, döndərməyə imkan verən imkanlar reallaşdırılmışdır. Fraqment üzərində hər hansı əməliyyatı aparmazdan əvvəl onu ayırmaq lazımdır. Vektor qrafika redaktorlarında obyektlər (vektor primitivlər), rastr qrafika redaktorlarında isə oblastlar (piksellər toplusu)ayrılır. Obyekti ayirmaq üçün Mouse-un oxunu onun üzərinə gətirib sol düyməni sıxmaq kifayətdir. Oblastın ayrılması isə bir qədər mürəkkəb məsələdir. Ona görə ki, oblastı ayıranda hansı qrup piksellərin oblast əmələ gətirdiyini muəyyənləşdirmək lazımdır. Məhz buna görə rastr qrafikası redaktorlarında müxtəlif ayırma alətlərindən istifadə edilir. Rastr redaktorlarda həm sadə formalı oblastları, həm də mürəkkəb (əyrixətli) oblastları ayırmaq üşün nəzərdə tutulan ayırma alətləri olur.
Rastr qrafikada əsas anlayış piksel olduğuna görə rastr qrafikası redaktorlarında alətlərin və əmrlərin əksəriyyəti ayrı-ayrı piksellərin parlaqlığını və rəng çalarını dəyişdirir. Bu da təsvirdəki kəskinliyi yaxşılaşdırmağa, təsvirin ayrı-ayrı fraqmentlərinin tünd və ya açıq görünməsini təmin etməyə, xırda qüsurları (qırışları, cızıqları və s.) ləğv etməyə imkan verir.
Vektor qrafikada əsas anlayış obyektdir. Ona görə də vektor grafikası redaktorlarında qaydayasalma, qarşılıqlı tənləşdirmə, obyektlərin kəsişməsi, bir obyekti digərindən istisna edən əmrlər olur. Odur ki, vektor grasfikası redaktorlarında murəkkəb formalı obyektləri sadə formalı obyektlərdən yaratmaq olur.
Adətən rastr və vektor grafikası redaktorlarında həcm effekti almaq üçün vasitələrdən istifadə etmək mümkündür. Lakin real obyektlərin (personajların, interyerlərin və s.) üçölçülü obrazını üçölçülü modelləşdirmə proqramları ilə yaratmaq daha məqsədəuyğundur.
ƏSAS NƏTICƏLƏR
l. Rastr təsvir çox xırda elementlərdən - piksellərdən ibarət olan mozaikadır. Rastr təsvir xırda damalara (xanalara və ya hücrələrə) bölünmüş, hər daması müəyyən rəngə malik olan və bu rənglərlə üzərində təsvir formalaşdırılan kağıza bənzəyir.
-
Videopiksel- ekrandakı təsvirin ən kiçik hissəsidir. Piksel- rastr təsvirin ayrıca elementidir. Nöqtə- printerlə yaradılan ən kiçik elementdir.
-
Rastr qrafikanın üstünlükləri: •rastr qrafika ilə fotoqrafiya keyfiyyətinə malik olan təsvirlər təqdim edilə bilər; • rastr təsvirlər printerdə rahat çap edilə bilir.
-
Rastr qrafikanın çatışmazlıqları: •rastr təsvirləri saxlamaq üçün böyük həcmdə yaddaş sahəsi tələb edilir;
•rastr təsvirlər üzərində miqyaslaşdırma, döndərilmə və bu kimi digər dəyişdirmə əməliyyatlarının aparılması üçün məhdud imkanlar mövcuddur.
-
Vektor grafikada təsvirlər primitiv adlanan sadə obyektlərdən- düz xətlərdən, qövslərdən, çevrələrdən, ellipslərdən, düzbucaqlılardan, eyni və müxtəlif rəngli oblastlardan və s. qurulur.
-
Hər bir primitiv müəyyən funksiyanı və onun parametrlərini müəyyən edən əmrlə şərh edilir.
-
Vektor grafikanın üstünlükləri: •vektor təsvirlər nisbətən daha az yaddaş sahəsi tutur;
•vektor təsvirlər keyfiyyətinə xələl gəlmədən asan miqyaslaşdırıla bilir.
-
Vektor grafikanın çatışmazlıqları:
•vektor qrafika fotoqrafiya keyfiyyətinə malik olan təsvirlər almağa imkan vermir;
•vektor təsvirlər kağıza istənilən kimi çap edilə bilmir və ya kağızda istənilən kimi görünmür.
-
Qrafik redaktorlar təsvirləri yaratmaq və onları redaktə etmək üçün nəzərdə tutulan alətdir. Təsvirləri yaratmaq üçün adətən vektor redaktorlardan, təsvirlərin keyfiyyətini yaxşilaşdırmaq və fotoqrafiya materiallarının montaj edilməsi üçün rastr qrafikası redaktorlarından istifadə edilir.
lO. Təsvirin fraqmenti üzərində əməliyyat apara bilmək üçün əvvəlcə onu ayırmaq zəruri- dir. Vektor grafikası redaktorlarında obyektlər (vektor primitivlər), rastr qrafikası redaktorlarında oblastlar (piksellər yığımı) ayrılır.
Dostları ilə paylaş: |