119
keçirilir və əksər hallarda bu kapitalın hansısa ölkədən
gəlir əldə etmək məqsədilə gəlməsinə əsaslanmır.
Xarakteri və məzmununa görə kapitalın beynəlxalq
hərəkəti müxtəlif formalarda ola bilir. Yaranma mənbəyi-
nə görə
- dövlət və xüsusi kapital formasında ola bilir.
Beynəlxalq miqyasda
dövlət kapitalı bilavasitə dövlət
büdcəsinin vəsaiti olub, müvafiq dövlət və ya hökümət or-
qanlarının qərar ilə xaricə gedir və yaxud da xaricdən gə-
lir. Formasına görə o, dövlət borcları, qrantları, yardımları
və s. bunların hərəkəti hökümətlərarası müqavilələrlə
müəyyən olunmuşdur. Bura eyni zamanda beynəlxalq təş-
kilatların (BVF kreditləri) kreditləri və digər belə vəsaitlər
aiddir. Bütün hallarda bu vəsaitlər vergiödəyicilərin və-
saiti hesab olunur.
Xüsusi kapital – bu xaricdə yerləşdiri-
lən və yaxud da xaricdən qəbul edilən, dövlət vəsaiti ol-
mayan, ayrı-ayrı fiziki və hüquqi şəxslərin vəsaitləridir.
Bura, birbaşa dövlət büdcəsinin vəsasiti olmayan xa-
rici investitsiyalar, ticarət kreditləri, banklararası kreditləş-
mələr daxildir ki dövlət nəzarəti altında həyata keçirilir.
Təcrübədə dövlət vəsaitlərinin xüsusi kapital kimi investit-
siya edilməsinin incə metodları mövcuddur.
İstifadə edil-
Dostları ilə paylaş: