Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə78/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   126
beynelxalq-biznes

İqtisadi və Valyuta Birliyi. 
İqtisadi və Valyuta Birliyi
 (İVB) ticarət blokunun 
elə bir formasıdır ki, burada həm iqtisadi ittifaq (ümumi 
bazar və gömrük ittifaqı), həm də valyuta birliyi olur. 
Bunu sadə Valyuta Birliyindən (məs: Latın Valyuta Bir-
liyi, 19-cu əsr) ayırmaq lazımdır. İVB iqtisadi inteqrasiya-
nın 5-ci səviyyəsidir

İVB və Tam iqtisadi inteqrasi-
ya arasında keçid mərhələsi kimi Maliyyə Birliyi forma-
laşdırılır. 
Tam iqtisadi inteqrasiya.


188 
Tam iqtisadi inteqrasiya
 (Tİİ) iqtisadi inteqrasiya-
nın son mərhələsidir. Bu mərhələdən sonra üzvlər iqtisadi 
siyasəti tək başına müəyyən edə bilmir və ya çox cüzi 
miqyasda həyata keçirirlər. Tam iqtisadi inteqrasi-
ya çoxmillətli təşkilatdan daha çox vahid dövlətə bənzə-
yir. Onun daxilində Vahid İqtisadiyyat formalaşır.
Bunun ən yaxşı nümunəsi 13 koloniyanı özündə bir-
ləşdirən 
Amerika Birləşmiş Ştatlarıdır. ABŞ
 daxilindəki 
Ştatlara yüksək inteqrasiya etmiş yarı-muxtar dövlərlər ki-
mi baxmaq olar. Bu misaldan görünür ki, iqtisadi inteqra-
siyanın son nəticəsi federal səviyyədə idarə edilən siyasi 
ittifaqdır 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


189 
FƏSİL 11. AZƏRBAYCANIN NEFT 
STRATEGİYASI VƏ BİZNESDƏ ONUN ROLU 
 
11.1. Neft hasilatının tarixi və mərhələləri 
 
Azərbaycan neft istehsalı sahəsində dünyanın ən bi-
rinci ölkəsidir ki, burada neft istehsalına hələ qədim za-
manlardan başlamışdır.
Ərəb coğrafiyaşünası Əbdülhəsən Məsudi İtalyan 
səyyahı Makro Polo, Alman səyyahı Engelbert Kemferin, 
fransız yazıçısı Aleksandr Düma öz əsəsrlərində Azərbay-
canda hələ orta əsrlərdə neftin mövcud olduğu və istismarı 
haqqında şərhlər vermişlər. Ölkəmizdə ilk neft quyusu 
1847-ci ildə Abşeron yarımadasında qazılmışdır.
Azərbaycanda neft hasilatı XIX əsrin ortalarında 
sənaye xarakteri daşımağa başlamışdır. Ölkənin neft – qaz 
hasilatı bir neçə mərhələdən keşmişdir:
1. İntensiv neft hasilatına başlanmasına qədərki dövr 
1847-1871-ci illərdə ilk dəfə mexaniki üsulla neft çıxarma 
2. Neft hasilatının sənaye üsulu ilə sürətlə inkişafı, 
infrastrukturun yaranması, neft sənayesinə xarici və yerli 
kapital axını 1872-1920-ci illər.
3. Sovet hakimiyyətinin neft sənayesini milliləşdir-
məsi dövrü və yeni yataqların kəşf olunması 1920-1940-cı 
illər. 
4. II Dünya müharibəsi və müharibədən sonrakı dövr
1941-1949-cu illər. Bu dövrün sonlarında istehsal artımı 
müşahidə olunsa da artım 1933-cü ildəki hasilatı 
keçməmişdir. 


