81
tisadi zonalar strateji proqram və layihələrin reallaşdırıl-
masına bir qayda olaraq yönəldilmiş ciddi bir fəaliyyətdir.
Azad iqtisadi zonaların fəaliyyətində həyata keçirilən gü-
zəştlər sistemi bu ərazidə həyata keçirilən proqramlarla
birbaşa, sıx əlaqəyə malikdir. Dünya təsərrüfatındakı təc-
rübəyə əsaslanaraq onu da qeyd etmək olar ki, azad iqti-
sadi zonaların yaradılması zamanı bəyan
edilən ilkin vəzi-
fələr və məqsəd demək olar ki heç vaxt faktiki inkişafın
nəticələri ilə üst-üstə düşmür. AİZ-ın yaradılmasında
demək olarki, 2 yanaşma mövcuddur:
1. Azad iqtisadi zonaların yaradılmasının ərazi kon-
sepsiyası özündə tətbiq edilən ölkənin digər ərazilərindən
ayrılmış elə
bir ərazisini əks etdirir ki, burada yerləşən
müəssisələr üçün xüsusi güzəştli rejim tətbiq edilir.
2. Nöqtəvi konsepsiyaya görə isə yaradılan azad
iqtisadi zonalarda güzəştli rejimlər yalnız sahibkarlıq fəa-
liyyətinin müəyyən bir növünə şamil edilir. Bu zaman tə-
sərrüfat subyektlərinin coğrafi yerləşməsi heç bir əhəmiy-
yət daşımır. Misal kimi nöqtəvi zonalara Meksikadakı
―Makiladoras‖ ərazisini göstərmək olar.
Bu konsepsiya
firmalara öz fəaliyyətlərini həyata keçirmək üçün istədik-
ləri optimal rayonu seçməyə imkan yaradır. AİZ yaradıl-
masında başlıca məqsəd dünya ölkələrinin beynəlxalq
əmək bölgüsündə baş verən inkişaf proseslərində fəal su-
rətdə iştirak etməkdir. Əsas söhbət
ixrac üçün rəqabətqabi-
liyyətli, keyfiyyətli məhsul istehsalının genişləndirilməsi
və bu yolla da valyuta daxilolmalarının artımının təmin
edilməsindən gedir. Bu məntiq tam başadüşüləndir. Onuda
qeyd edə ki, ölkə hər hansı səbəblər üzündən birbaşa xari-
ci kapital üçün açıq iqtisadiyyatı
təmin edə bilmirsə və
onda bunu azad iqtisadi zonalar çərçivəsində həyata keçirə
82
bilərlər.
AİZ- həmçinin
bunda maraqlı olan ölkənin daxili
bazarının yüksək keyfiyyətli məhsullarla və ilk növbədə
isə idxal əvəzedici məhsullarla doldurulması üçün çox va-
cibdir. Bu məqsədə çatmaq üçün ayrılmış ərazidə xarici
kapitalın iştirakı ilə idxal əvəzedici istehsal yaradılır. Gö-
ründüyü kimi AİZ-in yaradılmasında
müxtəlif məqsədlə-
rin olduğunu sübut etmək üçün bir neçə misal gətirmək
mümkündür. Bütün bunlara baxmayaraq,
bu məqsədlərin
hamısını birləşdirən ümumi xarakterik cəhətlər vardır.
Bütün məqsədləri iqtisadi, sosial, elmi və texniki olmaqla
aşağıdakı kimi izah etmək olar:
Dostları ilə paylaş: