Təcili və vacib - İndi hərəkət edin: Bu sahədəki işiniz üçün gözləmədən dərhal hərəkətə keçin. Buradakı əsas məsələ işi görərkən strategiyanızı müəyyənləşdirməkdir. Gözləmək üçün vaxt yoxdur. Qərar verin və tətbiq edin.
Təcili lakin vacib deyildir - İşi başqasına həvalə edə bilərsiniz: Bu sahədəki işləri tamamlamalısınız, ancaq əhəmiyyət baxımından digər tapşırıqlardan daha aşağı balla qiymətləndirməlisiniz. Bu hissədə vaxt itirməməyiniz üçün başqalarından kömək istəyə bilərsiniz.
Təcili deyil və vacibdir - Nə vaxt edəcəyinizə qərar verin: Bu işi dərhal etməyinizə ehtiyac yoxdur, ancaq strategiyalarınızda tələsik olmalısınız. Vaxtınızı yalnız işi görmək üçün deyil, həm də planlaşdırmaq üçün sərf edirsinizsə, tapşırığınızı uğurla həyata keçirə bilərsiniz.
Nə təcili nə də vacibdir - Boş vaxtınızı qiymətləndirin: Bu kateqoriyada bir şeylər etsəniz daha yaxşı olar, amma bunlar həyatınızda çox fərq etməyəcək işlərdir. Daha vacib işə vaxt ayırmaq istəyirsinizsə, bu cür işlərin birbaşa aradan qaldırılması faydalı olar.
Unutmayın, vaxtınız qiymətlidir və boş yerə sərf olunmayacaq qədər ucuz deyil. Eisenhower Matrix ilə gününüzün ediləcək işlər siyahısını 4 qrupa bölməklə, vaxtınızı ən yaxşı şəkildə idarə etmək və vaxtınızın idarə edilməsini öz əlinizə almaq bacarığına sahib ola bilərsiniz. İşəgötürənlər işçilərinə investisiya qoymağın vacibliyini getdikcə daha çox dərk edirlər və tez-tez işçilərinin təhsili və inkişafı üçün imkanlar təmin etməyə çalışırlar. Buna baxmayaraq, şəxslər iş həyatı boyu bacarıq və biliklərini yeniləmək üçün fərdi məsuliyyət daşımalıdırlar. Fərdi inkişaf, maksimum effektivliyi və davamlı iş qabiliyyətini təmin etmək üçün bacarıq və bilikləri inkişaf etdirməkvə formalaşdırmaq üçün davamlı bir prosesdir. Şəxsi inkişaf mütləq yuxarı hərəkət demək deyil; əksinə, fərdlərin karyeralarının hər mərhələsində performanslarını yaxşılaşdırmalarına və potensiallarına çatmalarına imkan verməkdir.
Fərdi inkişaf planlaşdırması aşağıdakılardır:
1. Məqsədlərinizi və hədəflərinizi müəyyənləşdirmək - karyeranızda qısa, orta və ya uzunmüddətli dövrdə nəyə nail olmaq istədiyinizi və ya hara getmək istədiyinizi müəyyənləşdirmək;
2. Mövcud reallıqların qiymətləndirilməsi;
3. Bacarıq, bilik və ya səriştə ehtiyaclarını müəyyənləşdirmək;
4. Qəbul olunan ehtiyacları ödəmək üçün uyğun inkişaf fəaliyyətlərinin seçilməsi.
Şəxsi inkişaf, insanın özünü tanımasını, nöqsanlarını aşkar edib, müəyyən olunan hədəflərə çatmasını qarşısına məqsəd qoyan və insanı motivasiya edərək məqsədinə yaxınlaşdıran texnikalar və strategiyalar toplusudur.
Şəxsi inkişafın məqsədi nədir? Şəxsi inkişaf, ilk baxışda insanın başqaları ilə münasibətlərini tənzimləmə məqsədi daşısa da, əsasında insanın xoşbəxtliyini və iç dincliyini qarşısına məqsəd qoymuşdur. Şəxsi inkişaf, insan oğlunun mənfi duyğularını, düşüncələrini, inanclarını və qərəzlərini, müsbət duyğu, düşüncə və inanclara çevirməyi, qərəzləri yox etməyi qarşısına məqsəd qoyur. Bütün şəxsi inkişaf kitabları, şəxsi inkişaf videoları, şəxsi inkişaf yazıları, şəxsi inkişaf seminarları və şəxsi inkişaf filmləri, şəxsi inkişaf saytları insanların düşüncə tərzlərini dəyişdirərək, həyatlarını çox daha gözəl şəraitdə davam etdirməsini və xoşbəxtliyə çatmasını qarşısına məqsəd qoyur.
Karyera strategiyası, şəxsin karyera məqsədlərinə çatmasına kömək etmək məqsədilə hazırlanmış hər hansı bir davranış, fəaliyyət və təcrübədən ibarətdir. Araşdırmalar göstərir ki, işçiləri motivasiya edən əsas nüanslardan biri karyera yüksəlişidır, çünki karyera yüksəlişi nəticəsində işçilər daha yüksək maaş, daha böyük hörmət, daha maraqlı layihələr və s. əldə edə bilirlər.
Şəbəkə qurmağa gəldikdə, ən faydalı nəticələrdən biri mentorla əlaqənin inkişafıdır. Mentor, karyeranızda sizə yol göstərə biləcək, sizə peşə qərarlarınız və işləriniz barədə məsləhət, fikir və rəy verə biləcək və gələcəkdə uğur qazanmağınıza kömək edəcək birisidir. Mentorunuz, ehtimal ki, karyerasında hal -hazırda olduğunuz və ya daxil olmaq istədiyiniz bir mərhələni keçmiş biri olacaq.