190 
5. 1950-1980-ci illər Quru ərazisindən 290 mln. ton, 
1971-ci ildə isə Azərbaycanda 1mlrd. ton hasilat olmuş-
dur.
6. 1981-1991-ci illəri əhatə edən dövr. Hasilat aşağı 
düşmüşdür. Mütərəqqi texnologiyaların tətbiqindən kənar-
da qalmışdır, avadanlıqlar köhnəlmiş, yeniləri isə çatışmırdı.
Dərin mənəvi, mədəni, elmi iqtisadi, potensiala, 
əlverişli coğrafi-siyasi mövqeyə malik Azərbaycan həm də 
özünün zəngin təbii sərvətləri ilə məşhurdur. Bu sərvətlər 
içərisində neft əsas yer tutur. Azərbaycan xalqının ümum-
milli lideri Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, 
dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə 
həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iq-
tisadi siyasət nəticəsində bu gün neft onun əsl sahibi olan 
Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müs-
təqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının 
təmin edilməsinə yönəldilmişdir 
Azərbaycan neft sənayesi özünün 150 illik tarixi ər-
zində böyük inkişaf yolu keçmişdir. Lakin Azərbaycan 
xalqı yalnız XX əsrin sonlarında müstəqillik qazandıqdan 
sonra bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanmış-
dır. Bu imkanı reallığa çevirən isə Heydər Əliyev düha-
sıdır. 
Bütün dünyada qədim neft diyarı kimi tanınmış 
Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı hələ XIX 
əsrin ortalarından başlanmışdır. 1848-ci ildə Bakıda, Bibi-
heybət yatağında qazılmış quyudan vurmuş neft fontanı 
Azərbaycanda "qara qızılın" sənaye üsulu ilə çıxarılması-
nın əsasını qoymuşdur. Artıq 1899-cu ildə Azərbaycan 
neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, 
dünya neft hasilatının yarısını vermişdir. 


191 
XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan neft 
sənayesinə xarici kapitalın güclü axını başlanmışdır. Neft 
sənayesinin inkişafı yerli sahibkarların böyük bir nəslini 
yetişdirmişdir. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, 
Şəmsi Əsədullayev və başqaları öz bacarığı, istedadı və 
əməksevərliyi sayəsində iri neft sənayeçilərinə çevrilmiş, 
xalqın, millətin rifahı üçün böyük işlər görmüşlər. 
İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında 
çıxarılan neftin 75 faizini verən Azərbaycan cəbhəni 
yanacaqla təmin edərək alman faşizmi üzərində qələbədə 
böyük rol oynamışdır. 
1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilo-
metr məsafədə o zaman üçün nadir yataq sayılan Neft 
Daşlarında vuran fontan dənizdə neftçıxarmanın yeni mər-
hələsinin başlanğıcını qoymuşdur. Azərbaycan dünyada 
ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlamışdır. 
XX əsrin 70-80-ci illəri Azərbaycan neft sənayesinin 
böyük nailiyyətləri ilə yadda qalaraq onun inkişafı, maddi-
texniki bazasının möhkəmlənməsi illəri olmuşdur. Həmin 
illərdə respublikamızın neft sənayesinin bütün uğurları 
Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin adı ilə sıx 
bağlıdır. 
Bu illər Azərbaycan neftçiləri tərəfindən dənizin 
daha dərin sahələrinin mənimsənilməsi ilə səciyyələnmiş-
dir. Məhz bu dövrdə görülən məqsədyönlü tədbirlər nəti-
cəsində neft sənayesi möhkəmlənmiş və onun geniş infra-
strukturu yaranmışdır. Azərbaycanda dəniz yataqlarının iş-
lənilməsi üçün qazma qurğuları, dənizdə tikinti işlərini tə-
min etmək üçün xüsusi gəmilər, texnika və avadanlıq gə-
tirilmiş, Bakı dərin dəniz özülləri zavodu kimi nəhəng 
strateji istehsalat qurğusu tikilmişdir. Bununla yanaşı neft 


192 
emalı, neft-kimya sənayesinin və neft maşınqayırmasının 
inkişafında böyük sıçrayış olmuşdur. 
70-ci illərin əvvəllərindən etibarən Xəzərdə planlı 
surətdə geoloji-kəşfiyyat işlərinin təşkili və həyata keçiril-
məsi də Heydər Əliyevin misilsiz tarixi xidmətlərindəndir. 
Bu gün qətiyyətlə demək olar ki, Heydər Əliyevin bu il-
lərdə respublikanın həyatının bütün sahələrində olduğu ki-
mi neft sənayesində də gördüyü işlər onun uzaqgörən 
planlarının – Azərbaycanı "Əsrin müqaviləsi"nə, deməli 
xalqımızın müstəqilliyinə və rifahına doğru aparmaq niy-
yətlərinin əsasını təşkil edirdi. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin