209
istehsal amillərinin (əmək, sərmayə) da sərbəst hərəkətinə
icazə verilməsi öhdəliyini götürürlər.
4) Iqtisadi Birlik və Pul Birliyi – tərəflər ortaq
bazar elementlərinin qəbulundan əlavə ölkələrin maliyyə
və pul siyasətinin də bütünləşməsini, ortaq maliyyə və pul
siyasətinin tətbiqini qəbul edirlər.
İlk baxışda inteqrasiya prosesi nisbətən sadə proses
kimi görünsə də, əslində olduqca mürəkkəb və qarışıq pro-
sesdir. İnteqrasiya prosesinə daxil
olan ölkələrin hər biri
öz ölkəsinin maraqları baxımından hərəkət edir və bu pro-
sesdən maksimum dərəcədə yararlanaraq, maksimum fay-
da əldə etməyə çalışır. Məhz belə maraqların toqquşması-
nın nəticəsidir ki, proses bir neçə il, bəzən bir neçə onillik
zaman müddətində baş verir, bəzən də ümumiyyətlə uğur-
suzluğa düçar olaraq nəticəsiz qalır. Zənnimcə,
qardaş
Türkiyənin Avropa Birliyinə inteqrasiya prosesi ən bariz
nümunədir. Üzvlük üçün müraciətdən otuz ildən çox müd-
dət
keçsə də, adı çəkilən ölkə bu quruma üzv ola bilmə-
mişdir.
Türküyə nümunəsində görünür ki, bir inteqrasiya
prosesi qədər mürəkkəb və üzun bir prosesdir.
İqtisadi inteqrasiyanı izləməkdə bəzi iqtisadi və siya-
si səbəblər var.
İqtisadi Səbəblər.
İqtisadi səbəb üzv ölkələr arasında ticarəti artırmaq-
la, həm istehsalı, həm də məhsuldarlığı yüksəltməkdir. Bu
qlobal səviyyədə formalaşan iqtisadi inteqrasiyanın əsas
səbəblərindən biridir.
Bu fenomen həm region
(Qara Də-
niz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) İqtisadi
Əməkdaşlıq Təşkilatı (İƏT)), həm qitə (ASEAN, NAFTA, -
SACN (Cənubi Amerika Millətlər Birliyi), Avropa İttifa-
qı, Avrasiya İqtisadi İttifaqı), həm də qitələrarası miqyas-
210
da (Transatlantik Azad Ticarət Zonası (Transatlantic Free
Trade Area), Şərqi Asiya Hərtərəfli İqtisadi Əməkdaşlıq
birliyi (Comprehensive Economic Partnership for East
Asia)) təzahür edir.
İkinci bir səbəb kimi ölkələrin sahib olduğu nisbi üs-
tünlükləri göstərmək olar. Belə ki, hər hansı şəxs və ya öl-
kə müəyyən məhsul istehsalında
digərinə nisbətən marji-
nal faydası daha çoxdur.
Dostları ilə paylaş: