Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə25/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   126
beynelxalq-biznes

 
 
 
 
 
 
 
 


59 
 
FƏSİL 4. DÜNYA MALİYYƏ MÜHİTİ 
 
4.1.Valyuta bazarları və onların işləmə prinsipləri 
 
Valyuta bazarlarının öyrənilməsi üçün ən əvvəl val-
yuta bazarları anlayışları haqqında müəyyən məlumatları 
bilmək lazımdır. Valyuta bazarlarında istifadə olunan və 
ən çox işlənən anlayışlar aşağıdakılardır.
1. Mübadilə kursu – bu bir valyuta vahidinin digər 
valyuta əldə etmək üçün tələb olunan miqdarıdır.
2. Cari kurs və ya ―Sport kurs‖ bu əlbəəl (təcili və ya 
yerində verilib-alınmaqla) müəyyən olunmuş valyuta kur-
sudur.
3. Banklararası bazar – bu banklar arasında yaxud 
bankın özlərinin daxilində olan bazardır.
4. Təcili yaxud ―Forvard kursları‖ – bu kurslar gələ-
cəkdə göndərilmək üçün qabaqcadan müəyyən edilmiş 
müddət üçün təyin olunan valyuta kurslarıdır.
5. Fərq – bu valyuta bazarında xarici valyuta ilə tica-
rət edənlərin alış və satış qiymətləri arasında olan münasi-
bətdir.
6. Birbaşa kotirovka – xarici valyuta əldə etmək 
üçün daxili pul vahidinin miqdarı. 
7. Əks katirovka daxili valyutanın xarici valyuta va-
hidinin əldə edilməsi üçün miqdarıdır.
8. Kros kurs – bu iki valyuta kursuna hesablanmış val-
yuta kursudur.
9. Forvard kurs – müqavilə bağlanan andakı kursa 
uyğun olaraq bankın xeyli müddətdən (3–6 ay) sonra kur-
sun dəyişməsindən aslı olmayaraq müqavilə kursuna uy-
ğun ödənilən vəsaitdir.


60 
Hal hazırda dünyanın üç böyük beynəlxalq valyuta 
bazarı mövcuddur: 
1. Çikaqo beynəlxalq valyuta fondu; 
2. London beynəlxalq maliyyə fyuçer birjası; 
3. Filodelfiya fond birjası. 
Dünya birliyində valyuta münasibətlərinin nizamlan-
ması dünya valyuta sisteminin genezisi çərçivəsində hə-
yata keçirilirdi. Dünya valyuta sistemi beynəlxalq valyuta-
iqtisadi münasibətlərinin dövlətlərarası razılaşmalarla bər-
kidilmiş təşkilat formasıdır. İstənilən başqa sistem kimi 
valyuta sistemi də özündə bir sıra elementləri əks etdirir: 
1. Valyutanı; 
2. Konversiya edilmə şərtlərini; 
3. Dəyişmə kursunun rejimini; 
4. Valyuta məhdudiyyətlərini, valyuta nəzarətini; 
5. Beynəlxalq valyuta likvidliyinin tənzimlənməsini
6. Dövriyyədə beynəlxalq kredit vasitələrinin istifadə 
olunma qaydasını; 
7. Beynəlxalq hesablaşma qaydasını; 
8. Valyuta bazarının və qızıl bazarının rejimini; 
9. Valyuta münasibətlərini idarə edən və tənzimləyən 
orqanları. 
Dünyada valyuta dövlətin və ya dövlətlər qrupunun 
sərhədləri xaricində və daxili bazarında dövr edən pul va-
hididir. Bu nöqteyi - nəzərə görə, valyuta aşağıdakı məna-
lara malikdir: 
1. Ölkənin pul vahidi və onun tipi (kağız, qızıl, gü-
müş); 
2. Xarici ölkələrin pul nişanları; 


61 
3. Xarici pul vahidləri ilə ifadə olunmuş və beynəl-
xalq hesablaşmalarda istifadə olunan kredit və ödəniş vasitə-
ləri; 
4. Regional pul vahidi və ödəniş vasitəsi. 
Milli valyutanın konversiya olunma dərəcəsi ölkə tə-
rəfindən BVF Nizamnaməsinin VIII maddəsindəki şərt-
lərin yerinə yetirilməsi yolu ilə nizamlanır. Qeyd olunan 
maddə ödəniş balansının cari hesabı üzrə məhdudiyyətlə-
rin ləğvini və valyuta kurslarının çoxsaylılığının ləğvini, 
nəzərdə tutur. Monetar hakimiyyət cari əməliyyatlar üzrə 
valyutanın daxili (rezidentlər üçün) və xarici (qeyri-rezi-
dentlər üçün) konversiyasını təmin edəndən sonra, kapita-
lın hərəkət hesabı üzrə məhdudiyyətlərin aradan qaldırıl-
ması yolu ilə milli valyutanın bütünlüklə konversiya edil-
məsinə nail olunur. 
Bu hüdudlar qanunvericiliklə müəyyən edilmir. 
Çünki, sabit valyuta kursu – stabil iqtisadiyyat şəraitində 
dar hüdudlarda müstəqil şəkildə dəyişən kursu müəyyən 
edir. 
Valyuta nəzarətini həyata keçirən bu sistem ölkələr 
arasında valyuta dəyərlərinin müxtəlif formalarının yerdə-
yişməsinin tənzimlənməsi üzrə tədbirlər toplusunu müəy-
yən edir. Valyuta məhdudiyyətləri valyuta dəyərləri ilə 
bağlı əməliyyatlarda qadağalar, limitləşmə, nizama salma, 
ləngimə və ya onların sərəncamları şəklində həyata keçiri-
lir. Valyuta nəzarətinin, valyuta məhdudiyyətlərinin əsas 
məqsədləri aşağıdakılardır: 
1. Iqtisadi təhlükəsizliyin təmin edilməsi
2. Xarici iqtisadi əlaqələrdə inkişafın stimullaşdırılma-
sı; 
3. Ölkənin valyuta ehtiyatlarının formalaşması; 


62 
4. Ölkənin beynəlxalq öhdəliklərinin yerinə yetiril-
məsi. 
Valyuta məhdudiyyətləri aşağıda göstərilən amillə-
rin nəzərə alınması ilə həyata keçirilir: 
1. Ölkənin iqtisadi inkişaf səviyyəsinin və onun val-
yuta bazarının nəzərə alınması; 
2. Ödəniş balansının vəziyyəti; 
3. Rəsmi qızıl-valyuta ehtiyatlarının səviyyəsi və dina-
mikası; 
4. Milli pul vahidinin dönmə rejimi; 
5. Idxalın həcmi və ona olan tələb
6. Iqtisadi üstünlüklər; 
7. Milli istehsalın qiymət və həcmlərinin səviyyəsi. 
Valyuta nəzarətinin əsas tələbi valyuta qanunverici-
liyinə əməl olunmasıdır. Bu qanunvericilik bir qayda ola-
raq kapitalın hərəkəti ilə əlaqədar olan (ödəniş balansının 
strukturu üzrə) əməliyyatların, cari əməliyyatların yerinə 
yetirilməsinə nəzarət üzrə tədbirlər kompleksini həyata ke-
çirir. Valyuta nəzarətinin və valyuta məhdudiyyətlərinin 
formaları uyğun olaraq bu əlamətə görə cari (mal sövdə-
ləşmələri və «görünməz» sövdələşmələr) və maliyyə (ka-
pitalın ixracı və idxalı, neytral sövdələşmələr) formalarına 
bölünürlər. 
Həmçinin beynəlxalq valyuta likvidliyi dedikdə döv-
lətin müəyyən etdiyi müddət ərzində, özünün xarici öh-
dəlikləri üzrə, cavab verə bilmək qabiliyyəti başa duşu-
lür.


63 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin